Şirin Mirzəyev haqda çox danışılıb, çox yazılıb. Ancaq əfsanəvi komandirin Ağdama gəlişi, onun fəaliyyəti barədə çox az adam məlumatlıdır.
Bir qədər araşdırmadan sonra məlum olur ki, Şirin Mirzəyevin Ağdama gəlişi təsadüfi çay süfrəsi arxasındakı tanışlıqdan başlayıb. Həmin təsadüfi görüşdə iştirak edənlərdən biri də İsmayılov Qərib olub.
Qısa arayış:
İsmayılov Qərib Boran oğlu 1946-cı ildə Ağdam rayonunun Mərzili kəndində anadan olub. 1963-cü ildə Ağdam rayon Novruzlu kənd orta məktəbini bitirib. 1971-ci ildə Lenin adına APİ-nin dil-ədəbiyyat fakultəsini bitirib. Universiteti bitirdikdən sonra Tula vilayətinin Belyov şəhərində hərbi xidmətdə olub. Hərbi xidmətin sonunda zabitlər hazırlayan kursda oxuyaraq leytenant hərbi rütbəsi alıb. Hərbi xidməti başa vurduqdan sonra Ağdam rayon Mərzili kənd orta məktəbində müəllim işləyib. 1989-cu ildə AXC Ağdam rayon şöbəsi idarə heyətinin üzvü, rayon məclisinin sədri olub. Könüllü müharibəyə getdiyi üçün Məclis sədrliyindən istefa edib. Ağdamda keçirilən mitinqlərdə birinci mitinqdən sonra bütün mitinqlərin aparıcısı olub.
1992-ci ilin mart ayından könüllülərdən ibarət 845 saylı əlahiddə taborun, sonra isə 836 saylı alayın 2-ci taborunun qərargah rəisi olub. Milli Qəhrəman Şirin Mirzəyevin həlak olmasından sonra ordu sıralarından istefa verib.
2016-cı ilin iyun ayına qədər 68 saylı köçkün tam orta məktəbində müəllim işləyib. Hazırda təqaüdçüdür.
Milli Qəhrəman Şirin Mirzəyev haqqında onlarla məqalələr yazılıb, döyüşçü yoldaşları xatirələrini bölüşüb. Qərib İsmayılov Şirin Mirzəyevin təkcə cəbhə yoldaşı yox, əfsanəvi komandirin Ağdama gəlməsində xidmətləri olan şəxslərdən biridir.
"Ölkə.Az" Qərib İsmayılovla müstəqilliyin ilk illərində Ağdamda baş verən proseslər və Şirin Mirzəyevin Ağdama gəlməsi barədə hazırlanan reportajı sizə təqdim edir:
Qərib İsmayılov Şirin Mirzəyevlə bağlı dəfələrlə xatirələrini yazmağa çalışsa da hər dəfə bu işi yarımçıq qoyub. İsrarlarımızdan sonra Qərib müəllimi o zaman baş verən proseslər barədə danışmağa razı sala bildik.
Qərib İsmayılov Milli Qəhrəman Şirin Mirzəyevlə bağlı xatirələrini bölüşür:
"Azərbaycan Respublikasının Milli qəhrəmanı, ilk özünümüdafiə taborunun, sonra isə alay komandiri olmuş polkovnik-leytenant Şirin Vəli oğlu Mirzəyevlə tanışlığımdan 25 ildən artıq vaxt keçir. Həlak olmasının 25 ilinə isə bir ildən də az vaxt qalır. Dəfələrlə onun haqqında nə isə yazmaq istəmiş, bir neçə dəfə əlimə qələm almış, qarşıma dəftər qoymuş, hətta bir neçə səhifə də yazmışam. Lakin o işlərin hamısı yarımçıq qalmışdır, yalnız indi ətrafdakı bəzi adamların təhriki ilə qəti qərara gəldim ki, sizinlə danışım.
Aydın məsələdir ki, 25 il əvvəl baş vermiş hadisələri dəqiq şəkildə xatırlamaq çox çətindir. Adamlar, tarixlər, hadisələr bütün dəqiqliyi ilə 25 il hər adamın yaddaşında qala bilməz. Amma məsələ burasındadır ki, qarşıma Ş.Mirzəyevin 10 aylıq hərbi həyatını danışmaq vəzifəsi qoymamışam. Bu isə mənim işimi bir qədər asanlaşdırır. Yalnız özümün şahidi olduğum hadisələri danışmaq nisbətən asandır. Sadəcə istərdim ki, maraqlanan adamlar onun həyat və fəaliyyəti ilə bağlı başqalarının bilmədiyi bəzi faktlarla tanış olsunlar.
Qarşıma onu tərifləmək kimi bir məqsəd qoymamışam. Danışacağım elə hadisələr olacaq ki, oxucu onların təsvirini gəlişi gözəl sözlər kimi də qəbul edə bilər. Çox istərdim ki, bu yazını oxuyacaq hər bir adam mənim səmimiyyətimə inansın. Hansısa tərifli sözləri Ş.Mirzəyevin şəxsiyyətinə sığışdırmazdım və belə bir işi onun xatirəsinə hörmətsizlik kimi qəbul edirəm. Hər halda suallarınıza cavab mənim xeyli vaxtımı alacaq və onu yazmağın əziyyəti olacaq. Həmin əziyyəti o kəslərə halal edirəm ki, səmimiyyətimə inanacaq, yazdılarımı reallıq kimi əbul edəcəklər".
Qısa arayış:
Əslən Şuşanın Mirzələr kəndindən olan Şirin Mirzəyev 1947-ci il yanvar ayının 5-də Xankəndində dünyaya göz açıb. Nizami adına beynəlmiləl orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yola düşüb. Bir müddət Bakıda yerləşən Daxili Qoşunlar alayında xidmət etdikdən sonra 1967-ci ildə Leninqrad (indiki Sankt-Peterburq) şəhərindəki Ali Siyasi Hərbi məktəbə qəbul olub və 1971-ci ildə hərbi təhsilini müvəffəqiyyətlə başa vurub təyinatla İrəvana göndərilib. Beş il orada xidmət etdikdən sonra isə Bakıya qayıdıb. 1988-ci ildə Hərbi Siyasi Aakdemiyada təhsil alaraq, Daxili Qoşunlar alayında 15 illik xidmət yolu keçib. 1992-ci il mart ayının 28-də Şirin Mirzəyev Ağdam rayon ərazi özünümüdafiə taborunun komandiri seçildi. O, 18 iyun 1992-ci ildə Sırxavənd istiqamətində aparılan döyüş əməliyyatı zamanı minaya düşərək həlak olub. Ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı ilə təltif edilib.
Şirin Mirzəyevlə ilk tanışlıq
- Şirin Mirzəyevlə ilk tanışlığınız necə və harada oldu?
- 1991-ci ilin sentyabr ayı idi. Qoyulmuş qadağadan sonra ilk mitinq idi ki, hakimiyyət ona mane olmadı və mitinqdən sonra Ağdama qayıtmaq üçün dəmiryol vağzalının yanında dayanmış avtobusun sürücüsündən nə vaxt yola düşəcəyimizi soruşduqda cavab verdi ki, hamının toplaşması azı bir saat çəkəcəkdir. AXC Ağdam rayon şöbəsi idarə heyətinin üzvü Şahin Qarayev təklif etdi ki, susuzluğumuzu yatırmaq üçün bir parç pivə içək. Vağzalın bufetinə gəldik və pivə alıb bir stolun arxasında əyləşdik.
Yenicə oturmuşduq ki, idman kostuyumunda olan arıq, hündürboy bir adam əyləşmək üçün icazə istədi və razılığımızı alıb stolun arxasında oturdu. Elə-belə maraq üçün kimliyini soruşduq. Məlum oldu ki, hərbi akademiya təhsili almış polkovnik-leytenant Şirin Mirzəyevlə tanış olmuşuq. Düzü, belə bir tanışlıq bizim üçün lap göydəndüşmə oldu. Çünki artıq xeyli vaxt idi ki, Ağdam rayonunda əhalinin silahlı erməni birləşmələrindən müdafiə edilməsindən ötrü könüllülərdən ibarət olan bir hərbi birləşmə yaradılması üçün çox ciddi hazırlıq gedirdi. Dayaq dəstələrindən gətirilmiş siyahılardakı könüllülərin sayı çoxdan min nəfəri keçmişdi. İdarə heyətinin üzvləri arasında kifayət qədər ehtiyyatda olan zabitlər vardı. Biz isə həqiqi hərbi xidmətdə olmuş, ali hərbi təhsil almış bir komandir axtarırdıq. Hökumətin bu işlərə barmaqarası baxması işimizi çətinləşdirirdi. Dəfələrlə bu məsələni müzakirə etsək də, qəti bir qərara gələ bilmirdik.
Əksəriyyətin fikri bu idi ki, könüllülərdən ibarət hərbi birləşməyə cəsarətinə və nüfuzuna görə şöbənin sədri Eldar Bağırov rəhbərlik etməlidir. O isə bu işin məsuliyyətini çox gözəl başa düşür, bu səbəbdən də dirəniş göstərirdi ki, necə olursa-olsun peşəkar hərbçi tapmaq lazımdır. Bax belə bir vaxtda Ş.Mirzəyevə rast gəlmişdik.
Biz onun akademiya təhsilli hərbçi olduğunu, 20 Yanvar hadisələrindən sonra Sovet ordusundan istifa verdiyini öyrəndik. Eləcə də öyrəndik ki, əslən Şuşanın Mirzələr kəndindəndir, orta təhsilini Xankəndində alıb, hazırda qohumları Ağdam rayonunun Tərnöyüt kəndində yaşayır. Bütün bunları öyrəndikdən sonra AXC Ağdam rayon şöbəsində görülən işdən danışdıq və onun belə bir hərbi birləşməyə rəhbərlik etmək istəyib-istəmədiyini soruşduq. Fikrini çox qısa şəkildə və konkret olaraq bildirdi ki, torpaqlarımızın müdafiəsi üçün hər şeyə hazırdır.
Ev telefonunu, ünvanını aldıq və xüdahafizləşdik. Həmin vaxtlar Ağdam cəbhəçilərinin qəbul etdikləri bütün qərarlar yalnız geniş müzakirədən sonra mümkün olurdu. Bu səbəbdən də biz Şahin bəylə müzakirəsiz qərar qəbul etmədik. Qərara gəldik ki, rayona çatan kimi bu məsələni müzakirəyə çıxaraq və nəticəni Şirin Mirzəyevə bildirək.
Səhərə yaxın Ağdama çatdıq və hadisəni danışdıq. İdarə heyətinin 27 nəfər üzvü var idi və onların böyük əksəriyyətini yalnız axşam - işdən sonra bir yerə toplamaq mümkün olurdu. Bu səbəbdən də axşama qədər gözləməli olduq və idarə heyətinin iclası axşam saat 8-də başlandı. Ş.Mirzəyevi heç kim tanımırdı və bu səbəbdən qərar asanlıqla qəbul olunmadı. Yenidən rəhmətlik Eldar Bağırovun komandirlik məsələsi müzakirəyə çıxarıldı (məsələ burasındadır ki, Eldar bəyin nüfuzu çox böyük idi və cəbhəçilər ona həddən artıq çox inanırdılar). E.Bağırov özünün əvvəlki mövqeyində dayandı və Ş.Mirzəyevin rayona gətirilməsinə tərəfdar oldu. Qərar qəbul edildi. Şahin Qarayev səhər tezdən taksi ilə Bakıya çıxır və Ş.Mirzəyevlə birlikdə axşama qədər rayona qayıdır. Tapşırıq vaxtında yerinə yetirildi və ertəsi gündən Ş.Mirzəyev öz vəzifəsinin icrasına başladı: şəxsi heyət müəyyən olundu, ərzaqla təminat müəyyən edildi, forma alındı, silahla təminat işinə başlandı. Səhv etmirəmsə, bu işdə ən çox əziyyət və xərc çəkənlər Xuraman Abbasova, Səyyaf Verdiyev, Nadir və Ağa İsmayılov qardaşları oldu.
Tezliklə şəhərin mərkəzi meydanında könüllülərin sıra təlimləri başlandı. Sıra təlimlərinin keçirildiyi saatlarda meydanın ətrafı insanlarla dolur, tək şəhərin özündən deyil, kəndlərdən də adamlar axışıb gəlir, işindən macal tapan hər kəs meydana qaçıb təlimlərə tamaşa edirdi. Hamının qəlbi qürur hissi ilə aşıb-daşır, fəxarət və sevincdən gözlər yaşarırdı. İnanıram ki, həmin hadisələrin şahidi olmuş hər bir ağdamlı bu gün də o mənzərəni gözləri önünə gətirdikdə kövrəlir, o günlər üçün qəribsəyir. Belə anlarda Vətən məhəbbəti, yurd həsrəti daha güclü olur.
Özünümüdafiə taborunun komandiri Şirin Mirzəyev 1947-ci ildə anadan olub, düzgün qaməti, səlis yerişi hərbçi olduğunu biruzə verirdi. Aydın, güclü, təsiredici səsi vardı. İlk günlərdən komanda verərkən rus sözlərindən istifadə etməməsi göstərirdi ki, öz dilini yaxşı bilir və ona hörmət edir.
Tezliklə şəxsi həyətə daxil olan əsgər və zabitlər ona hörmət və məhəbbət əlaməti olaraq özlərini "Mirzəyevçilər" adlandırmağa başladılar. Elə həmin günlərdən "Mirzəyevçilər" öz komandirlərinə də ad qoydular: "yoldaş", "cənab", "polkovnik-leytenant" yox, sadəcə olaraq "komandir". Tezliklə mirzəyevçilər şəhərdən çıxdılar və Qarabağın dağlıq hissəsinə yaxın olan kəndlərdən birində yerləşdilər. Şəxsi heyət intensiv şəkildə döyüş təlimləri keçməyə başladı. Günün birinci yarısında onu qərargahda tapmaq mümkün deyildi. Yorulmadan bir tağımdan o birinə, bir bölükdən digərinə gedər, hamının işi ilə tanış olar, hamıya məsləhət və göstərişlərini verərdi. Günlər keçir, sözün həqiqi mənasında könüllülərdən ibarət bir hərbi birləşmə formalaşırdı.
Taborun problemləri isə həddindən artıq çox idi: şəxsi heyətə maaş verilmirdi, silahlanma həddindən artıq zəif gedirdi, yalnız könüllü olaraq şəxsi heyətə daxil olan sürücülərin şəxsi maşınlarından, ya da öhdələrində olan idarə maşınlarından istifadə olunurdu. Xoşbəxtlikdən rayon daxilində elə bir təşkilat yox idi ki, maşınından hərbçilərin istifadə etməsinə mane olsun. Mərkəzi hökumətdən fərqli olaraq rayon rəhbərliyi kömək üçün əlindən gələni əsirgəmir, silah-sursat almaq üçün qanundan kənara çıxmaqdan belə çəkinmirdi.
İşi çətinləşdirən səbəblərdən biri də şəxsi heyətin cəbhəçilərdən ibarət olması idi. Respublika rəhbərliyi hakimiyyəti qoruyub saxlamağı torpaqlarımızı müdafiə etməkdən üstün tutur və ordudakı silahın nə vaxtsa ona qarşı çevriləcəyindən qorxurdu. Bir tərəfdən də Rusiya rəhbərliyinin iradəsi əleyhinə getməyə özündə güc tapmırdı. Heç kəsə sirr deyil ki, hələ 1988-ci ildə Qarabağın azərbaycanlıların yaşadığı bütün məntəqələrində ov tüfəngləri yığılıb, ermənilər isə hər vasitə ilə silahlandırılmışdı. Moskva nə istəyirdisə, respublika rəhbərliyi də onu etmişdi. Nə Kamran Bağırov, nə Əbdürrəhman Vəzirov, nə də Ayaz Mütəllimov Rusiyanın tədbirlərinin əleyhinə getməyə özlərində güc tapmamışdılar.
Tabor yarandıqdan bir qədər sonra Bakıdan Xudu Xudiyev Ağdama göndərildi. Məqsəd onun rəhbərliyi altında başqa bir tabor yaratmaq, silahlandırmaq və Ş.Mirzəyevin rəhbərliyi altında fəaliyyət göstərən könüllü taboru ləğv etmək idi. X.Xudiyev təxminən bir ay ərzində nə qədər çalışsa da, heç bir iş görə bilmədi, Xocavənd rayonunun Əmiralılar kəndində 25-ə qədər avtomat payladıqdan sonra gətirdiyi silahları tələm-tələsik təhvil verib Bakıya qayıtdı. Həmin vaxt isə özünümüdafiə taborunun şəxsi heyəti Dağlıq Qarabağın azərbaycanlılar yaşayan kəndlərinin əhalisini erməni-rus hərbi birləşmələrindən müdafiə etmək üçün hər gün ölümlə üz-üzə gəlirdi. Günlər keçir, nə qədər çətinliklə də olsa tabor formalaşır, öz varlığını düşmənə hiss etdirirdi. Ağdərə rayonunun azərbaycanlılar yaşayan Umudlu kəndində əhalinin müdafiəsinin təşkili mümkün olmadıqda əsgərlər dinc əhalinin sonuncularını yola salıb, özləri isə mülki helikopterin gəlib onları aparmasını gözləyiblər. Helikopter isə geri dönməmişdi. Yalnız gecənin qaranlığından istifadə etməklə Kəlbəcər rayon ərazisinə çıxmaq mümkün olmuşdu. Xoşbəxtlikdən heç bir itki vermədən mühasirədən çıxıb hissəyə qayıtmışdılar.
- Həmin dövrdə sizin onunla əlaqəniz var idi?
- Həmin dövrdə mənim bu özünümüdafiə hərbi birləşməsi ilə sıx əlaqəm olmadığı üçün görülən bütün işlər, aparılan döyüşlər haqqında məlumat verməyim mümkün deyildi. Əlaqənin olmamasının səbəbini isə aşağıda izah etməyə çalışacağam.
Ağdam rayonun Mərzili kəndinin Dağlıq Qarabağın erməni yaşayış məntəqələri ilə uzun bir sərhədi vardır. Bu kəndin müdafiəsini təşkil etmək üçün heç olmasa bir tağımın yaradılması gündəliyə gəldi. Bu vaxt artıq tabor müdafiə nazirliyinin qeydiyyatına alınmış, şəxsi heyət müəyyən edilmişdi. Rayon rəhbərliyinin köməyi ilə kənddə bir tağımın yaradılmasına icazə almaq mümkün oldu. Könüllülərdən 30 nəfərin siyahısı Ş.Mirzəyevə təqdim olundu. Siyahıda baş leytenant rütbəsində iki nəfərin adı vardı: Bayramov Zeynal Həsənalı oğlu və İsmayılov Qərib Boran oğlu. Ş.Mirzəyev siyahını məndən alıb oxudu və dedi: "Siyahıda iki baş leytenant var. Müdafiə nazirliyində bunlardan daha cavanını siyahıya salmaq istəyəcəklər (Z.Bayramov mədən 5 yaş kiçik idi) və sənin adını çıxarmaq üçün sənədi geri qaytaracaqlar. Bu iş isə əlavə vaxt aparacaqdır. Ona görə də ən yaxşısı budur ki, zabit kimi yalnız Z.Bayramovun adını siyahıya daxil edək" Mən razılaşdım və beləliklə də şəxsi heyətə daxil edilmədim. Bu səbəbədən də payız və qış fəsillərində (təxminən 4-5 ay) taborun gördüyü işlərdən o qədər də xəbərdar deyiləm və bu qeydlər yalnız 1992-ci ilin mart ayından sonra baş verən hadisələri özündə əks etdirəcəkdir.
Ardı var...
Səxavət Məmməd

Hiç yorum yok:
Yorum Gönder