20 min itki etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
20 min itki etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

21.01.2021

20 min itki ilə yaşanan məğlubiyyət və 2 783 Şəhidlə qazanılan Qələbə

Müharibə həm də itki deməkdir. Reallığı anlayan hər kəs bilirdi ki, Qarabağı müharibəsiz qaytarmaq mümkün olmayacaq. Açığı, Tovuz döyüşlərindən bir qədər əvvəl erməni mətbuatı Azərbaycanın müharibəyə hazırlaşdığını yazırdı. Ordudakı mənbələrdən aldığım məlumatda isə Ermənistanın öz müdafiə xətlərini gücləndirdiyi deyilirdi. Müharibə özünün tezliklə “gələcəyini bar-bağırırdı”.

Düzdür, cəbhədə atəşkəsin pozulma halları 20-50 arası dəyişirdi. Elə bu rəqəmlər bir çoxlarının müharibənin olmayacağını iddia etməsinə əsas verirdi. Müharibənin başlamasından bir gün əvvəl – sentyabırın 26-da atəşkəs cəmi 48 dəfə pozulmuşdu. Atəşkəsin az sayda pozulması gərginliyin olmadığına dəlalət edirdisə də, görünən o idi ki, hər iki tərəf daha genişmiqyaslı proseslərə hazırlaşır.
Real Time Analytics