12.03.2016

Sufi alimi: "İslamda 12 imam var, masonlarda 12 ezir, yəni 12 Azər..." — MÜSAHİBƏ

Qədim tarix və dinlərlə bağlı saysız-hesabsız kitablar yazılıb, müxtəlif fikirlər var. Qədim tarix, dinlər, allahlar, maqyia ilə bağlı batin din aliminin fikrinin də maraqlı olacağını düşündük və sufi, batin din alimi Firudin Gilar Bəkdən geniş müsahibə götürdük. Əvvəlcədən bildiririk ki, müsahibədə səsləndirilən fikirlərlə oxucularımızın çoxu razılaşmaya bilərlər. Bu, müsahibimin şəxsi fikirləridir.

Ölkə.Az Firudin Gilar Bəklə sensasion müsahibəni sizə təqdim edir:
- Misir ehramlarını illərdir araşdırırlar. Ehramların tikilməsi, onların funksiyası barədə isə yüzlərlə versiyalar var. Batin dinlərdə bu necə izah olunur?
- Öncə bunu bilmək lazımdır ki, o ehramları tikən adamlar adi adamlar olmayıblar. Onlar ilkin materiya ilə vəhdətdə olublar. Göydə dirlik suyu deyilən bir şey var. Bütün canlıların tərkibi onlardır. Bunları dərk edən insanlar olub. Bunu ilk dərk edən Amon Ra olub. Amon allahının Misirlə heç bir əlaqəsi yoxdur. Bütün alimlər iddia edir ki, Misirə yazı mədəniyyəti də Amon allahı da Şərqdən gedib. Bütün qaynaqlarda da Şərq deyincə bizim coğrafiya nəzərdə tutulur. O insanlar ilkin materiyaya daxil olublar. Sufizim ekstativ durumdur. Ekstaza girən zaman istənilən şeyin cavabını tapmaq olar. Ekstaza girməyə həm də Tərikə yolu deyilir. Bu Türk maq, Midiya maqı deməkdir. Qədim Misir yazılarında türklərin adı teurqlar kimi gedirdi. Türkəçarə deyirlər, bu söz tərikə yolu ilə çarə tapmaq deməkdir.
- Pramidaların tikilmə səbəbi nə idi?
- Pramidalar ilkin materiyaların içində qaldırılmış bir torpaq yaratmaq deməkdir. İlkin materiya dirilik suyudur. Qədim yazılarda səhra deyəndə ilkin materiya nəzərdə tutulur.
Misir pramidaları qədim yazılarda Mar rəmzi ilə qeyd olunub - "M" "R". Mar sözü həm qaldırılmış torpaq deməkdir həm də o torpağı qaldırmış "Mir"lər deməkdir. Eyni zamanda Midiya Maqlarına da "Mar" deyiblər. Misir yazılarında firon sözü yoxdur. Misir yazılarında "P" "R" var.
Yəhudi qaynaqlarında isə bunlar amoreylər gedir. Amoreylər tövrat, yəhudi müdrikləridir. Ra Amon allahı Mesapotamiya qaynaqlarında Asar kimi qeyd edilib. Asarlar allah nəsli sayılır. Qədim Misir yazılarında bu ad həm də Şəmsi Qor kimi qeyd edilib, yəni, Qor yolu ilə gedənlər. Qor yolu ilə gedənlər özlərində iki dünyanı birləşdirir.
Bütün qədim qaynaqlarda, həm Misir həm də Hind qaynaqlarında iki nəslin yarandığı geyd edilib. Bir Qor fironlarının nəsli bir də - ölümsüzlər. Bir də adi insan nəsli. Adi insan nəsli öləndə ruhu da parçalanır. Bunun üçün islam yarandı ki, mömin insanlar da cənnətə gedib çıxa bilsin. Hal-hazırda adi insanlar nə qədər itaət etsə də cənnətə getmir. Şəmsi Qor öz bədənində iki cahanı birləşdirənlərdir. Nəsimi deyir, "məndə sığar iki cahan, mən bu cahana sığmaram".
Azər qədim Misir yazılarında Asar gedirdi sonrakı dövrlərdə isə Xazar, xəzər kimi gedir. Yahudi yazılarında da Xəzər kimi qeyd olunur. Bunlar hamısı seçilmişlərdir. 1976-cı ildə Artur Qeller sübut etdi ki, dünyada nə qədər "Seçilmiş" sözü varsa hamısı Xəzər Türk bəylərinə aiddir. Bu gün yəhudi deyəndə heç bir İsrail, Avropa yəhudisi deyə bilməz ki, biz yəhudiyik.
Pramidalar göydə yaradılmış cənnətin obrazıdır. Onlar bilavasitə əbədilik üçün tikilib. Yerdə olan nə varsa onun bənzəri göydədir. Göydə olan nə varsa onun da bənzəri yerdədir. Əsl piramida hələ tapılmayıb. Əsl piramida Ərdəbil ətrafındadır. O pramida yerin altında tikilib. Ona Zal Amenti deyilir. O hələ tapılmayıb. O tapılsa bütün dünya elmi alt-üst olacaq. İndiyə kimi yazılmış bütün kitablar məhv olacaq. Bütün təsəvvürlər kökündən dəyişəcək.
- Piramidaları, Amon Ra alltanrısını Şərqlə, yəni bizim coğrafiya ilə bağlayırsız. Bəs niyə o pramidalar Misirdə tikilib?
- Bütün yaradılanlar rütubət olan yerdə tez xarab olur. Onun üçün quru bir yer lazımdır ki, o yaradılan əbədi qalsın. Əgər o abidə Bakıda və yaxud bu coğrafiyada tikilsə idi bir neçə əsr tab gətirərdi. Daşı əsas yağış və gün parçalayır. Orada isə quraqlıqdır, yağış az yağır, ona görə də o abidələr indiyədək qalıb.
- Piramadiada çoxlu sayda simvollar var. Sfinkslə bağlı da bir çox iddialar var.
- Sfinks rəmzdir. Aslan da ayrıca bir obrazdır. Aslan axirətlə bağlı obrazdır.
- Türklər özlərini bozqurdlarla bağlayır. Bunun səbəbi nədir?
- Bozqurd da bir obrazdır. Canavar ipə-sapa yatmır, heç nəyə əyilmir. Amon Ra yaşaması üçün qidalanmalıdır. Aslan və canavarın boğduğu heyvanlar qurban dəyərindədir. Dədə Qorqud dastanında da Təpəgöz obrazı var. Təpəgöz deyir, "hər gün mənə iki insan verin, yeyəcəm". Söhbət insanın əti ilə qidalanmaqdan getmir, insanın ruhu ilə qidalanmadan gedir. Bizim qədim dövlətlərimizin gerbində günəş, aslan simvolları var. Bunlar hamısı axirətlə bağlı obrazlardır.
- Axirət. Bütün dinlərdə və bir çox fəlsəfələrdə axirət var. Allah özü insanı yaratdı, bəşəriyyəti yaratdı, axirətlə ona niyə son vercək? Öz yaratdığını niyə məhv etməlidir?
- Axirət, tanrının yerdə qoyduğu qaydaları pozduğu üçün insanlara gələcək. Axirət ancaq insanlar üçün olacaq. Axirətin ləyaqətli, şərəfli insanlara heç bir aidiyyatı yoxdur. Axirətdə ikinci cənnət yaranacaq.
- Belə bir fərziyyə var ki, masonlar axirətin tez gəlməsini istəyirlər...
- Masonluq bilavasitə dünyanı idarə etmək üçün yaradılıb. İslamda 12 imam var, masonlarda 12 ezir, yəni 12 Azər. Necə şiələr məhərrəmlik keçirdiyi kimi masonlar da tanrının ölüb-dirilməsi mərasimini keçirirdilər. Qədim Misir yazılarında yazılıb ki, Amon ölüb, sonradan dirilib. Ancaq son dövrdə masonluğa təsadüfi adamlar gəldiyi üçün onlar həqiqəti itirib. İndiki masonlar köhnə sirləri bilmir. Necə ki, indi İslam alimləri heçnə bilmirlər, eləcə də masonlar. Bu dəqiqə masonları Rokfellerlər, Morqanlar idarə edir.
- Xəzər xaqanlığı adlı dövlət olub, ancaq o dövlət sanki yoxmuş kimi tarixdən silinib. Bir çox tarixçilər xaqanlığın taleyi ilə maraqlanır. Xəzər xaqanlığı hara yoxa çıxdı?
- Tarix ardıcıllığı ilə düzgün yazılmayıb. Akademik Fomenko sübut edib ki, tarix başdan başa cəfəngiyyatdır. Rəmzlərlə yazılmış elm var. Bu gün oturub evdən tarix yazırlar. Hamısı boş və yalandır. Bütün Avropa tarixi cəfəngiyyatdan ibarətdir. Fomenko yeni bir teoriya ortaya atıb və sübut edib ki, bütün rus, qərb və şərq tarixi cəfəngiyyatdır. Xəzər xaqanlığı rəmzdir.
- "Azərbəklərlə" bağlı Azərbaycanda hansı simvollar var?
- Yəhudilərin 6 guşəli ulduzu Azərbaycanın bütün xaqanlarının dəbilqəsində, keçmiş qəbirlərinin üstündə var. Azərbaycanın bayrağında 8 guşəlidir. 8 guşə, iki xaçın birləşməsidir. Xaç həyat enerjisi deməkdir. İki xaç isə iki dünyanın həyat enerjisi demkdir.
- Yeraltı şəhərlər var. Bu hansı anlam kəsb edir?
- Bütün qədim abidələrdə, şəhərlərdə mütləq yerin altında şəhər olub. Yerin altındakı şəhərlər ölüm şahlığının obrazıdır. Əgər o obraz yoxdursa, o şəhərdə yaşayanların ruhları da parçalanacaqmış. Ona görə də, hətta insanlar qədimdə kəndlərin altında belə kiçik də olsa yeraltı nəsə düzəldiblər ki, ruhları ölümsüz olsunlar.
- Maqiya nədir? Onunla nələr etmək olar?
- Magiya təbiət qüvvəsidir. Təbiətin qanununu bilmədən ondan istifadə etmək olmaz. Ən güclü maqlar, maqiya ilə məşğul olanlar elə Misir fironları olub.
- Dinlər nə üçün yaradıldı?
- Sirri bilənlər üçün din yoxdur. Bütün dinlərin kökü birdir. Mahiyyətləri eynidir. Allah da birdir, bütün dinlər də birdir. Dinlərin yaranmasının səbəbi insanların inamını axirətə qədər saxlamasıdır. Hamısı xüsusi məqsədlərlə yaradılıb.
Səxavət Məmməd

Hiç yorum yok:

Yorum Gönder

Real Time Analytics