Yaralı ayının isə nə edəcəyini təxmin etmək o qədər çətin deyil. İmperiyaları ilana bənzətmək mümkündür. Çünki tarixə baxdıqda görürük ki, imperiyalar dağılmır, sadəcə olaraq qabığını dəyişir, yeni şəkil alır. Rusiya bu qəzəblə çox irəli gedə bilməz. Çünki Rusiyanın bu aqressivliyi özünü məhvə apara bilər. Məntiq onu deyir ki, Rusiya var gücünü qoyub Ukrayna müharibəsini həll etsə, ardınca Polşaya girməlidir. Rusiyanın buna gücü çatarmı? Bu, mümkün görünmür. İndiki mərhələdə Rusiya şəklini dəyişməyə məcbur görünür.
Rusiya Ukrayna savaşı etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
Rusiya Ukrayna savaşı etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
20.07.2023
Rusiya parçalanır, yoxsa qabığını dəyişir? - Hadisələrə BAXIŞ
Ayını ilana bənzətmək nə qədər doğrudur, bilmirəm. Rusiya ayı kimi yaralıdır.
13.08.2022
Ukraynanın Krım əməliyyatı - Rusiyaya inamsızlıq və psixoloji çöküş
Ukrayna ordusunun Krımdakı Rusiyaya məxsus aerodroma raket zərbələri endirməsi Ukrayna-Rusiya müharibəsində yeni mərhələyə start verdi. Həmin raket zərbələri Krımı və Rusiya nəzarətindəki Ukrayna torpaqlarını və orda yaşayan əhalinin təhlükəsizlik və psixoloji vəziyyətini ortaya qoydu.
Krım əhalisi əziyyət çəkir və əsas səbəb müharibə deyil. Rusiya Krım zəbt edəndən sonra ora məskunlaşmaq üçün əhali köçürməyə başladı. Həmin əhaliyə müəyyən vədlər vermişdi. Ancaq əhalinin həyat şəraitinin pis olması, su qıtlığı, yol problemi, ümumiyyətlə, verilən sözlərə əməl edilməməsi belə desək ordakı əhalini "tikan üstündə" saxlayırdı. Məsələ ondadır ki, Krımdakı aerodroma endirilən raket zərbələri əhalinin var olan problemlərinin üzərinə birini də əlavə etdi - Təhlükəsizlik! Yəni, artıq Rusiya nəzarətindəki bölgədə yaşayanlar anlamağa başladı ki, onların təhlükəsizliyi qorunmur.
6.03.2022
Rusiya-Ukrayna savaşının ÇİRKİN ÜZÜ: Riyakar siyasətin acı reallığı - Səxavət Məmməd yazır
Ukrayna-Rusiya müharibəsinin artıq beşinci günü geridə qalıb. Geridə qalan beş gün ərzində Rusiya ordusunun, xüsusilə Xarkov, Kiyev və Mariopol şəhərinə hücumlarını müşahidə edirik.
Rusiya xəritə üzərində planladıqlarına döyüş meydanında nail olmasa da, hücumlarına davam edir, ancaq informasiya müharibəsində konkret şəkildə məğlub olur. Belə bir deyim var, savaşı qazanıb informasiya müharibəsində uduzsan, məğlub sayılacaqsan. Ukrayna, daha dəqiq desək, Qərbin informasiya maşını elə bir vəziyyət yaradıb ki, Ukrayna məğlub olsa belə, qalib sayılacaq. Hətta bu yöndə də bilərəkdən təbliğat gedir. Yəqin, siz də buna çox rast gəlmisiniz: “Ukrayna müharibədə uduzsa da, Zelenski, Ukrayna xalqı gözümüzdə qalib sayılacaq”.
Kaydol:
Kayıtlar (Atom)

