Deyirlər, dost dar gündə tanınar. Təkcə dost yox, elə insan da dar gündə tanınır. Azərbaycan insanının bu qədər böyük olduğunu, nə yalan deyim, müharibədə gördüm. Düzdür, ilk müharibə vaxtı da çox şey görmüşdüm. Nənəm hər gün təndirə çörək yapar, çörəklərin arasını “Allah verən”lə doldurar, mənə verərdi ki, apar əsgərlərə çatdır.
