8.03.2016

Ağdamın ötən gecəsi – AĞDAMDAN YAZIRIQ

Öncə onu qeyd edək ki, Bakıda vəziyyət Ağdamdan daha gərgindi.

Cəbhə xəttində isə stabil olmayan vəziyyət davam edir. Ölkə.az-ın cəbhə bölgəsinə ezam olunmuş müxbiri Səxavət Məmməd xəbər verir ki, gündüz vaxtı cəbhə xəttində sakitlik hökm sürür. Hava qaralmağa başlayanda isə atışma başlayır."


Dünən axşam Ağdamın Güllücə kəndi istiqamətində atəşkəs intensiv pozulub və saatlarca atışma davam edib. Olduğumuz Çıraqlı kəndi istiqamətində isə ara sıra güllə səsləri eşidildi. Bəzi mətbu orqanlarda cəbhəyanı kəndlərin boşaldıldığı haqda yayılan xəbərlər isə tamamilə cəfəngiyatdır.

Sosial şəbəklərdə və dezinformator sayıtlara baxdıqda sanki Ağdamda qanlı döyüşlər gedir, camaat evlrindən qaçır, səfərbərlik elan olunacaq kimi təəssürat yaradılmağa çalışılır. Ancaq hadisə yerinə gəldikdə hər şeyin tam fərqli olduğunu görürük: yerli əhalimiz orduya güvənir, ordumuz isə düşmənə laiqli cavab verir.

Həmçinin onu da qeyd edək ki, gecə vaxtı isə təhlükəsizliyi tam gücləndirmək üçün kəndlərə də silahlı əsgərlər nəzarəti həyata keçirir.

Gecə saat 12:00

Çıraqlıdayıq. Tək-tək atəş səsləri eşidilir. Güllücə, Nəmirli kəndləri istiqamətində isə döyüşlərin getdiyi aydın gözlə görülür. Trasel güllələr o tərəfə bu tərəfə uçuşur. Kənd sakinlərinin çoxusu oyaqdır. Atışmanı izləmək üçün küçəyə çıxıb baxırlar. Kənd sakinlərində qorxu yoxdur. Kimi dindirdik hamısı eyni cavab verdi “Biz belə şeylərə örgəşmişik”.

Gecə saat 00:45

Çıraqlı istiqamətində ara sıra atəş səsləri eşidilir. Güllücə istiqamətində döyüşlər davam edir. Ağdamın Yusifcanlı, Qaradağlı, Mahrızlı istiqamətində də atəşkəs pozulur ancaq atəş səsləri uzun aralarla davam edir.

Gecə saat 01:50

Güllücə istiqamətində döyüşlər davam edir. Yerləşdiyimiz Çıraqlı kəndi istiqamətində isə atəş səsləri az hallarda eşidilir.

Gecə saat 2-3 arası cəbhə xəttində atəş səsləri çox az hallarda eşidilir. Güllücə istiqamətində isə döyüşlər davam edir.

Gecə saat 04:00

Gecə saat 4-dən 5:30 kimi atəş səslri intensizvləşir. Çıraqlı, Hacıməmmədli, Yusifcanlı, Mahrızlı istiqamətində qarşılıqlı atəş səsləri eşidilir. Güllücə istiqamətində isə dayanmadan döyüş gedir.

Saat 06:00

Cəbhə xətdinin bütün istiqamətlərində atəş səsləri demək olar ki, dayanır. Hava işıqlaşdıqca ümumiyyətlə atəş səsləri kəsilir.

Kənd sakinlərindən əldə etdiyimiz məlumata və müşahidəmizə görə, düşmənin  atəşkəsi pozduğu vaxt əsasən 04:00 - 05:30 arasıdır.

Sosial şəbəkələrdə yalan məlumat yaymaqda məşhurluğu ilə seçilən saytlarda yazıldığının əksinə olaraq Ağdamda vəziyyət demək olar ki, həmişəki kimidir. Bakıdakı gərginliyi Ağdamda müşahidə edə bilmədik. Burda həyat demək olar ki, öz axarı ilə gedir.

Bəzi xəbər portallarında yazıldığı kimi Ağdam məscidləri əsgər cəsədləri ilə dolduğu xəbəri isə yalandan ibarətdir. Ağdam polisindən, yerli sakinlərdən əldə etdiyimiz məlumata görə, Ağdamda elə hadisə baş verməyib. Bu cür xəbərlərin mətbuatda yayılması yerli camaat arasında çaşqınlığa səbəb olur.

Hərbiçilərin, polisin və yerli sakinlərin tək incidiyi yer bəzi mətbuat orqanlarıdır.

Gecə saat 1-dən saat 4-ə kimi söhbətləşdiyimiz ordumuzun zabiti, polis mayoru və kənd sakinləri təkrar-təkrar bildirdilər ki, internetə girəndə biz özümüzdə söhbətin hansı Ağdamdan getdiyindən anlaya bilmirik, özümüzdən də şübhələnirik.

“Niyə yalan yazırlar, niyə camaatı çaş baş salırlar, yazdıqlarının birini burada görürsüz heç?”

Demək, bu gecəyə hansısa həmkarın yerinə utanmaqda yazılıbmış.

Zabit: “Bir yalan məlumat onlarca insanın narahatçılığına səbəb olur. Ağdamda xidmət edən əsgərlərin valideyinləri evində dəli olur bu xəbərləri oxuduqca. Yazıblar “Ağdam məscidi əsgər meydi ilə dolub”. Qardaşlar, siz məscitdə meyit gördüz? Camaat elə söz dedi sizə? Təbii ki, yox. İndi bir elə əsgərin valideyinini, qohum əqrabasını niyə narahat edirlər axı? Ayıbdır, vallah ayıbdır. Əsgər valideyninin telefonuna cavab verməkdən bezmişik. Hamısı zəng edir ki, uşağım sağdı? Qardaşlar, məlum hadisədən sonra ölüm itim yoxdur. Həmişəki kimi vətəni qorumaqla məşğuluq. Biz səhərə kimi canımızla əlləşirik, bu bəzi yazarlar isə internet arxasından oturub canımızı almaqla məşğuldur. Elə bilirsiz oxumuruq? Oxuyuruq hamısın bir-bir oxuyuruq. Ancaq oxuyub qurtarandan sonra nələr çəkirik onuda onu yazanların öhdəsinə buraxırıq”.

Polis mayoru: “Özünüz gördüyünüz kimi kəndlərdə yaşayış davam edir. Burada hər gün atəş səsləri eşidilir onsuz. Bu camaat atəş səslərinə öyrənib. Baxın, görürüsüz, atəş səsi gələn kimi çıxıb yaxından baxmağa çalışırlar. Ağdamlılar qorxsa təmas xətti ilə bir neçə yüz metrdə yaşamazlar. Bəli, o hadisə günü şəhid verdik. Biz hamıdan çox məyusuq. Kim istəyərdi belə olsun. Sizi əmin edirəm ki, düşmən də kifayət qədər itki verib. Sadəcə açıqlamırlar. O yalan məlumat yayanlara da deyin ki, Ağdamlılar qorxmur, onlar durub gələnə kimi Ağdamı özümüz alacağıq. Döyüşə tam hazır ordumuz var, narahatçılığa əsas yoxdur.”

Yazı gecə saat 12:01-dən səhər 07:01-dək gördüklərimiz, müşahidəmizdən ibarətdir.

Ağdamdan yeni xəbərlər çatdırmağa çalışacağıq.

Polis və hərbiçilər icazə vermədiyi üçün gecə foto və video çəkə bilmədik.

Qeyd: Yazı 03.08.2014-cü ildə qələmə alınıb

Səxavət Məmməd

Hiç yorum yok:

Yorum Gönder

Real Time Analytics