12.11.2016

Columbia Pictures təqdim edir: "Başı bəlalı şifer"

Columbia Pictures təqdim edir.

Baş rolda Jan Klod Rembo.

Film Azərbaycan adlı qədim, tarixi keçməkeşlərdən keçmiş ölkənin Daşkəsən adlı rayonunda baş verir.

Bayraq günü bayraq meydanına bayram etməyə toplaşan əhali hələ heç nədən xəbərdar deyildi. Əhalinin böyük əksəriyyəti səhərin ayıb yerləri açılmamış Bakıdan gələn müğənniləri görmək üçün, digəri isə məcburi gəlmişdi. Ancaq heç kim bilmir ki, beynalxalq qalmaqalın canlı şahidi olacaqlar.


Filmin qəhrəmanı Jan Klod Rembo aldığı xüsusi tapşırığı yerinə yetirmək üçün ortaya çıxır. Bu zaman xüsusi təyinatlı cildində bir əsgər əlində şiferlə meydana daxil olur. Şiferin üstündə düşmən ölkənin bayrağının rəngləri çəkilib. Düşməni alçatmaq istəyən filmin baş qəhrəmanı şiferi su başından, yəni, ayaqyolundan gətizdirib, ermənilərin bayrağı rəngdə rənglətdirib və bayraqlı şifri isə kəllə-mayallaq tutdurub. Heç kəs nə olacağını bilmir. Hamı gözlərini bərəldib şiferə və vətənpərvər Jan Klod Remboya baxır. Arxa fonda isə həyacanlı musiqi səslənir. Filmin baş qəhrəmanı gəlir və Vandam kimi gözünü yumur, keçmişi xatırlayır və bir zərbə ilə şiferi darmadağın edir. Meydana toplaşan əhali, alqışlayır, tullanıb-düşür, ura, deyib bağırır. Ancaq heç kim bilmir ki, ermənilər filmin baş qəhrəmanına qarşı gizli plan qurublar.

Jan Klod Rembonun edəcəyi əməldən xəbər tutan erməni kəşfiyatı, bayraqlarını elə formada düzəltdirir ki, bayraq tərsinə çevriləndə Kolimbiya bayrağına dönüşür. Beləcə qələbə çaldığını hesab edən filmin baş qəhrəmanı durduğu yerdə zibilə düşür. Artıq onun başı beynəlxalq qalmaqala qarışır.

Əlinin yaralandığını xalqa hiss elətdirməyən qəhrəman sağına, soluna hava atır. Axşam saatlarında xəstəxanaya barmaqlarını sarıtdırarkən xəbər gəlir ki, ermənilər əslində Jan Klod Rembonu zibilə salıb. Hirslənən, beyni çönən filmin baş qəhrəmanı nə edəcəyini bilmir. Dərhal beynəlxalq əlaqələrini işə salır. Ancaq gecdir. Artıq məsələ barədə erməni kəşfiyyatı Kolimbiya mediasına xəbər salıb. Filmin baş qəhrəmanı dərhal Kolimbiyanın Mətbuat Şurasının başçısını axtarır. Ancaq Kolimibyanın Mətbuat Şurasının başçısı çoxdan erməni kəşfiyatı tərəfindən verbofka edilib.

Məxfi əməliyyatı həyata keçirən Jan Klod Rembonun etdiyi səhvdən sonra iki dövlətin orduları sosial mediada üz-üzə gəlir. Bütün dillərdə söyüşləri əzbər bilən Jan Klod Rembonun süvariləri məsələnin ermənilər tərəfindən qaynaqlandığını bilərək "Fuck Armenia" deyərək düşmənə saldırır. Düşmənin anası, bajısı fuck edilir. Söyüş nədir bilməyən ermənilər isə, Jan Klod Rembonun suvarilərini tarixi faktlarla aşağılayaraq yerinə oturdur.

Uzun illər öncə heç kimlə dalaşmayacağına söz verən filmin qəhrəmanı, gözlərini yumur, ağzını açır. Verdiyi heç kimlə dalaşmayacam, heç kimə müharibə elan etməyəcəm sözünü tuta bilməyəcəyini anlayaraq, ustadından üzr istəyir və deyir, "artıq boğaza yığıldım, dünyanı xilas edəjəmmmm".

Dizlərini yerə qoyan Rembo toppuş yumruqlarından öprək deyir: "Ermənilər məhv edəcəm sizi, qan udduracam sizə, o şiferi bu dəfə qırıq-qırıq edib, sonra nə edəcəyimi təkcə mən bilirəm".

Beləcə film çəkmək istəyərkən, məsələnin seriala döndüyünü anlayan rejisor, fuck Rembo deyib gedir ABŞ Rusiya münasibətləri ilə bağlı cızma-qara etməyə...

Səxavət Məmməd

Hiç yorum yok:

Yorum Gönder

Real Time Analytics