20.07.2023

Region yeni müharibə ərəfəsində? - TƏHLİL

Azərbaycanla Ermənistan arasında gərginlik yenidən kəskinləşib. ABŞ səfirliyi öz vətəndaşlarına sərhəd istiqamətinə getməməyə çağırıb, Avropa İttifaqının Ermənistandakı missiyası sərhəddən geri çəkilib, Ermənistan sərhədə əlavə qüvvələr cəlb edir. Azərbaycan ordusu da təbii ki, gücləndirmə edib.

Məsələ təkcə bununla bitmir. Taliban bir tərəfdən Tacikistan istiqamətinə qoşun yığır, digər tərəfdən isə İran istiqamətinə. Sanki Cənubi Qafqaz və Orta Asiya müharibəyə hazırlıq içərisindədir.

Rusiya Ukrayna müharibəsi istənilən nəticəni vermədi. Dünyanın siyasi xəritəsinin yenidən çəkilməsi bir müharibə ilə mümkün olmadığını real olaraq gördük.

Digər regionlar başqa yazının mövzusudur. Gələk Azərbaycan-Ermənistan münasibətlərinə və regionda ehtimal olunan proseslərə.

İran, Fransa və Rusiya regionda sülhün bərqərar olmasını qətiyyən istəmir. Ona görə də, sülh danışıqları yerini hərbi gərginliyə vermək üzrədir.

Azərbaycan Ermənistanla arasındakı şərti sərhədi müəyyən edib və müdafiəni möhkəmləndirməklə məşğuldur. Ermənistan və regionda sülh istəməyən digər güclər isə yeni münaqişə düşüncəsindədir.

Sentiyabr sərhəd toqquşması hər kəsin xatirindədir. O zaman həmin bu ölkələr çalışırdı ki, Azərbaycan Ermənistana məxsus hansısa bir yaşayış məntəqəsini nəzarətə götürsün. Ancaq Azərbaycan bu oyuna getmədi. Yalnız yüksəkliklərə nəzarəti əldə edərək, yerində durdu. Azərbaycan bununla bir çox planları pozmuş oldu.

Rusiya və digər ölkələr də bilir ki, Qarabağ postmünaqişə dövrünü yaşayır. Rəsmi Bakının əlində kifayət qədər rıçaklar var ki, münaqişəni sonlandırsın. Ancaq Rusiya sülhməramlılar Qarabağdakı qeyri-qanuni silahlılar, separatçı rejim vasistəsi ilə prosesi uzatmaqda israrlı görünür. Hesab edirəm ki, Rusiyanın əsas istəklərindən biri yeni münaqişə ocağı yaratmaqdır. Bu dəfəki münaqişə ocağı isə Ermənistan ərazisində olmalıdır.

Nəzərə almaq lazımdır ki, Ermənistan baş naziri Nikol Paşinyan ordunu, ümumilikdə güc strukturlarını Rusiyaya işləyənlərdən təmizləyə bilməyib. Yəni, Rusiyanın Ermənistan ordusunda kifayət qədər təxribat törədə biləcək adamı var. Dolayısı ilə hazırda ən təhlükəli və diqqət olunası yer sərhəd istiqamətidir. Sərhəd istiqamətində əgər döyüşlər baş verərsə, Azərbaycan tərəfi qarşı tərəfin mövqelərinə nəzarəti ələ keçirərsə hər nə qədər də delimitasiya və sərhəd anlayışı olmasa da, bu yeni münaqişə ocağının yaranmasına gətirib çıxara bilər.

Erməni ekspertlər arasında da iddialar səsləndirlir ki, Zəngəzur tamamilə itirilə bilər. Bundan əlavə Rusiya rəsmi dillə belə Ermənistan dövlətinin gələcəyini sual altında olduğunu bildirib. Paşinyan da bu barədə narahatlıq çəkdiyini qeyd edir. Dolayısı ilə regionda bir dövlətin tamamilə xəritədən silinmə ehtimalları üzərində də düşünmək mümkündür.

Qərbin İranla bağlı əgər niyyəti ciddiləşsə, regionda çox ciddi hərbi münaqişə olacağını deməkdə fayda var. Bir neçə dəfə də qeyd etmişəm, əgər Azərbaycanla Ermənistan arasında ikinci dəfə müharibə olsa, bu müharibə Azərbaycanla Ermənistanın olmaqdan çıxacaq. Yəni, regionda var olan və kənardan gəlmə ehtimalı olan güclər arasında qanlı savaş baş tutacaq. Rusiyanın faktiki olaraq Ermənistanda hərbi bazsı var. Bu o deməkdir ki, ən çevik müdaxilə imkanı olan ölkələrdən biri Rusiya olacaq. Bundan əlavə Qarabağda da Rusiyanın sülhməramlı adı altında qoşunu mövcutdur. Bunun üzərinə qeyri-qanuni silahlıları gəlsək, ciddiyə alınası bir güc deməkdir.

Azərbaycan yaranmış vəziyyətdən müksimum itkisiz və zərərsiz çımaq üçün düşünməli və ən sərfəli yol xəritəsi ilə hərəkət etməlidir.

Ermənistanla Azərbaycan arasında yeni müharibə olacağı təqdirdə İranın davranışı da bu məsələdə önəmli olacaq.

Hazırda müharibə ehtimalı sülh ehtimalından daha çoxdur.

Səxavət Məmməd

Hiç yorum yok:

Yorum Gönder

Real Time Analytics