Azərbaycanlı fəalların Şuşa-Xankəndi yolundakı aksiyası 2 həftədən çoxdur davam edir. Separatçılar bu müddət ərzində diplomatik yolla, hansısa ölkələrin hədələri, BMT-nin qınağı ilə Azərbaycan tərəfinin geri addım atacağını düşünürdülər, ancaq bu baş vermədi. Azərbaycan tərəfi də bilir ki, geri addım atsa, çox pis nitəcələrlə üzləşə bilər. Ona görə də geri addım atılmadı. Erməni tərəfi də, sonunda gözlənilən kimi, aksiyaya aksiya və ya mitinqlə cavab verdi.
8.01.2023
Azərbaycan Ermənistanın "mitinq oyunu"na necə cavab verməlidir? - Səxavət Məmməd yazır
Buqələmun xarakterlər: Güneydə turançı, Talıbov məsələsində "naxçıvanşünas" olanlar - Səxavət Məmməd yazır
Hərbi sahədə dominantlığa gələk. Qələbədən sonra Azərbaycan ordusu bir çox mövqeləri hətta şillə-təpiklə əldə etdi. Ardınca Fərrux, Sarıbaba, Qırxqız yüksəklikləri nəzarətə götürüldü. Bunlar nə zaman baş verirdi? O zaman ki diplomatiyada tıxac yaranırdı, sərt güc nəfəslik rolunu oynayırdı. Dərhal qarşı tərəf öz cəmiyyətinin belə tənqid etdiyi bəyanatlar verməyə məcbur olurdu.
Qarabağdakı partlamağa hazır bomba: Vəziyyət getdikcə daha da gərginləşir - Səxavət Məmməd yazır
44 günlük müharibədən sonra da erməni cəmiyyəti Rusiyanı lənətləyir. Ermənilər Azərbaycan xalqından fərqli olaraq: “Rusiya Azərbaycanın yanındadır”, – demirlər. Onlar Azərbaycana baxmış xeyli dərəcədə siyasiləşmiş toplum olduqları üçün reallıqları anlayırlar.
Ermənilər hətta keçirdikləri son aksiyalarda “rus, türk, azəri, ermənilərin düşməni” şüarını səsləndirməyə başlayıblar. Bizim toplum nədənsə bu şüarın oğurluq hissəsi üstündə baş sındırdı. Ermənilərin bu cür şüar səsləndirmələri mənim üçün üzücü oldu. Çünki dünyada bir tək onlar bizi öz adımızla çağırıb türk deyirdilər, indi onlar da “azəri” deməyə başladılar.


