“Bizdə cəbhədən gələn xəbərlər daha çox bölgə müxbirlərinin boynuna düşür”
Səxavət Məmməd: “Heç mitinq iştirakçıları bizim orada bir neçə saat ərzində eşitdiyimiz qədər səs bombası eşitməyib, gözlərinə o qədər bibər qazı sıxılmayıb, təzyiqli su altında qalmayıblar”
Müharibə şəraitində olan başqa ölkələrdə olduğu kimi, Azərbaycan da tez-tez qoşunların təmas xəttində gərginlik və eskalasiya yaranır. Belə vəziyyətlərdə ölkə əhalisinin informasiyaya tələbatını ödəmək üçün jurnalistlər ekstremal şəraitdə işləməli olurlar. Amma bu gün Azərbaycan jurnalistləri içərisində ekstremal vəziyyətdə peşəsini həyata keçirə biləcək jurnalistlərin sayı demək olar ki, barmaqla göstəriləcək qədərdir. Hərdən bəzi jurnalistlər bilmədən düşmənin işinə yaraya biləcək məlumatlar da yayırlar. Həmçinin döyüşlər zamanı özlərini təhlükəyə atıb, diqqətsiz davranırlar.
Ötən ilin yayında jurnalistlərə ekstremal vəziyyətdə işləməyi öyrənmək üçün bir qrup jurnalist cəbhə bölgəsində təlim keçdi. "Dinc dünya” Araşdırma Mərkəzinin təşkilatçılığı və Müdafiə Nazirliyinin dəstəyi ilə keçirilən "Ekstremal jurnalistlərin təcrübə poliqonu” adlı layihə çərçivəsində jurnalist və fotoqraflar cəbhə bölgəsində olan hərbi hissələrdə təlimdə oldular, bir həftə ərzində müxtəlif sahələr üzrə dərs keçib, çətinlikləri gördülər. Bu təlimlərin məqsədi jurnalistlərin istər ölkə daxilində, istər ölkə xaricində müharibə, döyüş və bu kimi ekstremal şəraitdə ölmədən, həyatlarını riskə atmadan informasiya əldə etmələri, bu sahə üzrə təcrübə toplamaları idi. Həmçinin jurnalistlərə düşmənlə təmas səhnəsi ilə ümumi tanışlıq, döyüşən tərəflərin imkanları, tapşırıqları və fəaliyyət növləri, döyüş səhnəsində mümkün təhlükələr, ekstremal vəziyyətdə təhlükəsizlik tədbirləri, döyüş fəaliyyəti rayonunda hərəkət qaydaları, ərazinin relyefindən və fortifikasiya qurğularından istifadə, döyüşə hazırlıq və döyüşün gedişi zamanı müşahidə üsulları, informasiya toplama zamanı müxbirin, reportyorun düzgün davranış normaları, snayperdən, imitasiya vasitələrindən, gözlənilməz xəsarətlərdən özünü qorumaqla döyüş prosesini izləmə və informasiya toplama, minalardan və əldə hazırlanmış partlayıcı qurğulardan qorunma xüsusiyyətləri, gecə müşahidə təlimi, yaralanma, əzilmə, bədbəxt hadisəyə uğrama zamanı davranış qaydaları, ilk yardım məşqləri, səhra şəraitində qidalanma qaydaları öyrədildi. Amma bütün bunlarla işin bitdiyini saymaq olmaz. Çünki bir həftə təlimlə, jurnalistlərə ekstremal vəziyyətdə davranışın tam incəliklərini öyrətmək mümkün deyil. Həmçinin ekstremal jurnalistika təkcə müharibə, döyüş bölgəsi ilə məhdudlaşmır. Bu sahənin jurnalisti həmçinin iğtişaşlar, təbii fəlakətlər, daşqınlar, uçqunlar, yanğınlar zamanı da necə davranmalı və informasiya əldə etməyi mənimsəməlidirlər.

- Jurnalistikaya gələndən hərb və müharibə mövzusunda yazmışam. Bəlkə də uşaqlığım müharibənin içərisində keçib, ona görə bu mövzular diqqətimi cəlb edir. Hesab edirəm ki, bir sahədə uğur qazanmaq üçün mütləq o sahəni mükəmməl bilmək lazımdır. Müharibə jurnalistikası barədə çox oxuyurdum, araşdırmalar aparırdım. Ancaq bu sahədə peşəkar olmaq üçün oxumaq qətiyyən kifayət etmir. Bunun ustalarından dərs almaq, təlim keçmək şərt idi. Dünyanın bir neçə ölkəsində Rusiyada, İtaliyada, İngiltərədə müharibə jurnalistikası təlimləri keçirilir. Mənim diqqətimi "Anadolu” Agentliyinin təlimləri daha çox cəlb etdi. Çünki digər ölkələrdə keçirilən təlimlərdə, praktikadan daha çox, yazıların hansı formada hazırlanmasını öyrədirlər. "Anadolu” Agentliyinin təşkil etdiyi təlimlər isə tamamilə fərqli görünürdü. Öncədən bildirim ki, gözlədiyimdən də maraqlı alındı.

- Təlim neçə gün davam etdi. Praktik olaraq, hansı şəraitlərdə işlədiniz?

- Bizim cəbhə bölgəsindən reportajların olub. Kifayət qədər də oxunaqlı, maraqlı yazıların var. Bu təlimlərdən sonra, həmin reportajlarda nəyi düzgün etmədiyini və ya nəyi düzgün etdiyini özün üçün müəyyənləşdirdinmi?

Ən əsası təlimlərdən gələn kimi özümə kaska və zirehli jilet almışam. Orada kaskasız və zirehli jiletsiz bir anımız belə keçmədi.
- Bu təlimlərdə iştirak etdin, gördün praktik baxımdan. Buna ekstremal jurnalistika deyilir. Sənin anlatdıqlarından belə qənaətə gəlmək olar ki, bizdə ekstremal jurnalistika zəifdir, hətta demək olar ki, yox dərəcədədir. Bu cür şəraitdə işləyən gənc jurnalistlər də yoxdur. Qarabağ müharibəsinin şiddətli vaxtlarında cəbhədə işləmiş jurnalistlərimiz olub. Amma artıq onların da yaşı indi işləməyə imkan vermir. Sualım budur ki, bizim ekstremal şəraitdə işləməyi bacaran jurnalistlər üçün hansı tədbirlər görülməlidir. Təbii ki, xaricdə təcrübə keçmək o qədər də asan deyil, həm maliyyə baxımından, həm də ki seçim baxımından. Burda, ölkəmizdə mümkündürmü bu cür təlimləri, praktikanı həyata keçirmək?

Bu cür təlimlər bizim ölkədə keçirilməlidir. Düşünürəm ki, bunun üçün şərait də var. Sadəcə olaraq beynəlxalq təcrübəni öyrənib, tətbiq etmək lazımdır. Azərbaycanda polis, hərbi və fövqəladə hallarla bağlı akademiyalar var. Onlarla birlikdə proqramlar hazırlayıb, bu sahədən yazan jurnalistləri hazırlamaq olar. Ancaq dərs deyəcək müəllimlər də kurs keçməlidirlər. Jurnalistlərlə işləməklə, kursantlarla işləmək arasında çox böyük fərq var.
Ən azı bunu orada gördüm. Qonşularımızdan misal gətirim, Türkiyədə, Rusiyada müharibə jurnalistikası təlimi keçməmiş, bu sahə üzrə ixtisaslaşmamış jurnalistlər ekstremal vəziyyətdə olan yerlərə buraxılmırlar.
- Bu təlimdə iştirak üçün səhhət, sağlıq durumu yəqin ki, vacib detaldır. Hansısa tibbi yoxlanış oldumu?

- Niyə məhz Türkiyəni seçdin, Rusiyanı yox? Mən bildiyim qədər ekstremal jurnalistika Rusiyada daha çox inkişaf edib...
- Rusiyada ekstremal jurnalistika çox inkişaf edib. Ancaq Türkiyədəki təlimləri uğurla bitirənlərə beynəlxalq sertifikat verilirdi. Seçim səbəblərimdən biri də bu oldu. Təlimlər isə ingiliscə idi. Qatıldığım təlimdə 12 dövlətin ekstremal jurnalistləri iştirak edirdi.
- Təkcə burda yox, dünyanın münaqişə ocaqlarından reportajlar hazırlamaq, xəbərlər vermək planların varmı?

- Bunun qonorarını ödəyəcək media strukturu varmı ölkəmizdə?
- Açığı, buna o qədər də inanmıram. Bizim media qurumlarımızın bir çoxu işçilərin pulunu verməkdə çətinlik çəkirlər. Ancaq bunu etməyi qarşıma məqsəd qoymuşam. Mediamızın pullanmasını gözləmək kimi bir fikrim yoxdur, vaxt ötür, yaş üstünə yaş gəlir.
Ümumilikdə isə hesab edirəm ki, gənc jurnalistlər, bu sahədə maraqlı olan jurnalistlərimiz belə təlimlərdə iştirak edib, praktika toplamalıdırlar. Bu çox vacibdir. Çünki Azərbaycan müharibə şəraitində olan ölkədir, ekstremal vəziyyətə hazır olmalı jurnalistlər mütləq lazımdır.
Anar Bayramoğlu
Hiç yorum yok:
Yorum Gönder