Məcburi köçkünlərin yolu bağlamasına səbəb onlara verilən evlərin pulla satılması və adam sayına uyğun olmayan bölgü olub.
Evlərin pulla satılmasına və adam sayına uyğun olmyaraq aparılan bölgüyə etiraz edərək, Binqədi rayon, 9-cu mikrorayon, Həmzə Babaşov küçəsində məskunlaşmış qaçqın və məcburi köçkünlər Cavadxan küçəsini bağlayıb. Hadisə yerinə Binəqədi rayon polis idarəsinin rəisi polis polkovniki Namiq İsmayılıov və çoxlu sayda polis əməkdaşı gəlib. Etirazçılarla söhbət etdikdən sonra yol açılıb. Yolu açan məcburi köçkünlər etrizlarına Zərifə Əliyeva adına parkda davam etdiriblər.
Etirazçıların sözlərinə görə bu addımı atmağa səbəb onlara veriləsi evlərin pulla satılmasıdır. Məcburi köçkünlərdən əldə etdiyimiz məlumata görə, evləri Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində departament rəisi Elman İsmayılov və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Bakı şəhəri Binqədi rayon üzrə sektor müdiri Abış Məmmədov 5-10 manatdan satırlar.
Mehrab Həsənov bildirir ki, Elman İsmayılovla görüşən zaman vəzifəli şəxs ona deyib ki, 1 otaqlı ev istəmirsən get atlarınla bir yerdə yaşa:
"Ailə də 5 nəfərik, 1 otaqlı evdə necə yaşayım? Elman İsmayılov Xocalı qaçqınlarına deyir ki, mən Xocalını tanımıram. Bu nə deməkdir, biri bunu bizə izah eləsin".
Etirazçılara bildirilib ki, artıq məsələ ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sosial-təminat şöbəsinin rəisi Gəray Fərhadova məlumat verilib. Bununla bağlı Komitədə iclas keçirilir. Yekun qərar Komitə sədri Əli Həsənova təqdim olunacaq.
Səxavət Məmməd
Foto və videolar müəllifə məxsusdur
Foto və videolar müəllifə məxsusdur
Hiç yorum yok:
Yorum Gönder