Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov iyunun 20-də Vaşinqtonda ermənistanlı həmkarı Zöhrab Mnatsakanyanla görüşüb.
Görüşdən sonra nazirlər hər dəfə olduğu kimi, mətbuata açıqlamalar veriblər. Mən də oturub, Elmar Məmmədyarovun açıqlamasını oxuyurdum, oxuya-oxuya beynimdə qərarlaşdırırdım ki, kimə zəng edib, nazirin fikirlərinə münasibət öyrənim. Bu barədə danışa biləcək politoloqların adları yaddaşımdan keçdi. Xatırladım ki, İlham İsmayıl nazirlərin son görüşündən əvvəl və sonra hansı bəyanatların veriləcəyini onsuz da yazmışdı. Bilirdim ki, ona zəng etsəm, sərt danışacaq. Ona görə də “izahsız şeylərin mizahı olur” düşüncəsi ilə millət vəkili Aqil Abbası aradım.
Məni zəng vurmağıma peşman elədi. Əvvəl güldü, sonra “məhkəməyə verəcəm”, dedi, yekunda da cəza kimi qonaqlıqla razılaşdıq.
Sualım Elmar Məmmədyarovun hərbçilərin kazarmalara qayıtması haqda fikirləri ilə bağlı idi. Suala sualla cavab verdi:
– Harada deyib bu sözləri?
– “Amerkanın səsi”ndə.
– O, Vaşinqtona görüşə getmişdi?
– Bəli.
– Nəyə getmişdi ora?
– Ermənistanın xarici işlər naziri ilə görüşə.
– Bunlar yorulmurlar görüşməkdən?
– Deyəsən, yox.
– Gülümsəyə-gülümsəyə şəkil çəkdirməkdən də yorulmurlar?
– Yorulmurlar.
– Ancaq mən onların bəyanatlarını oxumaqdan yorulmuşam. Day oxumuram.
– İlham İsmayılın görüşdən əvvəl açıqlamasını oxmuşdunuz yəqin.
– Oxumuşdum.
İlham İsmayılın nə yazdığını bilməyənlər üçün onun fikrini mətnə əlavə edirəm:
“Tərəflər razılığa gəldilər ki, təmas xəttində atəşkəs rejiminə tam əməl olunsun və nəzarət mexanizmini gücləndirmək məqsədi ilə müdafiə nazirlikləri arasında birbaşa əlaqə yaradılsın. Qarşılıqlı etimadın yüksəldilməsi üçün vasitəçilərin köməyindən istifadə edilsin. Dialoq yüksək səviyyədə davam etdirilsin. Çünki, tərəflər “Helsinki Yekun Aktı”nın müddəalarına əsasən münaqişənin yalnız sülh yolu ilə həll edilməsi öhdəliyini üzərinə götürdüyünü bəyan edirlər”.
– Aqil bəy, bəyanatlar eynən İlham İsmayılın yazdığı kimidir. Sadəcə olaraq, kazarma məsələsi yenidir.
– O, çox ağıllı adamdır. Belə deyirsə, onun sözünü yerə salmayacağıq ki… Xalqımızın xarici işlər naziridir.
Qəfildən soruşur:
– Hansı dildə deyib onu?
– Açığı, bilmirəm.
– Bax əsas məsələ budur. Ölkənin xarici işlər naziri öz dilində danışmalıdır. Bəlkə onlar düz başa düşməyiblər?
Aqil Abbas bir az dayanır və sözünə davam edir:
– Saa qurban olum, gül kimi oturmuşdum evdə, Hitler haqqında sənədli filmə baxırdım. Mənim əsəblərimlə niyə oynayırsan? Sən də ağdamlı, mən də ağdamlı. İkimiz də ev-eşiyi yanmış adamlarıq. Sənə kim hüquq verib ki, mənim istirahətimi pozursan? Səni məhkəməyə verərəm, Müdafiə Nazirliyi kimi 100 min istəmərəm, bilirəm qəpik-quruşun var. Çağıraram, çay içərik bərabər.
– Mən razı! – deyirəm və ikimiz də gülərək telefonu söndürürük.
Həqiqətən, bu cür məsələlərə mizahsız yanaşmasan, olmur. Ölkənin 20 faizi işğal edilib, ermənilər Naxçıvana ərazi iddiası qaldırırlar, nə bilim, daha hansı torpaqlarımızı işğal etməkdən danışırlar, bizim nazir də dirəşib ki, əhalini sülhə hazırlamalıyıq. Həftə səkkiz, mən doqquz, xarici işlər nazirləri görüşürlər, amma nə nəticəsi var, nə də filanı. Hələ bu azmış kimi görüş olmayanda, Elmar Məmmədyarov incik-incik deyir ki, ermənilər görüşdən qaçırlar.
P.S. Yeri gəlmişkən, ümid edək ki, ermənilərə xoş gəlsin deyə, Elmar Məmmədyarov ordunun ləğv edilməsi təklifini irəli sürməz.
Kim bilir…
Səxavət Məmməd

Hiç yorum yok:
Yorum Gönder