27.12.2016
26.12.2016
"Şəhid olmuş əsgərlərin meyitlərini 2 milyona çıxarırdılar" — Kəşfiyyat komandiri ilə MÜSAHİBƏ
Birinci Qarabağ müharibəsində şücaətlə döyüşmüş hərbi hissələrdən biri də 704 saylı hərbi hissə olub. Hərbi hissə Laçın dəhlizindən tutmuş Xocavənd, Ağdam, Füzuli, Ağcabədi istiqamətində çoxlu döyüş əməliyyatı həyata keçirib.
Bu dəfəki müsahibimiz 704 saylı hərbi hissənin kəşfiyyat bölüyünün komandiri Tofiq Qasımovdur.
23.12.2016
Bir qrup müharibə veteranı və media nümayəndəsi təltif olunub – FOTOLAR
Azərbaycan Hərb Tarixi Muzeyində “Azərbaycan Ordusunun şəxsi heyətinin döyüş ruhunun, mənəvi-pisxoloji hazırlığının və vətənpərvərlik hissinin yüksəldilməsində müharibə veteranlarının rolu”na həsr olunan tədbir keçirilib.
Tədbirdə aprel döyüşləri zamanı cəbhə xəttində olan birinci Qarabağ müharibəsinin iştirakçısı olmuş bir qrup müharibə veteranı və ehtiyatda olan zabit iştirak edib.
19.12.2016
Adil Əliyev: "Qanunsuz işlər görən bütün icra başçılarını zindanlarda çürüdərdim" — MÜSAHİBƏ + Şəxsən mən
Ölkə.Az-ın "Şəxsən mən" adlı rubrikasının bu dəfəki qonağı millət vəkili, Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü, Kikboksinq Federasiyasının prezidenti Adil Əliyevdir:
17.12.2016
İtkin düşən neftçilərin ailələrindən - REPORTAJ + Fotolar
Xəzər yenə 10 can aldı...
Dünən kükrəyən Xəzərdən bu gün əsər-əlamət yox idi. Ələtə gedərkən yol boyu Xəzəri izləyirəm. Sakit, təmiz, özünü ağıllı uşaqlar kimi aparırdı. Dəcəllik edib, etdiyi yaramazlığa görə cəzalandırılmaq istəməyən uşaqlar kimi sakit və kirimişcə durmuşdu. Ancaq özünü ağıllı uşaq kimi göstərən o Xəzər 10 ailəni başsız, neçə uşağı atasız, neçə qadını arxa-dayaqsız qoydu.
Ceniffer Lopez və Şakiraya yemək bişirən baş aşpaz — "Vasif Talıbov da bişirdiyim yeməkləri bəyənir"
Müsahibədə göstərilən diqqət və dəstək üçün "Mado" restoranlar şəbəkəsinin rəhbərliyinə təşəkkürlərimizi bildiririk.
Ölkə.Az-ın müsahibi sərhədsiz, elit aşpaz, "Mado" restoranlar şəbəkəsinin qida koordinatoru Mübariz Vəliyevdir.
Etiketler:
aşbaz,
elit aşbaz,
Mübariz usta,
sərhədsiz aşbaz,
sosium
5.12.2016
704-cü hərbi hissə danışır — Qarabağ döyüşlərinin görünməyən tərəfi - Reportaj
Birinci Qarabağ müharibəsində şücaətlə döyüşmüş hərbi hissələrdən biri də 704 saylı hərbi hissədir.
Birinci Qarabağ savaşında Ağdamın Mərzili kəndindən tutmuş, Fizulinin Aşağı Veysəlli kəndinə qədər olan geniş bir əraziyə 704 saylı briqada cavabdeh olub. Bu qədər geniş bir ərazi müharibə dövründə təkcə 704 saylı hərbi hissə tərəfindən qorunsa da, günümüzdə bu əraziyə 2 briqada nəzarət edir. O dövrdə adıgedən birqadanın hansı çətinliklərdən keçdiyini dərk etmək üçün təkcə bu fakt kifayət edir.
Etiketler:
704 saylı hərbi hissə,
döyüş,
kəşfiyyat,
qarabag,
qarabağ
Fazil Mustafa: "Özümü Fətullah Güləndən daha ağıllı hesab edirəm" — MÜSAHİBƏ + Şəxsən mən
Ölkə.Az saytı "Şəxsən mən" adlı rubrikasını davam etdirir. Məqsədimiz oxucularımıza siyasətçilərin, ictimai xadimlərin, elm adamlarının görünməyən tərəflərini göstərməkdir.
Bu həftə layihəmizin qonağı "Böyük Quruluş" partiyasinin sədri, millət vəkili Fazil Mustafadır:
25.11.2016
Sərdar Cəlaloğlu: "Çayxanada oturub Nobel mükafatı almağım haqda xəbəri gözləyirdim..." — MÜSAHİBƏ + Şəxsən mən
Ölkə.Az saytı "Şəxsən mən" adlı rubrikasını davam etdirir. Məqsədimiz oxucularımıza siyasətçilərin, ictimai xadimlərin, elm adamlarının görmədiyimiz tərəflərini də göstərməkdir.
Layihəmizin bu dəfəki qonağı Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğludur:
15.11.2016
İqbal Ağazadə: "Hər gün aşiq oluram" — MÜSAHİBƏ + Şəxsən mən
Ölkə.Az saytı "Şəxsən mən" adlı rubrikasını davam etdirir. Məqsədimiz oxucularımıza siyasətçilərin, ictimai xadimlərin, elm adamlarının başqa üzünü də göstərməkdir.
Layihəmizin bu dəfəki qonağı Ümid Partiyasının sədri İqbal Ağazadədir:
AXCP sədri:"Üst-başı pis gündə gəzərdim, "bomja" oxşayardım..." — Müsahibə + Şəxsən mən
Ölkə.Az saytı "Şəxsən mən" adlı yeni layihəyə start verir. Məqsədimiz oxucularımıza siyasətçilərin, ictimai xadimlərin, elm adamlarının başqa üzünü də göstərməkdir.
Layihəmizin birinci qonağı AXCP sədri Razi Nurullayevdir:
12.11.2016
Columbia Pictures təqdim edir: "Başı bəlalı şifer"
Columbia Pictures təqdim edir.
Baş rolda Jan Klod Rembo.
Film Azərbaycan adlı qədim,
tarixi keçməkeşlərdən keçmiş ölkənin Daşkəsən adlı rayonunda baş verir.
Bayraq
günü bayraq meydanına bayram etməyə toplaşan əhali hələ heç nədən xəbərdar
deyildi. Əhalinin böyük əksəriyyəti səhərin ayıb yerləri açılmamış Bakıdan gələn
müğənniləri görmək üçün, digəri isə məcburi gəlmişdi. Ancaq heç kim bilmir ki,
beynalxalq qalmaqalın canlı şahidi olacaqlar.
2.11.2016
Erməni işğalı altında olan Qarabağa turlar təşkil edən rus şirkəti haqqında — ARAŞDIRMA + FOTOLAR
Erməni işğalı altındakı Dağlıq Qarabağ, qondarma "respublika", qaydaları pozan şirkətlər və şəxslər
Hər il bir neçə dəfə Azərbaycanın icazəsi olmadan bir neçə şirkət və şəxslər Dağlıq Qarabağda iş qurur, ora səfərlər edir. Buna cavab olaraq isə Azərbaycanın Xarici İşlər Nazirliyi nota verir, həmin şəxsi "qara siyahıya" salıb Azərbaycana gəlişinə qadağa qoyur.
25.10.2016
Müsəlman ölkəsi Küveyt işğalçı Ermənistana niyə kömək edir? — Araşdırma + FOTOLAR
Küveyt, Azərbaycan, Beynəlxalq İslam Xeyriyyə Təşkilatı Asiya Müsəlmanları Komitəsi və Ermənistan
Yaxud, Dağlıq Qarabağ, işğal edilmiş torpaqlar, suriyalı erməni və kürd əsilli qaçqınlar və islam ölkəsinin işğalçı və xristian dövlətə yardımları.
Küveytin islam ölkəsi olması heç kimə sirr deyil. Küveyt Azərbaycanı özünə qardaş dövlət hesab edir. Ancaq maraqlıdır ki, həmin islam ölkəsi olan Küveyt Ermənistana da yardımlar etməkdə davam edir. Hətta iş o yerə çatıb ki, Azərbaycanda planlaşdırılan layihələr Ermənistanda həyata keçirilir.
18.10.2016
"Bakının dərdi var, Bakı xəstədir" — KÖŞƏ
Səməd Vurğunun 26-lar poemasını gənc nəsil bilməsə də, poemanın başladığı "Bakının dərdi var, Bakı xəstədir" misrasını hər kəs eşidib.
Bu misranı özünün məşhur şeirinə başlıq kimi seçən Baba Pünhanın misraları isə Bakının bütün problemləri, zibillikləri, sel basmaları, küləklərin ağacları küçələrdəki maşınların üstünə aşırtdığı zaman aktuallaşır, dillərdə dolaşır.
Bu misranı özünün məşhur şeirinə başlıq kimi seçən Baba Pünhanın misraları isə Bakının bütün problemləri, zibillikləri, sel basmaları, küləklərin ağacları küçələrdəki maşınların üstünə aşırtdığı zaman aktuallaşır, dillərdə dolaşır.
11.10.2016
Ürəyi yanan ata: “Oğlum araq içsin, amma Suriyada ölməsin”
“Oğlum araq içsin, amma Suriyada ölməsin.”
Bu sözləri Suriyaya döyüşməyə gedən Azərbaycan vətəndaşları ilə bağlı reportaj hazırlayan İnterpress.az aytının əməkdaşına Xaçmaz sakini söyləyib.
Son günlər Azərbaycandan Suriyaya gedən döyüşçülər, Azərbaycana Suriyadakı döyüşlərdən gələn meyitlər barədə çox danışılır.
Bu sözləri Suriyaya döyüşməyə gedən Azərbaycan vətəndaşları ilə bağlı reportaj hazırlayan İnterpress.az aytının əməkdaşına Xaçmaz sakini söyləyib.
Son günlər Azərbaycandan Suriyaya gedən döyüşçülər, Azərbaycana Suriyadakı döyüşlərdən gələn meyitlər barədə çox danışılır.
Etiketler:
içki,
məhəmməd yaraqlı,
sosium,
suriya,
xaçmaz
10.10.2016
Neft asılılığından necə qurtulmaq olar? — Vüqar Bayramovla MÜSAHİBƏ
Neft bumu dövrü bitti, artıq qeyri neft sektorunun inkişafına ehtiyac var.
Bunu başa düşən hökumət müəyyən islahatlar həyata keçirməyə başlayıb.
Qeyri-neft sektorunun inkişafı, problemlər, həll yolları, neftdən asılılıqla bağlı Ölkə.Az-ın suallarını iqtisadçı ekspert Vüqar Bayramov cavablandırıb.
8.10.2016
Kaydol:
Kayıtlar (Atom)



















