səfərbərlik etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
səfərbərlik etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

14.05.2022

44 günə Qarabağı azad edənlərin il yarımlıq veteranlıq çiləsi - Səxavət Məmməd yazır

Müharibə bitər-bitməz döyüşdə iştirak edən hərbçilərə medallar verildi. Medallar verilən zaman ədalətsizlik olduğunu dəfələrlə yazmışdıq. Müharibənin üzərindən il yarım keçəndən sonra veteranlıq statusu verilməyə başlandı. Təbii ki, bu məsələ də birmənalı qarşılanmadı. Çünki müharibəyə görə rayonların işğaldan azad edilməsi ilə bağlı medal almış bir çox şəxs veteran statusu ala bilmədi. Çünki həmin şəxslərin adları döyüş əmrinə salınmamışdı. O medallar hansı əsasla verilmişdi? Birbaşa döyüşdə iştirak edənlərin belə bir problemi olmasa da, xüsusilə Hərbi Hava Qüvvələri, Hava Hücumundan Müdafiə Qoşunlarında veteranlıq məsələsi döyüş əmrinə adların salınıb-salınmamasına görə narazılıqla qarşılandı.

21.01.2021

Reklam üçün könüllülük və ya mikrofonla avtomatın fərqi bilinməyəndə...

Fikir verirsinizsə, döyüşmək üçün könüllü yazılmağı da şouya döndərmək qədər irəli gedənlər var. Kimi könüllülər siyahısına saf niyyətlə yazılır, kimi də özünüreklam və artistlik üçün… Hər kəs özü bilər, buna qarışmayacam. Toxunmaq istədiyim məsələ başqadır.

Əvvəla, qanunvericiliyə görə, heç kim könüllü orduya getmək üçün Səfərbərlik Xidmətinin qapısını kəsdirməməlidir. Çünki səfərbərliklə bağlı konkret qanun var. O qanunda da “könüllülük” haqda heç bir müddəa yoxdur. Silahlı Qüvvələrdə həqiqi hərbi xidmətdən sonra Orduda fəaliyyətin davam etdirilməsinin iki yolu var: Müddətdən Artıq Xidmət Etmək ( MAXE) və gizirlik. Ümuimilikdə isə həqiqi hərbi xidmət keçmiş hər bir vətəndaş komisarlıqlarda qeydiyyatdadır.
Real Time Analytics