3.09.2016

17 illik evlidirlər, bir-birlərinə «həyatım», «aşkım» deyirlər… — Egeyin sahilindən REPORTAJ

Ölkə.Az saytının jurnalisti Səxavət Məmməd İzmirdən reportaj hazırlayıb
…Söhbət etdiyim hər bir insan «bu həyata bir dəfə gəlirik, insan kimi yaşamalıyıq», deyir. Banka borc deyirsiniz, onlarda da var, çətinlik deyirsiniz, onlarda da var. Biz də müharibə şəraitində yaşayırıq, Türkiyə də uzun illərdirdir müharibə ilə üz-üzədir

Bakıdan fərqli olaraq İzmirdə gözümə çarpan bu oldu ki, burada zibil qutularına demək olar ki, rast gəlmədim. Ancaq şəhər yenə də çirkli deyil. Səbəbini öyrəndikdə isə şok oldum - təhlükəsizlik tədbiri imiş. Böyük zibil qutuları yığışdırılıb. Çox az yerdə kiçik zibil qutuları isə qalır. İnsanlar atmaq istədikləri zibili ya çantalarına qoyur, ya da saxlayıb zibil qutusu olan yerə atır. Terror təhlükəsinə qarşı alınmış bu tədbiri insanlar da normal qarşılayır, öz növbələrində şəhəri çirkləndirmirlər.
Türkiyənin digər şəhərlərindən fərqli olaraq İzmirdə suriyalılara rast gəlmmirdim. Düşünürdüm ki, yəqin turistlərin rahatlığı üçün atılmış bir addımdır. Karşıyakadan Alsancaq meydanına sərnişin daşıyan gəmi ilə keçirik. İzmir şəhərinin adı yazılmış tablonun ortasında bir suriyalı uşaq uzandığını görəndə anladım ki, suriyalılar hər yerdədir…
Hasan Tahsin - ilk güllə
Konak meydanına gedirik. Konak meydanında İzmirin simvolu olan saat qülləsi var. Saat qülləsinin solunda isə İzmirin azadlıq simvolu olan, İzmiri yunanların işğalından azad edilməsində səbəbkar olan jurnalist Həsən Tahsinin heykəli var. Oxucular üçün bir qədər Hasən Tahsin haqqında qısa məlumat verim:

«Əsl adı Osman Nevres olan jurnalist 15 may 1888-ci ildə Selanikdə anadan olub, 1919-cu ildə İzmirdə vəfat edib. Osman Nevres Parisdə İttihat və Tərəqqi fıqrasında və Təşkilati-Mahsusanın üzvü olub. Osman Nevres Təşkilati-Mahsusada baş leytinant olub. Vərəm xəstəsi olan Osman Nevres müalicə olunmaq üçün İsveçrəyə getməli olur, tanınmamaq üçün pasportuna Hasan Tahsin adını yazdırır və bundan sonra bu addan istifad edir. Hasan Tahsin "Silah" adlı qəzet açır, bundan sonra ona «Silahçı Hasan Tahsin» deyirlər.
1919-cu ildə İngiltərə, Fransa, İtaliya və yunanlara məxsus hərbi gəmiləri İzmir körfəzində idi. 15 may 1919-cu il saat 7:30-da yunan əsgərlər gəmidən enərək sahilə çıxır. İzmirdə yaşayan yunanlar əsgərləri alqışlamağa başlayır. O zaman Hasan Tahsin "Olamaz, olamaz, böyle ellerini sallaya-sallaya giremezler", deyərək yunan əsgərlərinə atəş açmağa başlayır. Silahdakı bütün güllələri yunan əsgərlərinə atan Hasan Tahsin bir neçə yunan əsgərlərini öldürür. Sayları çox olan yunan əsgərləri Hasan Tahsini güllə yağışına tuturlar və Hasan Tahsin 31 yaşında öldürülür. Bu hadisə tarixə «ilk güllə» kimi keçir və o zaman Türkiyənin hər yerində yadelli işğalına qarşı xalqı mübarizəyə qaldırır. Çərkəz Ethem yunan işğalına efeleri yığaraq bildirir ki, bir gənc düşmənə ilk gülləni atdı, yerdə qalanı bizim işimizdir».

Hasan Tahsinin heykəlini ziyarət etdikdən sonra «Azərbaycan-Türkiyə Qardaşlıq və İşbirliyi» dərnəyinə gedirik. Orada Nigar Abdullayeva və Cavid Əliyevlə görüşüb İzmirdə yaşayan soydaşlarımız barədə məlumat alıram. İzmirdə Azərbaycandan çoxlu sayda tələbə və işləyənlər var.
Uyar ailəsi
Azərbaycanı Türkiyə qədər sevən Naci Uyarın qardaşı bizi qonaq çağırır. Düşünmədən "hə" deyirəm. İzmirli bir ailədə olmaq, onların həyat tərzi və yaşayışı mənə çox maraqlı idi. Bu qonaqlıq, həm də mənim üçün bir müşahidə olacaqdı.
Kuşadasındayıq, bizi ev sahibləri Əhməd Uyar və Figen Uyar qarşılayır. Söhbət zamanı məni yaxşı başa düşməsələr də, sonradan dilimizdəki sözlərin Türkiyə türkcəsində olan qarşılığını dedikcə söhbət maraqlı olmağa başlayır. Bir qədər sonra bizim "yaxşı, müəllim" kimi sözlərimizi tələffüz etməyə başlayırlar. Ər-arvad hər ikisi müəllim olan Əhməd və Figen Uyarlar öncə Azərbaycandakı təhsil və müəllimlərin vəziyyəti barədə soruşurlar. Müəllimlərimizin aldığı maaşın miqdarını deyəndə çox təəccübləndilər.
Süfrəyə otururuq. Azərbaycanda bir evə qonaq gələndə qonağı razı salmaq üçün yeməklərin çeşidini çox edərik. «Qonaq çox yeyərsə deməli razı qalacaq» düşüncəsi ilə yaşayırıq. Bu ailədə isə tamam fərqli idi. Şirin söhbət, zarafatlar yeməkləri daha da dadlı edirdi. Gördüyüm ən qözəl qonaqlıq idi.
Ailə başçıları 17 illik evlidirlər. Bir birilərinə valideyinlərinin, böyük qardaşlarının yanında «həyatım», «aşkım», «canım» deyə müaciət edirlər. 
Yeməkdən sonra sonra Kuşadasında gəzintiyə çıxırıq. Hər tərəf yaşıllıq, kiçik bağ evləri. Burada Sezen Aksu, Tansu Çiller, Yıldız Tilbe və s. kimi məhşur insanların evləri var. Bizdən fərqli olaraq burada evləri hündür divarlar «qorumur».
Kuşadasındakı milli parka gedirik. Gedərkən yolun solunda efelerin yunan əsgərlərinə qarşı qərargah kimi istifadə etdikləri Madran dağı, solunda isə göz yaşı kimi duru Egey dənizidir. Türkiyədə insanlar dənizə "millətin malı" deyirlər. İstənilən istirahət mərkəzinin yerləşdiyi yerdə insanlar gedib  dənizə girə bilərlər. Ən maraqlı hallardan biri isə dənizlərdə canqurtaranların az olmasıdır. Bununla bağlı maraqlandım, bildirdilər ki, bələdiyyələr təhlükəsiz yelərə işarələr qoyurlar, üzə bilən girəcək, üzə bilməyən isə girməyəcək. Statistikaya baxdıqda 79 milyonluq Türkiyədə boğulma sayı 9 milyonluq Azərbaycandan çox azdır.
Kuşadasındakı milli parkdakı mağaraya giririk. Deyirlər ki, qışda və yağışlı havalarda Zevs gəlib Afrodita ilə bu mağarada çimirmiş.  Mağaradakı su təmiz və soyuqdur. El arasında, bu mağaranın suyu qadınları gözəlləşdirir kimi əfsanələr yayıldığı üçün çoxlu sayda qadın həmin mağaraya gəlib… Onsuzda gözəl olan izmirli qadınlar daha da gözəl görünmək üçün bir-birləri ilə yarışa giriblər…
Səxavət Məmməd
İzmir-Bakı

Hiç yorum yok:

Yorum Gönder

Real Time Analytics