Lukaşenko etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
Lukaşenko etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

1.06.2022

Rusiyanın vassalına çevrilmiş Belarus: Xalq Lukaşenko bəlasından qurtula biləcək?

Rusiyanın Ukraynaya təcavüzü təkcə iki ölkəyə yox, həm də qonşu ölkələrə ciddi təsir edir. Ukraynaya qonşu olan bir çox ölkə Rusiyanın təcavüzünü pisləyib onun qarşısında yer alsa da, Belarus seçimini Rusiyadan yana etdi.

Əslində, bunda da qeyri-adi bir şey yoxdur. Çünki Belarusdakı hakimiyyətin qoruyucusu və havadarı Rusiyadır. Müharibə başlayanda Belarusun aktiv döyüşlərə qatılacağı gözlənilsə də, bu baş vermədi. Belarus xalqın sərt reaksiyası qarşısında buna getməkdən çəkindi. Əvəzində isə ərazisini Rusiyaya tamamilə açdı. Rusiya Belarus ərazisindən hücumlar həyata keçirdi. Mövzunu açmağımızda səbəb isə son günlər Belarus ərazisindən Ukraynanın raketlərlə vurulmasıdır.
Real Time Analytics