Artıq hər kəsə məlumdur ki, Azərbaycan Ordusunun 3-cü Ordu Korpusunun komandiri General-mayor Rzayev Mübariz Balağa oğlu öz istəyi ilə ordu sıralarından ehtiyata çıxıb. Mübariz Rzayev ordu sıralarından ehtiyata çıxmaq üçün 7 dəfə raport yazıb. Bir korpus komandirinin 7 dəfə raport yazması, əslində, SOS siqnalı, orduda ciddi problemlərin olması deməkdir.
Məsələyə bir qədər dərindən baxmaq lazımdır. Müharibədən əvvəl Silahlı Qüvvələrin Baş Qərargah rəisi Nəcməddin Sadıkov idi. Nəcməddin Sadıkov sabiq nazir Səfər Əbiyevin vaxtında, sözün əsl mənasında, neytrallaşdırılmış, söz haqqı əlindən alınmışdı. Vəzifəsi vardı, ancaq avtoriteti yox. Nəcməddin Sadıkov son dərəcə ambisiyalı biri olduğu üçün mübarizəni başqa cür qurdu.