qərblə rusiya toqquşması etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
qərblə rusiya toqquşması etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

27.02.2023

Qərblə Rusiyanın Qafqazda toqquşan maraqları: Bakı ilə İrəvanın mövqeyi nə olmalıdır? - Səxavət Məmməd yazır

Qarabağdan Ermənistana, Azərbaycandan Naxçıvana kommunikasiya xətlərinin gələcək taleyi yumşaq mərhələyə keçdi.

Münxen görüşünə qədər Azərbaycan tərəfi nəyin bahasına olursa-olsun, açılacağını deyirdi, erməni tərəfi də bunun əksini. Tərəflər artıq məntiqi reallığa yaxınlaşırlar.

Sentyabrdakı sərhəd toqquşması Zəngəzur dəhlizi mövzusunun pik həddi idi. Rəsmi Bakı anladı ki, sərt güclə dəhliz açlmayacaq, erməni tərəfi sülhə məcburetmə əməliyyatlarına məhəl qoymur, qoymayacaq. Bəlkə də, başqa ölkə olsa, bu qədər təzyiqdən sonra çoxdan dəhlizə də razı olardı, Qarabağı da boşaldardı. Ancaq erməni tərəfi Azərbaycandan gələn sərt dalğalara dözdü.

Real Time Analytics