Milli vətənpərvərlik mahnılarının mahir ifaçısı Şəmistan Əlizamanlı cəbhə bölgəsində olub.
Tərtər rayonunda cəbhə xəttində olan Şəmistan Əlizamanlı bölgədəki vəziyyətlə bağlı Ölkə.Az-ın sullarını cavablandırıb:
- Cəbhə bölgəsində son vəziyyətlə bağlı sizi də bölgədə gördük. Ab-hava necədir?
- Əhval ruhiyyə çox yüksəkdir. Artıq ordumuz cəbhə bölgəsində üstünlüyü ələ keçirib. Strateji yüksəkliklər götürülüb. Artıq işğal altında qalan torpaqlarımıza tam nəzarət olunur. Azərbaycan ordusunun irəliləməsi üçün əla şərait yaranıb və daha da asan olacaq. Xalqımız narahat olmasın, inşallah qələbə xəbərlərini tez-tez eşidəcəklər.
- Birinci Qarabağ müharibəsi zamanı Azərbacan xalqı Şəmistan Əlizamanlının səsi ilə qələbə xəbərləri eşidirdi. Yenidən belə xəbərlər vermək istəyərsiniz?
- Əlbəttə. Bu mənim üçün böyük şərəf olar. Həmişə hazıram. Ordumuzun irəliləməsində, qələbənin təmin olunmasında əlimdən nə gəlir etməyə hazıram. Həm səsimizlə, həm də əlimizə silah alaraq nə lazımdırsa etməyə hazıram.
- Camaatın əhval ruhiyyəsini necə gördünüz?
- Əhval Ruhiyyə çox yüksəkdir. Tərtərə Gəncədən gəlirəm. Gəncədə də əhval ruhiyyə çox yüksək idi. Qələbəni təmin edən amillərdən biri də xalqın yüksək əhval ruhiyyəsidir. O da bizdə var. Bu dəfə yüksək naliyyətlər əldə edəcəyimiz dəqiqdir.
Tərtər qəhrəman şəhərdir. Əhali heç bir yerə çıxmayıb, ordumuza dayaqdır. İnşallah qələbə xəbərləri
gələcək.
Hiç yorum yok:
Yorum Gönder