9.10.2019

Bakı meriyasının qarşısında piket keçirildi – FOTOLAR/VİDEO

Milli Şuranın Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) binası qarşısında təyin etdiyi piket baş tutub.

BŞİH ilə razılaşdırılmış piketin keçirildiyi ərazidə polis sıx təhlükəsizlik tədbirləri həyata keçirib.

BŞİH-nin binası qarşısına 50 nəfər buraxıldıqdan sonra digər şəxslər ərazidən uzaqlaşdırılıb.




Polisin aksiyada iştirak üçün gələn digər şəxsləri ərazidən uzaqlaşdırması cəhdi müəyyən qarşıdurmaya səbəb olub. Nəticədə 20-dən çox şəxs saxlanılıb.

Paytaxtın mərkəzi meydanlarında kütləvi aksiyaların keçirilməsinə icazə verilməsi tələbi ilə təşkil olunan piket qətnamənin oxunması ilə başa çatıb.







Səxavət Məmməd
Foto müəllifə məxsusdur

1 yorum:

Real Time Analytics