Əvvəla mitinq yox. Çünki mitinq təyin edilən yerə heç kim çata bilmədi. Bu gün 4 saat ərzində baş verənlər tam bir xaos idi. Siftəni mobil operatorlar etdi. Ardınca metropoliten. Sonrasını yazım.
Artıq saat 2-dən ilk həbslər başladı. İlk həbslər daha dəhşətli və qıcıqlandırıcı oldu. Belə ki, "o pedarası qoyma qaçsın", "o oğraşı tutun" və s. Ardınca hər ələ keçən döyüldü, başına, boynuna şillə vurularaq təhqir edildi. Bu da xüsusi qıcıq yaratdı. Hətta yolla ötənlər belə buna çox sərt reaksiya verirdi.
Bu soxhasoxda bir kişi çıxdı böyürdən, dedi, adi tutulanları çəkirsiniz, bəs məni niyə çəkmirsiniz? Dedim, kimsən? Dedi, Xalq partiyasının sədri. Dedim, dayı, burada görmürsən ancaq sürütdənənləri çəkirlər? Arxamca nəsə dedi, eşidə bilmədim.
Lap əvvələ gedək. Bu hadisələrin bu cür cərəyan edəcəyi gün kimi aydın idi. BŞİH-nin qarşısında keçirilən piketdən sonra bu gün təyin edilən mitinqin belə nəticə verəcəyini görməmək korluq olardı. "Məhsul"u verməməklə şəhərin iflic olmasına, vətəndaşların polisə nifrət etməsinə, Əli Kərimlini sevmiyənlərin belə ona hörmət etməsinə qol qoymuş oldular.
Saat 14:55-də Əli Kərimlinin evinin qarşısında olduq. Bir qədər sonra Əli Kərimli və Tofiq Yaqublu (digərlərinin adını unutdum) binadan çıxdı. Onlar enər enməz əvvəlcədən orada gözləyən mülki geyimlilər bir-bir onları götürdü. Diqqətimi çəkən bir məqam oldu. Əli Kərimlinin evindən düz götürüldüyü yerə qədər onun yanındakıları bir-bir apardılar, ancaq ona dəymədilər. Özü də neçə dəfə dedi, mənim tək meydana getməyimi istəyirlər ki, biabır olum. Daha bir maraqlı məqam. Qış parkı ilə Saray arasında polis koridoru qurulmuşdu. Onlar çəkildilər ki, Əli Kərimli keçsin. Bu zaman yüksək rütbəli bir polis zabiti gəlib, bir cərgə dayanan polislərə irad tutdu ki, niyə icazə verdiniz? Cavab ala bilmədi. Ardınca bildiyiniz və gördüyünüz oldu. Sürüdülər.
Marağımı başqa bir şey də çəkdi. Polislər niyə özlərinə bu qədər güc verirdi, anlamaq olmur. Videolara baxın. Saxlanılanların hamısı deyir, sürümə, özüm gedirəm. Ancaq xeyri olmurdu, mütləq qucağa alıb, "qanadlandırırdılar". Adam özü öz xoşu ilə gedə bilirsə, istəyirsə özünü belə gücə salmaq nə idi?
Əli Kərimli həbs edildikdən sonra gəldim yenə əraziyə. Videolardan gördüyünüz kimi tuthatut.
Ərazidəki mağazaları da bağladılar. Qısacası polislər üçün fərqi yox idi, adam gördülər, götürmək istəyirdilər.
Jurnalistlər barədə də yazmasam olmaz. Əvvəla çox hörmətli baş redaktorlar, bu cür hadisələr zamanı təcürbəli işçilərinizi əraziyə göndrin. Açığı bir çoxu nə etdiyini bilmirdi. Bir çoxları həm reportyorların, həm də polisin əl-ayağına dolanırdı. "Məhsul"la "küçə"ni səhv salmayın. Bu sahədə bişənlərəsə söz deməyə ehtiyac yoxdur. Hamı öz işini gördü. Bəziləri də oldu ki, işverən olduqlarını hamı bilirdi, ancaq onlar gizlin etdiklərini düşünürdülər, bu dəfə açıq şəkildə edirdilər. Qulaqlarımla eşitdim, bir xala onların klaviaturasına yaxşı bir şey dedi.
Əsas odur ki, gözləyək görək bundan sonra nələr olacaq.
Səxavət Məmməd

Hiç yorum yok:
Yorum Gönder