Müdafiə nazirliyi mayın 27-də saat 03.00 radələrində Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat-diversiya qrupu Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətində ərazimizə keçməyə cəhd göstərməsi, Azərbaycan Ordusunun sərhəddə yerləşən mövqelərinə aparan təminat yolunda minalama fəaliyyəti həyata keçirərkən 6 hərbi qulluqçusu mühasirəyə alınaraq, zərərsizləşdirilərək əsir götürülməsi barədə informasiya yayıb.
Əslində dünən “Erməniyə döydürülən əsgərimiz və generalitetin “MUNDİR ŞƏRƏFİ” başlıqlı yazıda da, Azərbaycan ordusunun düzgün xidmət təşkil edəcəyi təqdirdə, o cür çirkin görüntülərin üzə çıxmayacağına işarə vermişdik. Əgər həmin ərazidə düzgün müdafiə təşkil olunsa idi, heç ermənilər o çadıra girə bilməzdi və əsgərlərimiz o cür aşağılanmazdı.
