26.11.2022

Azərbaycan gözləmə mövqeyində: Ermənistanın Rusiyaya "kəllə atması" nə ilə nəticələnəcək? - Səxavət Məmməd yazır

Ermənistan Rusiyadakı sözçülərinin ölkəyə gəlişinə qadağa qoyub. Bu o anlama gəlir ki, Paşinyan da onların, əslində, Ermənistanın yox, Rusiyanın maraqları baxımından rəsmi İravana dəstək olduğunu anlayıb.

Paşinyan Qərbə meyil etdikcə həmin sözçülər Nikolu və onun iqtidarını topa tutublar. Həmin sözçülər Rusiyanın maraqları çərçivəsində Ermənistanın ruporluğunu ediblər. Artıq Ukrayna fonunda hər kəs necə açıq oynayırsa, Cənubi Qafqazda da hər kəs açıq oynamağa başlayıb.

Kremlin Qarabağla bağlı PLANI: Rəsmi Bakı artıq fəaliyyətə başlayıb - Səxavət Məmməd yazır

Rusiya ilə Azərbaycan arasında gərginlik yüksələn xətlə davam edir.

Bu gərginliyin görünən tərəfləri bunlardır:

Əvvəlcə Rusiyanın “Birinci kanal”ında Azərbaycana qarşı təxribat xarakterli çıxışlar oldu, ölkəmizin suverenliyi təhdid edildi və ardınca Azərbaycan Dövlət Televiziyası Rusiyaya tutarlı cavab, həmçinin rəsmi Bakı Moskvaya nota verdi.

Babək Səmidlinin səs yazısının PƏRDƏARXASI: Azərbaycana qarşı aparılan hibrid müharibə - Səxavət Məmməd yazır

Şəhid polkovnik Babək Səmidlinin yayılmış səs yazısı bir çox mətləblərə aydınlıq gətirdi. Ancaq həmişəki kimi yenə də Azərbaycan ictimaiyyəti nəticə barədə danışır, səbəblər isə kənarda qalıb.

Gələk səs yazının Babək Səmidliyə aid olub-olmamasına. Səs yazısı əminliklə deyə bilərəm ki, Babək Səmidliyə aiddir. Bəzi dahi ekspertlərimiz səhər ona aid olmamasını, axşam isə ona aid olmasını deyib detallarını müzakirə edə bilir. Bu tip ekspertlərimiz gündə bir mövzu ilə bağlı 5-6 versiya səsləndirir. Gerçəklər üzə çıxanda isə proqnozları düz çıxmış kimi: “Bbaxın, mən demişdim”, – deyə bilir.

 Nə isə…

Böyük dövlətlərin QARŞIDURMASI: "Bu müharibə sonun başlanğıcıdır" - Səxavət Məmməd yazır

Elə bir dönəmə gəlib çıxmışıq ki, artıq bütün intriqalar, keçmiş söhbətlər, davalar yeni formada üzə çıxır.

“Yeni dünya düzəni”, “Dünyanın yenidən şəkilləndirilməsi” deyiləndə çoxları bunun sakit yolla həll olduğunu düşünürdü. Faktiki olaraq tarixə nəzər salanda görürük ki, bütün şəkillənmələr müharibələrlə, kataklizmlərlə, böyük insan itikləri ilə baş verib. Yəni yeni düzən də böyük müharibələr hesabına başa gələcək.

Mümkün müharibə ssenarisi: Strateji güc Azərbaycandadır - Səxavət Məmməd yazır

Ermənistanla Azərbaycan arasındakı münasibət kövrək olduğu qədər iddialar da müxtəlifdir. Bir gün qısa zamanda sülh müqaviləsinin imzalanacağı deyilsə də, sabah sülh müqaviləsi imzalanmayacağı təqdirdə, qısa zamanda müharibə ehtimalı da iddia olunur.

Erməni tərəfinin informasiya maşını artıq hər iki istiqamətdə də işlər aparır. Yəni dünya və cəmiyyətlər hər iki versiyaya da hazırlanırlar.

Sülh prosesini dalandan çıxarma yolu: Bu dəfə toplum qurbanlarını seçməlidir - Səxavət Məmməd yazır

Azərbaycanla Ermənistan bir yandan sülh və delimitasiya prosesinin həyata keçirilməsi üçün razılaşır, təkliflərə açıq olduqlarını bəyan edir, digər tərəfdən isə sərhəddə atəşkəs pozulur.

Bunu həm münaqişənin qalıqları kimi qiymətləndirmək olar, həm də qarşı tərəfin və maraqlı güclərin təzyiqi kimi də.

Azərbaycan tərəfi demarkasiyanı həll etdiyi üçün sahədə qazandığını masada təmin etməlidir. Artıq bundan sonra bütün güc diplomatların üzərinə düşməlidir.

Bakı ilə İrəvan arasında "sürətli sülh" ehtimalı: Rusiya, Çin və Türkiyə faktoru - Səxavət Məmməd yazır

Azərbaycanla Ermənistan arasında sürətli sülh sazişinin imzalanması və delimitasiyanın aparılması ilə bağlı müxtəlif ölkələrin fərqli media qurumlarında iddialar ortaya atılır.

Azərbaycan tərəfinin əlini güclü edəcək nüanslardan biri demarkasiya prosesini təktərəfli şəkildə həll etməsi oldu. Son sərhəd toqquşmasından sonra Azərbaycan dövlət sərhədi istiqamətində, demək olar, bufer zona yarada bilib. Əsas məsələlərdən biri də Azərbaycanın masada yaratdığı bufer zonanı əlində saxlaması olacaq. Azərbaycan tərəfi o əraziləri böyük itiklər hesabına əldə edib, ona görə də oradan geri çəkilməsi mümkün görünmür.

Bir videonun gündəmə gətirdiyi açıq suallar və ya erməni dəyirmanına su tökən kimdir? - Səxavət Məmməd yazır

Savaşlar hər nə qədər ölüb-öldürmək meydanı olsa da, müharibələrin də öz qanunları, əsirlərlə, meyitlərlə, mülki əhali ilə davranma qaydaları var.

Müharibələrdə əsirlər üç kateqoriyaya bölünür: Mülki əsirlər, hərbi əsirlər və kəşfiyyatçılar. Təbii ki, onlara qarşı davranış qaydaları da fərqlidir.

 Yeganə jurnalistlərdir ki, kəşfiyyatçılara necə davranırlarsa, onlara da elə davranırlar.

Dünyanı gözləyən ağır böhran: Azərbaycanın hər iki planı hazır olmalıdır - Səxavət Məmməd yazır

Regionda vəziyyətin gərgin olması artıq heç kimə sirr deyil.

Ermənistanla Azərbaycan arasındakı münaqişə hər an yeni mərhələyə qədəm qoya bilər. Əslində bunda maraqlı olan tərəflər də var. Artıq bir neçə aydır ki, Qarabağ, Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan bölgə ilə bağlı demək olar, bir cümləyə belə rast gəlmirik. Hesab edirəm ki, Qarabağın sülhməramlıların müvəqqəti nəzarətində olan bölgəsi ilə bağlı müvəqqəti də olsa status-kvo əldə edilib.

Məsələ ondadır ki, müvəqqəti də olsa, Qarabağla bağlı Rusiya, Azərbaycan və Ermənistan ortaq bir qərara gəliblər. Ancaq bölgədə maraqlı olan ölkələr bu üçlünün əldə etdiyi status-kvo ilə razılaşmırlar. Onların maraqlarının da təmin edildiyi yeni status-kvoya ehtiyacları var.

Müharibədən sağ qayıdan olmur - Səxavət Məmməd yazır

Müharibənin çox ağır proses olduğunu anlatmağa gərək yoxdur.

Elə bir regionda yaşayırıq ki, müharibələr qaçınılmazdır. Müharibələr hər nə qədər ağrılı, acılı olsa da, cəmiyyətlərin inkişafı üçün ən gözəl vasitə olur. Hər müharibədən sonra dünya yeni mərhələyə qədəm qoyur. Sülhün müharibəyə hazırlıq mərhələsi olduğunu düşünənlərdənəm. Əbədi və daimi sülh olmur, ancaq müharibələr əbədidir, daimidir, hər kəs görüb, görür, görəcək… Bu, müharibəni sevdiyim anlamına gəlmir, əslində, müharibələr iyrəndirir, ruhumla, vücudumla iyrənirəm, lakin reallıqlara da kor ola bilmərəm.

Böyük güclərin SAVAŞ MEYDANI: Azərbaycan hansı addımı atmalıdır? - Səxavət Məmməd yazır

Qarabağ və Ermənistan-Azərbaycan arasındakı münaqişəni dünyada və regionda baş verən proseslərə baxmadan dəyərləndirmək məntiqsizdir.

Açıq şəkildə dünyadakı güclərin savaşı gedir. Ukrayna-Rusiya müharibəsi ilə tərəflər səfini bəlli etdi. Hazırda heç bir dövlət dolayısı ilə iş görmür. Hər kəs mövqeyini ortaya qoyub, açıq oynayır. Təkcə bununla da bitmir, həm də dövlətlər səflərini seçirlər. Beləcə “dünya bir qütbə gedir” tezisi də gündəmdən düşür. Hətta BMT Baş katibi də bundan narahat olduğunu dilə gətirdi. Yəni bizi qarşıda daha kəskin, daha radikal dəyişikliklər gözləyə bilər.

“Göyçə Zəngəzur Respublikası” və aşınan cəmiyyət haqqında bir neçə söz - Səxavət Məmməd yazır

Deyir, qulaq gündə bir şey eşitməsə, kar olar.

Azərbaycan da elə bir ölkədir ki, gündə bir absurd hadisə baş vermək məcburiyyətindədir. Alın yazımızdır…

“Göyçə-Zəngəzur Respublikası” yaradılıbmış.

Sosial şəbəkəyə baxırsan, hamı lağ edir, gülür, məsxərəyə qoyur. Bir qrup insan da var ki, deyir, niyə lağ edirlər? Gözəl ideyadır.

Böyük güclərin qazanc SAVAŞI: Zəngəzur dəhlizi ətrafında OYUN - Səxavət Məmməd yazır

Azərbaycan-Ermənistan arasındakı gərginlik üzərindən böyük güclər artıq açıq oynayırlar.

Əslində bunu tərsindən də oxya bilərik. Böyük güclərin maraqları onsuzda sülh olmayan Azərbaycanla Ermənistanın münasibətlərini daha da gərginləşdirib. Bunun necə anlaşılması biraz məntiqə, biraz da niyyətə bağlıdır…

Hesab etmirəm ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Azərbaycanın Ermənistanın sözdə ərazisini işğal etməsinə görə İrəvana səfər edib. Niyə “sözdə”? Çünki faktiki olaraq iki ölkə arasında bu günə qədər nə sərhəd olub, nə də qarşılıqlı sərhədlərin tanınması. Məsələ Rusiyanın açmaq istədiyi nəfəsliyi açılmadan boğmaqdır.

İnformasiyasız buraxılan cəmiyyət və kommunikasiya problemi - Səxavət Məmməd yazır

Azərbaycanın hər zamankı kimi ən böyük bəlası və problemi informasiyasızlıq, kommunikasiyasızlıqdır. Ermənistanla sülhə gedib kommunikasiya yollarının açılması üçün əlindən gələni edən ölkə informasiya sahəsində niyə kommunikasiya qura bilmir, bunu anlamaq çətindir.

Sərhəddə baş verən döyüş toqquşmasından sonra erməni tərəfi Azərbaycan ordusunun Ermənistan ərazisinə girdiyini iddia edir. Dəqiq yer adları, neçə kilometr məsafədə irəliləmə ilə bağlı durmadan yazırlar. Azərbaycan tərəfi isə susur. Cımbızla çəksək belə, informasiya əldə edə bilmirik.

Qaraçı qız və şəhid qardaşının məhzun videosu... - Səxavət Məmməd yazır

Ümid doğulur…

Dünən səhər tezdən fikirli-fikirli yol gedirəm. Birdən diqqətimi bir qız çəkdi. Yaşı heç 8 olmazdı. Baxan kimi dilənçi olduğu məlum olurdu. Ancaq mənim diqqətimi çəkən onun dilənçi olması deyildi.

Bir küncdə, daşın üstündə oturub balaca çantasından nəsə çıxarırdı. Onu müşahidə etdiyimi görə bilməzdi. Başı özünə qarışmışdı.

Sərhəd toqquşması: Azərbaycanın planı, Rusiyanın susqunluğu və açıq suallar haqqında - Səxavət Məmməd yazır

Ermənistanla Azərbaycan arasındakı münasibətlər “bitib” deməklə bitəcək cinsdən deyil, olmayacaq da. İki ölkə arasında prosesin tam bitməsi üçün mütləq şəkildə sərhədlər müəyyən edilməli, sülh müqaviləsi imzalanmalıdır. Məsələ ondadır ki, erməni tərəfi buna yaxın gəlmir, gəlməmək üçün də hər variantdan istifadə edir.

Sərhəddəki döyüş toqquşmasına bir neçə yöndən baxmaq olar.

Dövlət sərhədindəki toqquşmalara gətirib çıxaran proses - Səxavət Məmməd yazır

Dünən gecə saatlarından başlayan Azərbaycan-Ermənistan dövlət sərhədindəki toqquşma son günlər baş verənlərin məntiqi sonluğu idi.

Ermənistan tərəfi Brüsseldə verdiyi sözü tutmadı, həmin ölkənin baş naziri Nikol Paşinyan isə Azərbaycanla razılığa gələ bilmədiklərini açıqladı.

Məhz Brüssel görüşündən sonra dövlət sərhədində atəşkəs intensiv pozulmağa başladı. Qarşı tərəf bir neçə istiqamətdə təxribatlara əl atdı.

Dünən gecə erməni ordusu bir neçə istiqamətdə sərhədi pozaraq təxribat-diversiya işi görməyə cəhd edib. Bu addım bardağı daşıran son damla olub.

Azərbaycan problemi həll etmək üçün bu riskləri gözə almalıdır - Səxavət Məmməd yazır

Qarabağ ətrafında və Ermənistanla Azərbaycan arasında cərəyan edən hadisələr son dərəcə dəyişkən və kövrəkdir.

Azərbaycan tələsir. Tələsməkdə də haqlıdır. Çünki vaxt yoxdur. Problemi çözməlidir. Proses uzandıqca əlavə problemlər, yeni oyunçular, bəzən də Ruben Vardanyanın timsalında oyucaqlar prosesə daxil olur. Niyə oyuncaq? Çünki Moskvadan göstəriş almadan onun Qarabağa gəlməsi mümkünsüzdür. Qısası, Moskva bu günə qədər asanlıqla qazandığı pullar qarşılığında Rubeni sürgünə göndərib.

Rusiya və Avropanın Qarabağda toqquşan mənafeləri: Azərbaycan hansı addımı atmalıdır? - Səxavət Məmməd yazır

Qarabağ münaqişəsinin və Ermənistanla Azərbaycan arasındakı problemin həllinin yeni mərhələyə qədəm qoyduğu bildirilsə də, prosesə dərindən baxdığımız zaman irəliyə doğru atılmış addımların ciddi hesab edilə biləcək dəyişiklik yaratmadığını görürük. 

Ən azı maraqlı dövlətlər mövqelərindən bir addım da olsun geri atmır. Avropa İttifaqı Cənubi Qafqazı ələ keçirmək üçün cəhdlər edir, Rusiya 200 ildən çoxdur arxa bağçası saydığı regionu təhvil vermək istəmir. Burada ABŞ-nin fəaliyyətini də gözdən qaçırmaq olmaz. ABŞ Ermənistandakı diplomatlarının sayını artırır, ardınca olmayan Minsk qrupunu diriltməyə çalışır, bu azmış kimi, Qarabağdakı separatçıların “xarici işlər naziri”ni Vaşinqtona dəvət edir. Maraqlıdır, separatçıların “xarici işlər naziri”nə hansı ölkənin pasportu ilə viza verilib?

Laçından Xənkəndiyə açılan yol - Səxavət Məmməd yazır

Laçın rayonu, Zabux və Sus kəndlərinin Azərbaycanın nəzarətinə keçməsindən sonra elə ab-hava yaranıb ki, sanki Qarabağda hər şey bitib. Əksinə, çox şey hələ yeni başlayıb.

Münaqişənin aktiv fazası bitsə də, qalıqlar var və davam edəcək. Münaqişənin qalıqları zaman-zaman müxtəlif formalarla qarşımıza çıxacaq. Yəni kimsə 1988-ci ildən başlamış və 30 ildən çox davam etmiş düşmənçiliyin qısa zamanda bitməsini gözləməsin. Buna heç tərəflərin cəmiyyətinin düşüncəsi də imkan verməyəcək. Çünki hər iki tərəfdə çoxlu sayda pupulistlər mövcuddur və onlar düşmənçiliyi körükləyəcəklər. İki dövlət də müstəqillikdən sonra normal cəmiyyət yetişdirmək yerinə, maraqlarına xidmət edən toplum yetişdirib. Ona görə də proseslər sivil formada, qarşılıqlı anlaşma ilə çətin həll olunsun.
Real Time Analytics