Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması nə qədər real görünsə də, Rusiya sülhməramlılarının nəzarəti altındakı bölgənin Azərbaycanın yurisdiksiyası altına keçməsi o qədər gerçəkçi deyil.
Azərbaycanın əlində Ermənistan və Qarabağdakı ermənilərə qarşı istifadə edəcək nələri var idi? Öncə buna baxmaq lazımdır. Azərbaycan ictimaiyyətində əksəriyyətin fikri bu yöndə idi ki, rəsmi Bakı hərbi gücdən istifadə edərək erməniləri razı sala biləcək.
