Məsələ ondadır ki, Rusiya Qarabağda baş verənlərə müdaxilə etsə də, sərhəddə baş verənlərə tam səssiz qalır.
Dünəndən Ermənistan tərəfi atəşkəsi pozmaqla qalmayıb, bəzi istiqamətlərdə basqı etməyə də cəhd edib. Nəticədə Azərbaycan tərəfi cavab tədbirləri həyata keçirib və əməliyyat davam etməkdədir.
Rusiya Qarabağda olduğu kimi sərhəddə də sülhməramlı missiyasını özü üzərinə götürmək istəsə də, bu barədə danışıqların nəticəsiz qaldığı məlumdur.
Rusiya hazırda baş verən döyüşlərə də səsiz qalıb. Bunun müxtəlif səsəbləri var. Bunlardan biri Ermənistanı cəzalandırmaqdır. Ola bilsin kimsə sual verəcək ki, bəs Qarabağdakılara göz yuman Rusiya, Ermənistanı niyə cəzalandırır? Rusiya Qarabağda baş verənlərə Ermənistana görə yox, özünün ərazidə qalması üçün səssiz qalır. Açığı hiss olunur ki, Rusiya münaqişəni şaxələndirmək istəyir və Ermənistan ərazisində də münaqişə ocağı yaratmaq düşüncəsindədir. Bu o anlama gəlir ki, proses daha da dərinləşir və Rusiyanın faktiki olaraq ərazidə qalmasının ömrü uzanır.
Rusiya yaxşı bilir ki, Ermənistan cəmiyyətini itirib. Faktiki olaraq ermənilər Rusiya əlehinə az qala hər həftə mitinq keçirir. Təbii ki, Rusiya öz forpostunu bu qədər sakit şəkildə əlində buraxmaz. Rusiya həm erməniləri cəzalandırır, həm də maraqlarını təmin edir.
Çox maraqlıdır ki, Ermənistanda yeni təyin olunmuş müdafiə nazirinin ilk icraatı Laçın və Kəlbəcər istiqamətində geniş miqyaslı hücum əməliyyatı oldu. Məsələ ondadır ki, həmin əməliyyat tamamilə iflas olub. Belə ki, erməni tərəfi çoxlu sayda itki verib, xeyli sayda da erməni əsgəri tərkisilah edilərək saxlanılıb. Bundan əlavə, erməni tərifinin çoxlu sayda hərbi texnikası məhv edilib. Aviasiya havanın dumanlı olmasına görə PUA-lardan başqa digər texnika və vasitələrdən istifadə edilir.
Düşünmürəm ki, Azərbaycan tərəfi erməni tərəfinin bu təxribatından istifadə edərək Ermənistan ərazisinə daxil olacaq və orada möhkəmlənəcək. Bu həm yeni münaqişə, həm də KTMT-nin əraziyə cəlbi anlamına gələcək.
Bundan əlavə Erməni tərəfi dəfələrlə ATƏT-in Minsk qrupunu prosesin həllinə cəlb etmək istədiyini açıq şəkildə deyirdi. Ancaq Azərbaycan tərəfi bunu hər dəfə rədd edirdi. Bu təxribatdan sonra ATƏT-in Minsk qrupu ermənilər tərəfindən daha da arzuolunan olacaq. Burda əsas məsələ Azərbaycanın nə qədər dirəniş göstərməyindən aslıdır.
Sərhəddə döyüşlər davam etsə də, Qarabağda tam sakitlikdir.
Hiç yorum yok:
Yorum Gönder