Son 2 ayda Azərbaycandan xaricə göndərilən kartof və pomidor məhsulları ixrac edilən ölkələrin Baytarlıq və Fitosanitar Nəzarəti tərəfindən geri qaytarılıb.
Belə ki, bu ilin may ayında Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti Federal Xidmətinin Moskva şəhəri, Moskva və Tula vilayətləri üzrə İdarəsi Azərbaycandan paytaxt regionuna daxil olan kartof məhsulunda karantin obyekti aşkar edib. İdarənin mətbuat xidməti bildirir ki, Azərbaycandan daxil olmuş 39,55 ton təzə ərzaq kartofuna baxış zamanı Rusiya Federasiyası üçün karantin obyekti olan qızılı kartof qurdları (Globodera rostochiensis (Woll.) Behrens.) aşkar edilib.
Bundan başqa iyun ayında Qazaxıstan Azərbaycan tərəfinə fitosanitar nəzarəti keçə bilməyən 81,5 ton kartofu geri qaytarıb. Qazaxıstan ərazisinə gətirilən yüksək fitosanitar riskli karantinli məhsulların yoxlanışı zamanı bitki karantini sahəsində Qazaxıstan Respublikası və Avrasiya İqtisadi Birliyi qanunvericiliyinin pozulduğu səkkiz hal aşkar edilib.
Kartofdan başqa pomidorda da bu hallar aşkarlanıb. Bu ilin iyul ayında Rusiyaya Azərbaycandan ixrac edilən 16,193 ton pomidorun tərkibində Rusiya Baytarlıq və Fitosanitar Nəzarəti Federal Xidməti zərərverici Cənubi Amerika güvəsi aşkar edib.
Heç kimə sirr deyil ki, sahibkarlar istehsal etdiyi məhsulun ən keyfiyyətlisini xarici bazarlara ixrac edir, digərlərini isə yerli bazarda satışa çıxarır. Əgər xarici bazara çıxarılan məhsullar yararsızdırsa, yerli bazar haqqında düşünməyə dəyməz.
Məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun fikirlərini sizə təqdim edirik:
"Prezident İlham Əliyev təsadüfi olaraq demədi ki, ixrac məhsullarımız arasında birinci yerdə fındıqlar dayanır. 6 il bundan öncə külli miqdarda fındıq Avropa bazarından geri qaytarıldı. Fındığın tərkibində "asot aksin göbələkləri" aşkar edilmişdi. Bundan sonra Avropa İttifaqı Azərbaycanda iş apardı. Fındıqlar HASSP sisteminə, yəni, tarladan istehlakçının masasının üstünə qədər izlənmə sisteminə keçirildi. Bu sistem yaranandan sonra fındıqlar xarici bazara rahat şəkildə çıxır. Bundan əlavə, balıq kürüsü üçün bu sistem tətbiq olunub. HASSP sistemi ölkə başçısının 10 fevral 2017-ci ildə Qida Təhlükəsizliyi Agentliyinin yaradılması ilə bağlı fərmanda da öz əksini tapıb. Bu sistem digər kənd təsərrüfatı mallarına da tətbiq olunmalıdır.
Düşünürəm ki, Rusiya Federasiyası bu işdə haqlıdır. Rusiya Federasiyasının baş sanitar həkimi Gennadi Aneşinka hazırda baş nazirin köməkçisidir. Gennadi Aneşinka mənə məktub yazdı və MDB ölkələri arasında istehlakçı hüquqlarını qoruyan koalisiyaya üzv olmağı təklif etdi və mən bir neçə dəfə həmin koalisiyada iştirak etdim, Azərbaycan mallarının Rusiya və MDB məkanında lobbiçilik işini apardım. Ancaq mənim fəaliyyətimə dövlətimiz tərəfindən heç bir dəstək verilmədi. Hazırda bu problem var. Xaricə getməyən, təhlükəli mallar Azərbaycanın daxili bazarında satılır. Təsadüfi deyil ki, ötən il xüsusi bir cihazla qarpızların monitorinqini apardıq. Məlum oldu ki, təxminən 99% qarpızlar nitritlərlə zəhərlənmiş vəziyyətdə satılırdı. Bu il isə bu rəqəm 98% təşkil edir. Pomidor və kartofların nitritlərlə zəhərlənməsi azdır. Ancaq onlar da başqa komponentlərə yoluxublar. Rusiya Federasiyasından qaytarılan kartofların tərkibində insan üçün zərərli yox, ətraf mühit üçün zərərli bakteriyalar var. Ona görə də, həmin məhsullar ölkəyə geri qaytarılıb. Azərbaycanın əmtəə bazarında kifəyət qədər təhlükəli mallar var. Təsadüfi deyil ki, gələn ilin əvvəlindən işə başlayacaq Qida Təhlükəsizliyi Agentliyi ilə bağlı hazırda danışıqlar gedir. Agentlik işə düşsə düşünürəm ki, vəziyyət düzələr".
Yerli bazarda tərkibində təhlükəli bakteriyaların olduğu malların satılmasının və istehlakçılar tərəfindən alınmasının nəticəsinə gəldikdə isə Azad İstehlakçılar Birliyinin sədri bildirdi ki, bunun nəticələri artıq var:
"Nəticələri görmək üçün apteklərdəki növbələrə baxmaq kifayət edər. Dünyanın heç bir ölkəsində apteklərdə dərman alanların növbəsi yoxdur. Qida növbəsi dərman növbəsi qədər deyil. Azərbaycanda Avropa ölkələrindən 20 dəfə çox aptek şəbəkəsi var. Səhiyyə Nazirliyi araşdırma aparmalıdır. Görməlidir ki, dövlət büdcəsindən səhiyyə xərclərinə nə qədər vəsait ayrılır və kənd təsərrüfatı mallarının təhlükəsizliyini təmin etsələr, səhiyyə xərcləri nə qədər aşağı düşər. Çox təəssüf ki, ölkədə belə araşdırmalar getmir".
Xaricə göndərilən və tərkibində zərərli maddələrin aşkar edilib geri qaytarıldığı mallar məhv edilir, yoxsa yerli bazara çıxarılır sualına cavab olaraqsa Eyyub Hüseynov qeyd etdi ki, əksər hallarda həmin məhsullar əmtəə bazarına buraxılır:
"Çünki geri qaytarılan mallar məhv edilsəydi bunu açıq şəkildə göstərməli, media vasitəsi ilə insanlara çatdırmalı idilər. Əgər bu məhv olma şəffaf deyilsə və bu haqda məlumatlar yoxdursa, demək ki, həmin məhsullar bazara çıxarılır".
20 ildir istehlakçı hüquqlarını qoruduğunu deyən, Eyyub Hüseynov bu illər ərzində cəmi 2 dəfə kütləvi məhvetmədə iştirak etdiyini bildirib:
"Həmişə müraciət etmişəm ki, əgər haradasa kütləvi məhvetmə varsa, yerini desinlər, oraya getməyə hazırıq. Təəssüf ki, bu baş vermir".
Xaricə gedən mallar baytarlıq və fitosanitar nəzarətindən keçir, ölkə bazarına çıxarılan malların hansısa nəzarətdən keçməsi məsələsinə gəldikdə isə ekspert bildirdi ki, əslində buna nəzarət orqanları mövcuddur:
"Kənd təsərrüfatı nazirliyinin yerlərdə idarələri var. Əslində bazara məhsul çıxaran sahibkarlar həmin idarələrdə məhsulun keyfiyyətini yoxlatmalı, sənədlər aldıqdan sonra məhsulunu bazara çıxarmalıdırlar:
"Kənd Təsərrüfatı Nazirliyi vaxtında işlər görməlidir ki, insanlar sonradan zəhərlənməsinlər. Bu gün nə həmin ekspertizalar, nə də sənədlər var. Kənd Təsərrüfatı Nazirliyinin yerli idarələrinə külli miqdarda pul ayrılır. Lakin bunların heç biri cəmiyyətdə görünmür".
Bir neçə marketə aldıqları kənd təsərrüfatı mallarının ekspertiza sənədinin olub, olmaması ilə bağlı sual ünvanladıq. Cavablardan məlum oldu ki, malları "dədə-baba qaydası" ilə alıb satırlar.
Səxavət Məmməd

Hiç yorum yok:
Yorum Gönder