akşehir etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
akşehir etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

16.09.2016

Akşehir - "Böyük Taarruz"un başladığı muzeyə dönmüş şəhər — II Reportaj + FOTOLAR

"Həm Molla Nəsrəddinin şəhəri, həm Atatürkün qərargahı..." başlıqlı yazıda bildirmişdik ki, Atatürkün "Büyük Taarruz"a əmr verdiyi qərargahdan söhbət açacağıq.

Həm Molla Nəsrəddinin şəhəri, həm Atatürkün qərargahı... — REPORTAJ + FOTOLAR

Ölkə.Az saytının jurnalisti Səxavət Məmməd Akşehirdən reportaj hazırlayıb
Sultan dağlarının ətəyində, dəniz səviyyəsindən 1050 metr yüksəklikdə tarixi abidələrlə zəngin Akşehirdəyik. Akşehir Konya vilayətinə aid bir şəhərdir. Şəhərə girərkən diqqətimi Molla Nəsrəddinin eşşəyin belinə tərsinə minmiş vəziyyətdəki heykəllərini görürəm. Bununla bağlı maraqlananda məlum olur ki, Molla Nəsrəddin gəncliyindən Akşehirdə yaşayıb. Burada Molla Nəsrəddin türbəsi və onun adına park da var.
Real Time Analytics