16.03.2019

“Siyasi “Dedovşina”nı öz dərimdə elə hiss edirəm ki...” – Tural Abbasllı ilə VİDEOMÜSAHİBƏ

“Bu millət bu qədərmi istedadsızdır ki, otuz ildə ortaya yeni siyasi liderlər çıxara bilməsin?”

AĞ Partiyanın sədri Tural Abbaslı həmkarları arasında gənc liderdir. Onun özünə qarşı qocaman siyasətçilərdən siyasi “Dedovşina” hiss edib-etməməsi bizim üçün çox maraqlı idi.

Tural Abbaslı müsahibəsində həm bu məsələyə aydınlıq gətirib, həm də ölkədə yaranmış ümumi vəziyyəti və müxalifətdaxili prosesləri ətraflı dəyərləndirib.

AĞ Partiya sədri bildirib ki, siyasi “Dedovşina”nı nəinki hiss edir, hətta onu hər gün yaşayır:

“Hər gün, hər saniyə siyasi “Dedovşina”nı dərimdə hiss edirəm. Azərbaycanda bu gün gənc siyasi qüvvə nə qədərdir? Demək olar ki, yoxdur. Azərbaycan xalqı bu qədərmi istedadsız bir xalq oldu ki, 1989-cu ildən bu yana siyasi lider yetişdirmədi? Var idi. Bizdən cəsarətli də, bacarıqlı da gənclər var idi. Hamısını yola saldılar. Yarısını Avropaya göndərdilər, yarısını elə hala saldılar ki, getdi hakimiyyətlə işlədi, bir yarısını da iyrəndirdilər, siyasətdən uzaqlaşdı. Biz bu günə qədər ağıllı olduğumuz üçün ortada deyilik. Biz bəlkə də, o gənclərin içərisində ən inadkarı çıxdıq. Bizi də bitirmək istəyirdilər. Üstümüzə atılmayan şər qalmadı. Ömrümüzün 15-16 ilini verdiyimiz partiyadan çıxmağa məcbur olduq”…

Tural Abbaslı ilə müsahibəni daha geniş şəkildə videodan izləyə bilərsiniz…




Səxavət Məmməd

Hiç yorum yok:

Yorum Gönder

Real Time Analytics