.
Tabor komandiri mayor Aqil Ömərov snayperlə vurulandan sonra cəbhə xəttində bir erməni işğalçısı məhv edildi. Bunu cəmiyyətə qisas kimi təqdim etməyə çalışdılar, amma bu qisas sayıla bilməzdi. Çünki, tabor komandirinə, mayora qarşı düşmən tərəfdən tabor komandiri və ya həmin rütbədə zabit məhv edilməli idi. Axı Azərbaycan Müdafiə nazirliyi bir şəhidin qarşılığında on erməni işğalçısı demişdi? Dünən yenə bir əsgərimiz şəhid oldu. Ermənistan Müdafiə nazirliyi bəyanat verdi ki, öldürülən erməni əsgərinin qisası alındı və bunu edən əsgər də mükafatlandırıldı.24.06.2019
Aqil Omarov kor nöqtədə necə vuruldu? - Qaranlıq qalan suallar
Mayın 30-u tabor komandiri, mayor Aqil Omarov erməni tərəfinin açdığı snayper atəşi nəticəsində şəhid oldu. Həmişəki kimi yenə “şəhidimiz var” deyib üzüldük, sosial şəbəkədə qəmli-qəmli paylaşımlar etdik. Səhəri gün şəhidin dəfn mərasimi oldu. Bu dəfə isə Azərbaycan bayrağına bükülmüş tabut şəkilləri sosial şəbəkəni “bəzədi”. Daha sonra isə kadr tutmağa gedənlər şəhidin uşaqlarının qəmli fotolarını yaydı. Bu dəfə isə uşaqlar üzərindən nələrsə yazdıq. Və bitti…Əslində heç başlamamışdı da. Bir çoxu məsələni ya dərk etmədi, dərk edənlərin bəziləri nəyə görəsə susdu, bəziləri isə həyasızcasına şəhidi günahlandırdı.
20.05.2019
Azərbaycanı tanıdırıq, yoxsa özümüzü aldadırıq?
“Azərbaycanı tanıdırıq”
Azərbaycanda bir qrup var ki, beynəlxalq yarışmaları tanışlıq çatı kimi görür. Hara qatılırıqsa, deyirlər, “Azərbaycanı dünyaya tanıdırıq”.
Eşidən, görən də elə bilər ki, Azərbaycan şirkətdir, reklamı aparılır.
Bir də görürsən, əlaqəsi olmayan bir yarışmada “Qarabağ həqiqətlərini dünyaya yayacağıq”, deyirlər. Misal üçün “Avroviziya”. Adama sual verərlər, ay bala, ay insan, musiqi yarışmasında Qarabağ həqiqətlərini necə yayacaqsan? Ora söz demək üçün tribuna deyil axı, oxuyub, oynamaq üçün yerdir. Heç ora ölkə tanıtımı üçün də deyil axı. Uzağı ölkənin musiqi mədəniyyətini göstərə bilərsən. Heç o da mümkün deyil. Xarici dildə, tam fərqli formatda mahnı oxumalısan. Muğam oxunsa, milli geyim geyinilsə, deyərsən, əşi nəysə. Bunların heç biri yoxdur axı.

17.05.2019
Paşinyanın yallısı, Sərkisyanın Mərzili ziyarəti, gürcülərin Bakıda “David Qareci” plakatı
Və yaxud, güclü iqtisadiyyat, güclü ordu, regionun lideri.
Öncə Sərkisyandan başlayım. Sərkisyan Mərzili kəndinə gəlir, Monte Melkonyanın abidəsini ziyarət edir. Mərzili də Şuşa, Kəlbəcər deyil ki, deyəsən dağların arxasında idi, vura bilmədik, əyilə-əyilə oynayıb. Mərzili qonşu kəndlərdən əlini alnına qoyub, rahat görəcəyin bir yerdir. Üstəlik, Qarabağın dərinliklərinə qədər müşahidə edildiyini də bilirik. Hər halda o qədər cihaz elə-belə alınıb, quraşdırılmayıb. Yəni, Mərzili kəndi dərinliklərdə də deyil, dayazdadır, gözlə görülə biləcək qədər dayazdadır. O zaman sual çıxır: Sərkisyan necə sərbəst şəkildə gəlib oradakı abidəni ziyarət edir? Heçmi görmədilər onun gəlişini? Əslində, Müdafiə Nazirliyi rəsmən hərəkət edən hər şey vurulacaq deməsə idi, heç bu sual da çıxmazdı. “Əgər görülübsə, niyə vurulmayıb” demirəm, ona ürək lazımdır, “niyə mane olunmayıb?” İcazə verin şübhələnim…

Tarixə etinasızlıq, aparılan çirkin oyunlar - Səxavət Məmmədin Keşikçidağdan II REPORTAJI - FOTOLAR/VİDEO
Gürcülərin “Nifaq alması”na çevirdikləri Alban məbədi – Keşikçidağdan ilk reportajı sizə təqdim etmişdik.
Keşikçidağa getməyimizlə bağlı yazmazdan öncə, oradan qayıdanda yaşadığımız xırda bir dialoqu diqqətinizə çatdırım. 60-a yaxın yaşı olan bir müəllim deyir, “nə yaxşı getmisiniz ora, ömür boyu Ağstafadan çıxmamışam, oranın harada olduğunu bilmirəm”.
Gürcülərin “Nifaq alması”na çevirdikləri Alban məbədi: Səxavət Məmmədin Keşikçidağdan REPORTAJI - FOTOLAR/VİDEO
“Gərginlik Gürcüstan prezidenti Salome Zurabişvilinin mübahisəli sayılan sərhəd ərazilərinə xəbərdarlıqsız səfəri ucbatından yaranıb”.
Son bir neçə həftə ərzində Gürcüstandan müxtəlif səviyyələrdə Azərbaycana yönəlik təxribatçı davranışlar, xüsusilə, Keşikçidağda yerləşən və geniş əraziləri əhatə edən VI-VII əsrə aid Alban xristian məbədinə iddiaların irəli sürülməsi gündəmin ən aktual mövzuları sırasında öndə gəlir. Rəsmi Bakının, həmçinin Azərbaycan ictimaiyyətinin nisbətən təmkinli tövrü ilə müqayisədə xeyli aqressiv görünən gürcülər ölkəmizə qarşı yolverilməz davranışlarını davam etdirməkdədirlər. Gürcü gənclərindən ibarət geniş qrupun Keşikçidağ yaxınlığında nümayişkar yürüş təşkil etməsi, həmin ərazilərin Gürcüstana məxsusluğu iddiasını yenidən ortaya qoyması vəziyyətin həqiqətən, ciddi məcraya yönəlməsindən xəbər verir.
19.04.2019
Jurnalistlərin qarşılıqlı səfəri - İşğal altında olan Ağdamdan Reportaj
Məscid, çay evi, passaj və bulvar dumanlı kimi yadıma gəlir. Ağdamda olanda oralar yaddaşımda necə qalıbsa, o cürə dumanlıdır, dalğalıdır. Epizod-epizod yaddaşımda qalıb, elə yerdə qalanlar da epizodlardır. Ha yaddaşımı qurdalayıram, başqa şey yadıma düşmür. Eləcə məscid, çay evi, passajın qalıqları, “İmarət”. “İmarət”də 4 yaşımda olmuşam. Atamın çiynində, “Qarabağ” harasa ilə oynayırdı, bir az qışqır-bağır, bir-iki epizod, bu qədər.
Etiketler:
ağdam,
əsirlik,
müharibə,
Novruzlu,
qarabag,
qarabağ,
Səməd Hətəmov,
Səxavət Məmməd
16.03.2019
9.03.2019
MN-in generalının bazarı
06
mart 2019-cu ildə “Dünən TTM-in qarşısında üsyan var idi”, “MN-in generallarının
pul oyunu: azı 4 min ver, gizir ol – Aksiya” yazısı yayımlandı.
Müdafiə Nazirliyinin bir çox sahələrində illərdir kök salan rüşvət ənənəsi nəhayət açığa çıxdı, qalmaqal yaratdı. Bu, gözlənilən hadisə idi. Dövlət və millət anlayışına daha çox utanc gətirən hal olduğundan mövzunun çözümünə biganə qala bilmədik. Ümid edirik bu araşdırmanı prezident də, prezident aparatında məlum idarənin məmurları da, Milli Məclisin Müdafiə, Təhlükəsizlik və Korrupsiya ilə mübarizə Komitəsinin heyətidə, dövlət qanunlarının icrasına nəzarət edən baş prokuror da, oxuyacaq.
Problem nədir?
8.03.2019
Elman Nəsirovda Albert Eynşteyn "simptomları"
İzahsız şeylərin mizahı olar.
Sosial şəbəkə təzə-təzə moda minəndə o qədər Albert Eynşteyndən sitatlar paylaşırdılar ki, axırda bu məsələ "Başqa nə var, nə yox (c) Albert Eynşteyn" həddinə gəlib çıxdı.
Artıq bir neçə gündür ki, sosial şəbəkənin trendi istənilən fikri qeyd edib, qarşısına (c) qoyub, Elman Nəsirov yazmaqdır. Ən qəribəsi odur ki, (c) Albert Eynşteyn yazanda insanlar gülsə də, (c) Elman Nəsirova çoxları inanır. Məsələnin nədən ibarət olduğunu bilənlər isə gülüb keçir.

6.03.2019
Generalların pul oyunu: azı 4 min ver, gizir ol - Aksiya - FOTO/VİDEO
Bu gün Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin (TTM) qarşısında gizir olmaq üçün imtahandan keçənlər toplaşıblar.
İmtahanlardan və idman normativlərindən keçənlərin bir çoxu gizir hazırlıq kursuna qatıla bilməyiblər. Buna səbəb isə pul verə bilməmələridir.
TTM-in qarşısında toplaşanların sözlərinə görə, imtahan nəticələrinin yüksək olmasına, idman normativlərini vermələrinə baxmayaraq, işə pul verənlər götürülüb.

25.02.2019
Qarabağ davası ətrafında divident oyunları
Ötən ilin sonlarından başlayaraq Azərbaycan siyasi arenasında canlanma yarandı.
Siyasətçilər, ictimai xadimlər bir araya gələrək Qarabağ Komitəsi yaratdılar. Danışıqların tamamən dayandırıldığı, cəbhədə atəşkəsin ilk dəfə iyirmili, otuzlu rəqəmlərə düşdüyü bir vaxtda əslində, belə bir komitəyə ehtiyac var idi.Komitə yarandı, toplantılar keçirdi və mitinq etdi. İlk mitinqdən sonra bəziləri Qarabağ Komitəsinin Qarabağ adından istifadə edərək siyasi divident qazanmaq istədiyini bildirdi. Onlar tərəfdən baxanda haqlı olduqları görünür. Bəs əslində olan nədir? Qarabağ həm də siyasət qurbanı olub axı. Niyə görə Qarabağı siyasiləşdirməsinlər? Qarabağ problemi Azərbaycan dövlətini idarə edəcək bütün hakimiyyətlərin başının üzərində domokl qılıncı kimi duracaq. Ölkə güllük, gülüstanlıq olsa belə, məhz Qarabağ probleminin qalması hakimiyyətlərin minusuna yazılacaq. Çünki Azərbaycanda müstəqillik dövründə baş verən bütün hakimiyyət dəyişikliklərində əsas təkanverci məqam Qarabağ məsələsi olub.

18.02.2019
Suyun çatmadığı, məktəbin olmadığı, taksinin sifariş qəbul etmədiyi yerdən REPORTAJ - VİDEO
Yazının başlığını oxuyan hər kəs elə biləcək ki, hansısa dağ kəndindən söhbət gedir.
Qətiyyən!
Bura Hökməlidir. Ceyranbatan su anbarının bir addımlığında, “Azərsu”nun qarşısında cəmi 7 dəqiqəlik məsafədə olan Hökməli.
Hökməli Bakının ən hündür yerində yerləşir. Dəniz səviyyəsindən 300 metr yüksəklikdə. Kənddə 10 minə yaxın insan yaşayır. Evlərin hələ də tikildiyini nəzərə alsaq, bu rəqəm yaxın zamanlarda daha da artacaq.

12.02.2019
Türkiyə, yoxsa MHP Elçibəy ailəsini seçdi? Burda Rusiyanın rolu varmı?
Davamı...Türkiyənin Azərbaycanda kritik situasiyaya hazırlıq istiqamətində perspektiv siyasi dəyişiklik etmək məqsədilə müəyyən qabaqlayıcı addımlar atdığını yazmışdım. Son məlumata görə, bu məsələdə Türkiyə tək deyil, təbii ki, bölgədə əsas söz sahibi olan Rusiyanın icazəsini almadan iş görmək ən azı sadəlövhlük olardı. Rusiyanın kimin əli ilə bu işlərdə rol oynayacağına növbəti yazıda toxunulacaq.
Ötən yazıda yazmışdım ki, əldə etdiyim dəqiq məlumata görə, yanvar ayının 27-i MHP öz namizədinin kim olmasına aydınlıq gətirib.
8.02.2019
Türkiyə Azərbaycanda nə istəyir? - Ölülər dirilir...
Azərbycan-Türkiyə, bir millət, iki dövlət. Dili bir, dini bir, eyni oğuz boyundan çıxma qısacası deyildiyi kimi, qardaş dövlətlər. Qardaşlıq təbii ki, millətlər arasındadır. Dövlətlərinsə maraqları hər şeydən öndə gəlir. Təbii ki, Türkiyənin də Azərbaycanda maraqları var. Bu maraqlar həm siyasi, həm iqtisadidir. Türkiyə böyük dövlət maraqlarından çıxış edərək Azərbaycanda öz maraqlarını qurmalıdır. Bundan təbii heç nə ola bilməz. Azərbaycana ən asan girib və möhkəmlənəcək qüvvə təbii ki, Türkiyədir. Buna təkcə yuxarıda sadaladığımız hallar kifayət edər. Üstünə türk kanallarının populyarlığı, uşaqların Türkiyə türkcəsində dil açmasını da gəldikdə vəziyyətin necə olması aydın olur.
Etiketler:
MHP,
müxalifət,
Səxavət Məmməd,
siyaset,
Türkiyə Azərbaycan
30.01.2019
"Xüsusi Təyinatlı İbad 2" mənim gözümlə...
Film çəkilməzdən öncə sosial şəbəkədə çox ciddi müzakirəyə səbəb olmuşdu.
Hətta "İbad 1" çox ciddi tənqid edilmişdi.
Keçmiş döyüşçülərin və jurnalistlərin iradlarına baxmayaraq "İbad 2" çəkildi. "İbad 2" filmini izləyib və onunla bağlı qeydlərimi sizə təqdim edirəm.
27.12.2018
Erməni əsirliyindən film kimi qaçış
Həbs, əsirlik. Bunun necə bir zülm olduğunu yalnız yaşayanlar bilər. Bəziləri talehləri ilə barışar, cəzalarını çəkər. Bəziləri isə barışmaz, mübarizə aparar və qaçar.
Həbsdən, əsirlikdən qaçanlarla bağlı çoxlu filmlər izləmişik. Qarabağ müharibəsi zamanı ermənilərin əlində çoxlu sayda əsirlərimiz olub. Onlardan böyük əksəriyyəti taleyi ilə barışıb. Əsirlərin dəyişdirilməsindən sonra vətənə dönüblər. Bəzilərindən isə hələ də xəbər-ətər yoxdur. Çox az sayda əsirlər isəqaçmağı bacarıblar.
Bu dəfəki yazımızda o az sayda olanlar arasında yer alan Anar Məmmədov, Əhmədov Amil və Yəhyayaev Afinin əsirlikdən qaçışından bəhs edəcək.

Kaydol:
Kayıtlar (Atom)