casusluq etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
casusluq etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

9.01.2022

İşgəncələrlə gündəmə gələn "Tərtər işi"ndə arxa planda qalan casusluq faktları - Səxavət Məmməd yazır

Adı “Tərtər işi” qoyulmuş məsələnin hər zaman geniş şəkildə araşdırılmasının tərəfdarı olmuşam.

 Prosesə işgəncə faktları daha çox qabardıldığı üçün insanların beynində belə bir fikir formalaşıb ki, casusluq olmayıb, bilərəkdən, planlı şəkildə bu proses orduda həyata keçirilib.

Casusluqla bağlı iki yazı yazandan sonra mənə belə bir ritorik sual ünvanlandı:

Niyə görə casusluqla bağlı indi yazırsan? Sanki hansısa bir prosesə mane oluram. Hətta sifariş aldığımı iddia edənlər də var. Hər kəsin fikrinə hörmətlə yanaşaraq bildirmək istəyirəm ki, hələ “Tərtər işi”indən təxminən 2 ay əvvəl bir yazı yazmışdım və həmin yazıdan bir hissəni sosial şəbəkədə paylaşmışdım.

"Tərtər işi"nə gətirib çıxaran hadisələr silsiləsi və casusluq - Səxavət Məmməd yazır

Casusluq məsələsinə sözardı…

Birinci Qarabağ müharibəsini araşdıran zaman komandir heyəti açıq şəkildə deyirdi ki, keçirəcəyimiz əməliyyatlardan ermənilər əvvəlcədən xəbər tuturdu. Bəzən elə olurdu ki, əlləri ilə qoymuş kimi olduğumuz ərazini vururdular. Ağdamdakı batalyonlardan bir neçəsindən ermənilərə işləyən aşkarlanıb, ölkənin xüsusi xidmət orqanlarına təhvil verilib. Bu, Tərtər istiqamətində baş verib.

25.12.2021

"Tərtər işi"nin əsas MAHİYYƏTİ - Casusluq, vətənə xəyanət, yoxsa işgəncə, qeyri-qanuni əməllər? - Səxavət Məmməd yazır

Son bir ilin ən çox müzakirə olunan məsələsi adına şərti olaraq “Tərtər işi” qoyulan hadisədir. Bu işin mahiyyəti lazımi istiqamətdən çox yayınıb. Məsələnin mahiyyəti casusluq, vətənə xəyanət olsa da, ölkədə ən çox müzakirə olunan məsələ işgəncə, qeyri-qanuni əməllər oldu.

Demirəm işgəncə, qeyri-qanuni əməllər müzakirə olunmasın. Olunsun, günahkarlar cəzalandırılsın. Ancaq işgəncə faktları casusluq faktını çox kölgədə qoydu. Prosesin cəmiyyət tərəfindən bu cür qəbullanması üçün də az iş görülmədi. Casusluq, xəyanət bilərəkdən və ya bilməyərəkdən arxa plana keçdi. Cəmiyyətdə artıq elə bir fikir formalaşıb ki, 2017-ci ilin may ayında baş verən hadisələr zamanı cəsusluq olmayıb, xəyanatdən söhbət belə gedə bilməz. Hətta casusluqdan söz açanları də söyüşə, təhqirə məruz qoyurlar.

Real Time Analytics