Şirin Mirzəyev haqqında çox danışılıb, çox yazılıb. Əfsanəvi komandirin Ağdama gəlişi, döyüş yolu barədə çoxlarının bilmədiyini onun ən yaxın silahdaşı danışır.
Ötən yazıda Şuşanın işğal günündə baş vermiş genişmiqyaslı hərbi əməliyyatdan danışdıq. Bu dəfə isə həmin əməliyyatlardan sonrakı dövr və müsahibimə Şirin Mirzəyevin hərbi forma haqqında dediklərindən bəhs edəcəyik.
Qısa arayış:
İsmayılov Qərib Boran oğlu 1946-cı ildə Ağdam rayonunun Mərzili kəndində anadan olub. 1963-cü ildə Ağdam rayon Novruzlu kənd orta məktəbini bitirib. 1971-ci ildə Lenin adına APİ-nin dil-ədəbiyyat fakultəsini bitirib. Universiteti bitirdikdən sonra Tula vilayətinin Belyov şəhərində hərbi xidmətdə olub. Hərbi xidmətin sonunda zabitlər hazırlayan kursda oxuyaraq leytenant hərbi rütbəsi alıb. Hərbi xidməti başa vurduqdan sonra Ağdam rayon Mərzili kənd orta məktəbində müəllim işləyib. 1989-cu ildə AXC Ağdam rayon şöbəsi idarə heyətinin üzvü, rayon məclisinin sədri olub. Könüllü müharibəyə getdiyi üçün Məclis sədrliyindən istefa edib. Ağdamda keçirilən mitinqlərdə birinci mitinqdən sonra bütün mitinqlərin aparıcısı olub.
1992-ci ilin mart ayından könüllülərdən ibarət 845 saylı əlahiddə taborun, sonra isə 836 saylı alayın 2-ci taborunun qərargah rəisi olub. Milli Qəhrəman Şirin Mirzəyev həlak olduqdan sonra ordu sıralarından istefa verib.
2016-cı ilin iyun ayına qədər 68 saylı köçkün tam orta məktəbində müəllim işləyib. Hazırda təqaüdçüdür.
"Ölkə.Az" Qərib İsmayılovla müstəqilliyin ilk illərində Ağdamda baş verən proseslər və Şirin Mirzəyevin fəaliyyəti barədə hazırlanan reportajı sizə təqdim edir.
- Əsas qüvvələrinizin hücumu istiqamətində nə baş vermişdi?
- Yuxarıda adını çəkdiyim 3 kəndin Gülablı kəndi tərəfdən olan birinci kənd heç bir mane olmadan azad edilmişdi. İkinci kəndi isə ermənilər çox möhkəm müdafiə etmiş və hücum vaxtı istifadə etmək üçün briqada tərəfindən bizə verilmiş 5 tankdan birini vurmuşdular. Qalan tanklar isə Şirin Mirzəyevin əmrinə tabe olmayıb, geri qayıdıblar. Hadisə yerinə gələn briqada komandiri Elxan Orucov heç bir tədbir görmədi və bu səbəbdən də tabor komandiri Allahyar Əliyev onu təhqir etdi. Əsəbləşən briqada komandiri elə oradaca onun tabor komandirliyindən azad edildiyini ona çatdırır. Beləcə azad etdiyimiz iki kəndi müdafiə etməyib geri çəkilməli olduq. Çəkdiyimiz zəhmət, sərf etdiyimiz sursat havayı getdi və şəxsi heyətdə briqada komandirinə qarşı etimadsızlıq yarandı. Bir tankın vurulması nəticəsində qalan 4 tankın geri qayıtmasını heç kəs normal hadisə kimi qəbul etmirdi və bu hadisə çox böyük ruh düşkünlüyünə səbəb olmuşdu. Briqada komandiri sözünün üstündən dayandı və tabora Səlimov soyadlı bir nəfəri komandir təyin etdi. Şirin Mirzəyev isə Allahyar Əliyevi özünə müavin götürdü.
Ağbulaq kəndinin cənub-şərqində "keçi cığırı" deyilən bir mövqe vardı. Həmin mövqe bizim əlimizdə idi. Şimal və qərb tərəfdən isə kəndə ermənilər nəzarət edirdi. Gülablı tərəfdən Naxçıvanik istiqamətinə qədər yolun üstündə də bir top və çoxlu miqdarda mərmi var idi. Hücumumuz zamanı tankçılarımız tərəfindən həmin top məhv edildi.
Qeyd:
Həmin topun məhv edilməsi ilə bağlı saytımızda "Tankla topun dueli — Şuşanın işğaldan azad edilməsi üçün keçirilən əks-hücum barədə Nazim Bayramovla reportaj" başlıqlı yazı oxucularımıza təqdim edilmişdi.
Artilleriya və minaatanlardan açılan atəşləri nəzərə almasaq, təxminən bir həftə sakit keçdi və bu sakitlik mayın 15-ə qədər çəkdi. Pis burası idi ki, artıq Şuşanın ermənilər tərəfindən işğal edildiyini hamımız bilirdik və bu xəbər şəxsi heyətə olduqca pis təsir etmişdi. Bu hadisə Xocalı faciəsindən sonra bizim üçün ən dəhşətli reallıq idi.
- Mayın 15-ni qeyd etdiniz. Nə baş verdi?
- Mayın 15-də səhər tezdən məlum oldu ki, ermənilər Abdal və Gülablı kəndlərinə hücum ediblər. Ermənilər bir neçə istiqamətdən hücum edib və kəndə daxil olmuşdular. Bağmanlar və Şıxbabalı kəndlərində yerləşən bölüklər yaxında olduqlarına görə hadisə yerinə daha tez çatmışdılar. Mən, Mərzili bölüyü ilə hamıdan gec və az qüvvə ilə çatmışdım. Qeyd edim ki, həmin vaxt Mərzili bölüyündə 35 ədəd avtomat var idi və bu silahın da təxminən yarısı postlarda olurdu. Biz hadisə yerinə çatanda Şirin Mirzəyev Abdal və Ağbulaq kəndlərinin arasındakı adsız bir təpədə dayanmışdı. Yaxınlaşan kimi öz helikopterimizin ona atəş açdığını, xoşbəxtlikdən zərər vermədiyini dedi. Helikopter Gülablı istiqamətinə gedib və geri qayıtmamışdı. Burası aydın idi ki, onun hansı tərəfdən olmasını bilməmişdilər. Mən bu haqda danışanda Şirin Mirzəyev çox maraqlı bir fikir söylədi:
"Onlar bilməli idilər ki, erməni bizim mövqeyimiz tərəfdən uçub gələn helikopterin atəş nöqtəsi altında dayanıb sakit döyüşü müşahidə etməz".
Tezliklə ermənilər kəndi tərk edib öz mövqelərinə çəkildilər. Yalnız "Keçi cığırı" deyilən yüksəklikdəki mövqeni əllərində saxladılar və 2 gündən sonra həmin mövqedən də geri çəkilməli oldular. Həmin gün hər iki tərəfdən nə qədər itki olduğu yadımda deyil. Yadımda qalan odur ki, ermənilər 1 PDM, biz isə 1 helikopter itirmişdik.
İki gün sonra isə yuxarıda adı çəkilən "Keçi cığırı"nın qərb tərəfindəki yüksəkliyə çıxarkən ermənilər bizim uşaqlara bir güllə belə atmadan çəkilib getmişdilər. Bişirdikləri kabab, içməli olduqları araq da yerdə qalmışdı. Bu dəfə əllərində olan bütün siahları aparmışdılar. Mayın 9-da keçirilən əməliyyatlarda ermənilərin nəinki iriçaplı pulemyotlarını (belə pulemyotlar hərbi maşınların üstündə qoyulur və kifayət qədər ağır olur), hətta avtomat silahları belə atıb qaçmış olduğunu əvvəl qeyd etmişdim. Məsələ burasındadır ki, ermənilərin belə hərəkətlərinə çox rast gəldim və irəlidə onlar haqqında danışmağa çalışacağam.
Artıq bir neçə saat idi ki, 17 may 1992-cil "Keçi cığırı" deyilən yerdəki mövqe ermənilərin əlindən alınmışdı və onlar həmin mövqedə olan qüvvələrimizi vurmaq üçün mövqelərimizi minaatanlardan atəşə tutmuşdular. Atdıqları bütün mərmilər başımızın üstündən keçib arxadakı boşluğa düşürdü və heç kəsə ziyan toxunmurdu.
- Bildiyimiz qədər Şirin Mirzəyev çiyinlərinə hərbi rütbəsini çox az taxarmış. Bunun səbəbini bilməmiş olmazsınız.
- Həmin gün baş verən bir hadisə özlüyündə maraqlı deyil və bəlkə də bu hadisə haqqında danışmamaq da olardı. Amma Şirin Mirzəyev portretini (qoy lap şairanə olsun) yaratmaq üçün bu hadisə vacib cizgilərdən sayılmamalıdır. Məsələ burasındadır ki, Şirin Mirzəyevin paltarında fərqlənmə nişanı olmazdı. Qərargahda üstündə polkovnik-leytenant rütbəsinin fərqlənmə nişanı olan bir dəst paltarı vardı. Hər dəfə rus ordusunun zabitləri ilə görüşməli olanda həmin formanı geyinər, qayıdan kimi soyunub divara asardı. Mənim geyindiyim formanın üstündə isə hərbi biletimdə yazılmış baş leytenant rütbəsinin fərqlənmə nişanı vardı. Bu barədə danışanda əlini yelləyər, heç bir cavab verməzdi.
Saat 19:20 radələrində bizə UAZ markalı bir maşın yaxınlaşdı. Maşın xeyli aralıda dayandı və hərbi paltarda olan bir adam düşdü. Yaxındakılardan nə isə soruşdu və bizə tərəf gəlməyə başladı. Yaxınlaşanda rütbəsinin kapitan olduğu göründü. Şirin Mirzəyevlə mən üzbəüz durub söhbət edirdik. Kapitan yaxınlaşıb mənə müraciət edəndə göstərdim ki, komandir mən deyiləm. Yalnız bundan sonra o, Şirin Mirzəyevə müraciət etdi və onlar kənara çəkilib xeyli söhbət etdilər. Söhbət bitti və onların nədən danışdığını bilmədim. Geri qayıdanda ona dedim:
- Görürsənmi, kapitanı çətin vəziyyətə saldın. Fikirləşdi ki, komandir sıravi əsgər yox, (heç şübhəsiz o, Şirin Mirzəyevi tanımırdı) baş leytenant olar. Axı fərqlənmə nişanını daşımaqda pis nə var?
Həmişəkindən fərqli olaraq bu dəfə komandir mənə ciddi və açıq cavab verdi:
- Müəllim, çiynimdə rusun paqonunu və beşguşəli ulduzunu daşımaqdan bezmişəm. Azərbaycan ordusunun öz fərqlənmə nişanı olana qədər bax elə bu formada da döyüşəcəyəm.
Çox təəssüflər olsun ki, o, səkkizguşəli ulduzu çiynində daşımadan həlak oldu və yuxarıdakı cavab 24 il keçməsinə baxmayaraq, yadımdan çıxmır. Mənim fikrimcə, yuxarıdakı cavab tez-tez "mən azadlığın, özgürlüyün daim qatı tərəfdarı olmuşam" deməkdən qat-qat üstündür və onun mənəvi aləminin necə zəngin, özünün necə vətənpərvər insan olduğunu aydın şəkildə göstərir.
Necə deyərlər, əlavə şərhə ehtiyac yoxdur.
Ardı var...
Səxavət Məmməd

Hiç yorum yok:
Yorum Gönder