20.07.2023

"Tərəfsizlər" - Alverçi BQXK, məramı sülh olmayan Rusiya

Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb. Məlumatda telefon, telefon platası, siqaret, benzin tutulduğu deyilir. Adamın ağlına ilk hansısa alverçinin sərhədi keçərkən tutulduğu, qaçaqmalçının saxlanıldığı gəlir. Ancaq məlum olur ki, bu alverçi, qaçaqmalçı təfəkkürlü Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Ermənistan nümayəndəlyinin əməkdaşları imiş. Bir-iki istisna olmaqla dünyanın hər yerində fəaliyyət göstərən BQXK-nin bu qədər cılızlaşacağı heç ağlıma da gəlməzdi.

Qarabağda hərbi əməliyyat necə həyata keçiriləcək? - ANALİZ

Qarabağda Azərbaycan tərəfinin hərbi əməliyyat həyata keçirməsi ehtimalı hər keçən gün daha da artır.

Əməliyyat ehtimalını hardan görürük?

Birincisi istər separatçı rejimin təxribatları, istərsə də Ermənistan tərəfinin mövqeyi bunu deməyə əsas verir.

Azərbaycan tərəfinin də konkret olaraq Qarabağdakı qeyri-qanuni erməni silahlılarının tərksilah edilməsini tələb etməsi hərbi gərginliyin yaxın zamanda olma ehtimalını artır.

Qarabağda gərginlik və bunun səbəbləri - ANALİZ

Artıq öyrəncəliyik.

Hər dəfə görüşlər ərəfəsində mütləq şəkildə ya Ermənistanla Azərbaycan arasındakı şərti sərhəddə, ya da Rusiya sülhməramlılarının nəzarəti altındakı ərazilərdə təxribatlar törədilir.

Vaşinqton görüşü ərəfəsində Qarabağda törədilən təxribat məhz buna xidmət edirdi.

Rusiya parçalanır, yoxsa qabığını dəyişir? - Hadisələrə BAXIŞ

Ayını ilana bənzətmək nə qədər doğrudur, bilmirəm. Rusiya ayı kimi yaralıdır.

Yaralı ayının isə nə edəcəyini təxmin etmək o qədər çətin deyil. İmperiyaları ilana bənzətmək mümkündür. Çünki tarixə baxdıqda görürük ki, imperiyalar dağılmır, sadəcə olaraq qabığını dəyişir, yeni şəkil alır. Rusiya bu qəzəblə çox irəli gedə bilməz. Çünki Rusiyanın bu aqressivliyi özünü məhvə apara bilər. Məntiq onu deyir ki, Rusiya var gücünü qoyub Ukrayna müharibəsini həll etsə, ardınca Polşaya girməlidir. Rusiyanın buna gücü çatarmı? Bu, mümkün görünmür. İndiki mərhələdə Rusiya şəklini dəyişməyə məcbur görünür.

Danışıqlardan savaşa keçid - Gərginliyin səbəbləri

Danışıqlar mərhələsi artıq yerini yenidən silaha verib.

Azərbaycanla Ermənistanın anlaşacağını çoxları gözləyirdi, sülh müqaviləsi olmasa da, çərçivə sazişinin imzalanacağı proqnozlaşdırılırdı.

Reallıq bunların qısa zamanda baş verməyəcəyini deyirdi.

Sual yaranır, ardıcıl görüşlər, müsbət mesajlar niyə dalana dirəndi, şərti sərhəddə və təmas xəttində atışmalar çoxaldı?

Məramı sülh olmayanların ÇİRKİN MİSSİYASI - Səxavət Məmməd yazır...

Heç kimə sirr deyil ki, Rusiya Cənubi Qafqaza arxa baxçası kimi baxır. Cənubi Qafqaza arxa baxçası kimi baxan ölkənin sülhməramlı adı altında fəaliyyət göstərən qoşunları Qarabağda bildiyi kimi davranır.

Rusiya sülhməramlı qüvvələri Qarabağa gəldiyi ilk gündən missiyasına uyğun olmayan fəaliyyətlə məşğul olub. Rusiya qarant durduğu 10 noyabr bəyanatını ilk özü pozdu. Bəyanatın 4-cü maddəsi yerinə yetirilmədi və yerinə yetiriləcəyi də şübhə altındadır. Söhbət qeyri-qanuni silahlıların çıxarılması ilə rusların yerləşməsindən gedir.

Arxalı köpək, yoxsa sərsəmləmə? ANALİZ

Siyasi gərginlik pik həddi keçəndə yerini hərbi gərginliyə verir.

Qarabağda gərginliyin hər keçən gün daha da artdığını görürük. Bu gərginlik sosial sifarişdən daha çox Rusiyanın maraqlarına uyğun olaraq inkişaf edir desək yanılmarıq.

Qarabağda bir neçə gündür ki, mitinqlər keçirilir. Artıq mintiqlər oturaq aksiyaya çevrilib və hər gün keçirilməsi ilə bağlı qərar verilib.

Eyni məkan, eyni təfəkkür, fərqli zaman - Qarabağda dönən oyunlara BAXIŞ

Qarabağda hazırda baş verən proseslər 80-ci illərin sonlarını xatırladır.

Eynən 80-ci illərin sonunda da ermənilər mitinqlər təşkil edir, ayrılmaq istədiklərini bəyan edirdilər. Elə bu proseslərin sonu olaraq müharibə baş verdi və Azərbaycan torpaqları işğal edildi.

Hər nə qədər proseslərin əvvəli 80-ci illərin sonlarında baş verənlərə oxşasa da, sonu eyni olmayacaq.

Hazırda Xankəndində baş verən proseslər nəyə xidmət edir?

Tərəflərin müharibə hazırlığı, yoxsa süni gərginlik? - ANALİZ

İstər Ermənistan, istər Qarabağdakı separatçı rejim, istərsə də Azərbaycanın atdığı addımlar yeni hərbi gərginliyin olacağının xəbərçisidir.

Bir qədər müharibədən əvvəlki dönəmə qayıdaq. Ermənistan tərəfi rəsmi şəxslərin dili ilə yeni ərazilər iddiasını ortaya atmışdı. Dəfələrlə Kürə qədər gələcəklərini deyirdilər. Azərbaycan tərəfi isə rəsmi dillə heç nə demirdi, ancaq fərqli yöntəm seçmişdi. Videoroliklərlə ictimayəti Qarabağa kökləyir, cəmiyyəti hazırlayırdı. Bəzi insanlar videoroliklərin nəyə hesablandığını anlamırdılar, müharibədən sonra hər şey gün kimi aydın oldu.

Bakının tələbləri, görüşlər və reallıqlar - TƏHLİL

Azərbaycanla Ermənistan xarici işlər nazirlərinin Vaşinqtondakı görüşünə yekun vuruldu. Gözlənildiyi kimi görüşdə nəticə əldə olunmadı.

Vaşinqton görüşlərinə qədər müxtəlif şəhərlərdə görüşlər keçirilmişdi. Yalnız sonuncu Vaşinqton görüşündən sonra tərəflərin əsas tələbləri tamamilə üzə çıxdı. Məlum oldu ki, tərəflər sərhəd, delimitasiya, demarkasiya, sülh sazişindən daha çox təhlükəsizlik məsələləri üzərində dururlar. Tərəflərin razılaşmadığı məsələ isə Qarabağdakı qeyri-qanuni erməni silahlılarıdır.

Region yeni müharibə ərəfəsində? - TƏHLİL

Azərbaycanla Ermənistan arasında gərginlik yenidən kəskinləşib. ABŞ səfirliyi öz vətəndaşlarına sərhəd istiqamətinə getməməyə çağırıb, Avropa İttifaqının Ermənistandakı missiyası sərhəddən geri çəkilib, Ermənistan sərhədə əlavə qüvvələr cəlb edir. Azərbaycan ordusu da təbii ki, gücləndirmə edib.

Məsələ təkcə bununla bitmir. Taliban bir tərəfdən Tacikistan istiqamətinə qoşun yığır, digər tərəfdən isə İran istiqamətinə. Sanki Cənubi Qafqaz və Orta Asiya müharibəyə hazırlıq içərisindədir.

Rusiya Ukrayna müharibəsi istənilən nəticəni vermədi. Dünyanın siyasi xəritəsinin yenidən çəkilməsi bir müharibə ilə mümkün olmadığını real olaraq gördük.

Regionda gərginlik və bunun səbəbləri - ANALİZ

Azərbaycanla Ermənistan arasında hər nə qədər sülh danışıqları getsə də, gərginlik səngimək bilmir.

Gerçəkci olmaq gərəkirsə, gərginlik artan xəttlə gedəcək. Rusiya sülhməramlılarının 5 illik müddətinin tamam olması vaxtı daraldıca atışmaların, mövqe döyüşlərinin, təxribatların sayı artacaq.

Son günlər istər dövlət sərhədi, istərsə də Qarabağ istiqamətində gərginlik var və dünən tərəflər arasında mövqe döyüşləri baş verdi.

Cənubi Qafqaz, yoxsa Bermud üçbucağı?

Bildiyimiz kimi Cənubi Qafqazda üç ölkə mövcutdur. Cənubi Qafqaz ölkələri olan Azərbaycan, Gürcüstan və Ermənistan yalnız 1918-ci ildə 34 günlük ayrı-ayrılıqda yox, birgə müstəqil olublar.

Adı gedən ölkələr müstəqil olsalar da, əslində böyük güclərin gözündə Cənubi Qafqaz bir regiondur. Tarix boyu bu region hər zaman böyük dövlətlərin maraqları daxilində olub. Cənubi Qafqaz regionu həm komunikasiya yollarının kəsişməsində yerləşir, həm Aralıq dənizinə çıxışı var.

Sülh danışıqları, Paşinyanın qorxuları - TƏHLİL

Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün bir neçə masa qurulub. Kişiniyovdakı görüş sadəcə olaraq Brüssel masasının davamı idi.İ

stər Azərbaycanda, istərsə də Ermənistanda bəziləri iddia edirdi ki, Kişiniyovda hansısa sənəd imzalana bilər. Əslində bu sənədin imzalanmayacağı Brüssel görüşündən məlum idi. Yəni, Paşinyanın "sənəd imzalanmayacaq" deməsinə bunun heç bir aidiyyatı yoxdur. Çünki elə Brüssel görüşündə bildirilmişdi ki, tərəflər Kişiniyovdakı görüşdən sonra yenə Brüsseldə görüşəcəklər.

Zəlzələ, vəlvələ, dəmdəmə - Səxavət Məmməd yazır

Telefonlar və sistemlər o qədər inkişaf edib ki, Azərbaycan kimi ölkələrdə bəzi qurumlara gərək qalmır. Misal üçün, “Android” telefonlar zəlzələ haqqında məlumat verir, xəbərdarlıq edir, zəlzələnin episentrini göstərir. Telefonda xəbər tutandan sonra bir gözüm Respublika Seysmoloji Xidmət Mərkəzində qaldı. Daşdan səs çıxdı, ancaq qurumdan yox.

Oxuduğumuz, bildiyimiz qədər, zəlzələnin proqnozlaşdırılması mümkün deyil. Ancaq zəlzələ olanda sonra rəsmi qurumların hərəkətsizliyi yenə də adamı düşünməyə məcbur edir.

Azərbaycan insanını Ermənistan mediasının manşetinə kim və niyə itələyir? - Səxavət Məmməd yazır

Dünyada, bəlkə də, ikili standartdan ən çox gileylənən ölkə Azərbaycandır.

Çox düşünürdüm ki, nə üçün Azərbaycana qarşı ikili standartla yanaşırlar, niyə haqlı olduğun halda həmişə haqsız vəziyyətə düşürsən. Dünən bir tədbirdə bunun əyani şahidi oldum.

Ötən gün Bakı şəhərində təhlükəsizlik sahəsinə həsr olunmuş bir tədbir keçirilirdi. Tədbirdə Litva səfirliyinin nümayəndələri və Slovakiyadan olan mütəxəssislər iştirak edirdilər. Azərbaycandan isə 3 deputat, hərbi ekspertlər və təhlükəsizlik sahəsindən yazan jurnalistlər iştirak edirdi.

"Bu ölkədə hər şey dünya standartına uyğun ola bilər, bir tək insanlara dəyərdən başqa..." - Səxavət Məmməd yazır

Bahalı ölkədə ucuz taksi ilə gedəndə dünya birliyi buna gülür. Bahalı ölkədə maaşla qiymətlər uyğun gəlmir deyəndə, “coğrafiya kaderdir” cavabı gəlir, girənlər Allaha şükür etməyi məsləhət görür, trollar “levi” iş axtara-axtara söyür.

Bahalı ölkədə pensiya yaşına və məmur pensiyası ilə digərlərinin aldıqları arasındakı fərqə etiraz edirsən, ağıllının biri çıxıb “Azərbaycan uzunömürlülər diyarıdır” nağılını danışır, o birisi də indeksləşdirilmə dastanı oxuyur.

Müharibədən sonra hərbçilərin maaşının kəsilməsindən xəbəriniz var. Uzatmayım. O vaxt belə bir informasiya almışdım ki, Müdafiə Nazirliyi maaşı balansındakı puldan ödəməyi təklif etmişdi. Buna Maliyyə Nazirliyi “yox” demişdi.

Laçın sərhəd-buraxılış məntəqəsində baş verən İNSİDENTİN TƏFƏRRÜATLARI - Səxavət Məmməd yazır

Dünən sərhəd-buraxılış məntəqəsində və Zəngilan istiqamətində gərginliyin olmasından hər kəs xəbərdardır.

Gələk məsələnin təfərrüatına.

Dünən Azərbaycan sərhədçiləri Laçındakı sərhəd-buraxılış məntəqəsində, daha dəqiq körpünün girişində Dövlət bayrağını qaldırarkən erməni snayperi atəş açıb və Sərhəd Qoşunlarının giziri yaralanıb.

Proseslər güzəşt HƏDDİNDƏ: Sülhməramlılar komendantlığa transformasiya olunur? - Səxavət Məmməd yazır

Danışıqlara, masalara baxanda açıq şəkildə görürük ki, Ermənistan-Azərbaycan münasibətləri və Qarabağ problemi bir-birindən ayrılıb. Ona görə də biz də bu problemi ayrı-ayrılıqda təhlil etməliyik.

Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması üçün müxtəlif ölkələr cəhd edir. Təbii ki, öz maraqları daxilində. Hər kəs divident qazanmaq üçün çabalayır. Çünki məlum dəhliz məsələsi yeni bazarlar, yeni qazanclar gətirəcək. Köhnə qazanc yollarına isə çomaq soxacaq. Ona görə də köhnə yolların ağaları yeni yoldan pay istəyir.

Hər havaya oynayan, cahillik içində boğulan neqativ cəmiyyət - Səxavət Məmməd yazır

Azərbaycan qəribə ölkədir. Pafosla danışıq pozitivlik kimi qəbul edilir, reallıqları danışmaq isə neqativlik.

Qarabağı, sülh danışıqlarını qoyaq bir kənara, hansı günümüzə pozitiv danışmaq yaraşır? Hansı sahəyə əl atırsan, putdur, adamın əlində qalır. Qiymətlər uçur, maaşlar sürünür. Məktəbdə nərd yarışı keçirilir, pandemiya bitəndən sonra Azərbaycan alimləri vaksin kəşf edir, Türkiyədə zəlzələ olur, icra başçısı Türkiyəyə dəstək olmaq üçün axısxa türkləri ilə görüş keçirir, öz ölkəsində seçki keçiriləndə üç meymunu oynayanlar xaricdəki istənilən seçkidə tərəf seçir, müdafiə edir, oradakı əhalini “neprav”da çıxara bilir.

Real Time Analytics