Polis piyada və sürücülərdən, sürücülər polis və piyadalardan, piyadalar isə sürücü və polislərdən şikayətçidir. Şikayətçilərin ortaq məxrəcə gəldiyi yer isə yollarda, küçələrdə piyada-keçid nişanlarının olmamasıdır
Polis polisdən şikayət edir
Məsələni araşdırmaq qərarına gəldik. Gün ərzində piyadaların ən çox cərimələndiyi yerlərdən biri olan Nərimanov metrosunun ətrafındayıq. Polis iş başındadır. Nərimanov polis idarəsinin iki işçisi cərimə yazır. Polis piyadanı cərimələyir, digər piyadalar isə heç nə olmamış kimi yenə eyni yerlərdən keçməkdə davam edirlər. Polis cərimə yaza-yaza gözucu yola baxır və kəşfiyyat aparır. Piyada keçidindən keçmiyənləri görür, ancaq əlində cərimə yazdığına görə onları qamarlaya bilmir, nə etsin axı. Cərimə yazdığı yerdə piyada keçidindən keçməyən piyadaların arxasınca necə həsrətlə baxdığını sadəcə görmək lazımdır.
Polis cərimələri yazıb qurtaran kimi yaxınlaşırıq onlara. Özümüzü təqdim edirik, polis heç qoymur ağzımızı açıb sual verək, deyir:
"Bir elə cərimələyirik xeyiri yoxdur. Əsasən də qadınlar haradan gəldi keçirlər. İşıqforun işıqlarına da baxmırlar heç. İnanırsız, bir az bundan əvvəl bir nəfəri saxlamışıq. Cərimə yazırıq, baxıram ki, üç cəriməsi var, indi də dördüncü oldu. Nə qədər cərimə yazırsan yaz, xeyri yoxdur, ağıllanmırlar ki, ağıllanmırlar. Cərimənin məbləğidə az deyil - 20 manatdır. Elə insanlar var ki, piyada keçidi ilə keçdiyi yerin arası 10 metrdir, deyirsən 10 metr o yandan keçə bilməzdin? 20 manatda cibində qalardı, deyir, tələsirdim. Bilmirsən bunlara nə deyəsən. Bizi görüb piyada keçidindən keçir bəziləri, biz burada olmasaq kim haradan gəldi, oradan da keçər. Xüsusi ilə cavan qızlar var, piyada keçidindən keçməməyi bir yana qulağına qulaqçıq taxıb, qışqırırsan, maşınlar siqnal verir xeyiri yoxdu. Arxasınca qaçıb qoluna vurursan ki, ay xanım, yolu düz keçmədiz, üstəgəl maşında az qala vurmuşdu siz. Cavabı isə adamı lap dəli edir. Deyir qulağımda "nauşnik" var idi eşitməmişəm. Ay xanım, bəs gözlərinizdə də "nauşnik" var? Görmürsüz piyada keçidi o tərəfdədi? Deyir, fikirli olmuşam eee yəqin ondandır. Qardaş, vallah, billah bunun kimiləri min dəfə də cərimələsən xeyri yoxdu".
Polislərə sual veririk ki, "bəs piyadaların haradan gəldi keçməsinin özəl bir səbəbi var sizcə?"
Cavab verməmişdən öncə deyir, "səbəbin deyəcəyik gedib yazasız, sizə də söz demək olmur". (gülürük)
Cavab verirəm ki, narahat olma. yazmayacağıq, özümüzə maraqlıdır.
"Qardaş, açığı burada biz polislərində günahı var. Bax, çıxın Nərimanov metrosunun ətrafını gəzin. Görün bir yerdə piyada keçidini göstərən nişana rast gələcəksiz? Heç görün haradasa yazılıb ki, piyada keçidi filan isiqamətdədir? Biri mən, hesab edək ki, rayondan gəlmişəm, bax mən yazıq hardan bilim piyada keçidi haradadır?".
Polislərin yanından uzaqlaşırıq. Həqiqətən də piyada keçidini göstərən nişanlara rast gəlmirik.
Piyada keçidindən keçməyib cərimələnən Şəbnəm adlı tələbə ilə söhbət edirik. Deyir: "Bilmirdim piyada keçidi haradadır. Gördüm camaat keçir mən də keçdim. Cərimələdilər. Haqlıdılar, qaydanı pozmuşam, ancaq bəs niyə əvvəlcədən xəbərdarlıq etmədilər?"
Həsən adlı şəhər sakini bildirir ki, "Mən bu ətrafda yaşayıram. Bir neçə ay öncə metronun üzərindəki yolun ortasındakı sarı xətlərin üzərində bir neçə polis dayanırdı. Yolu düzgün keçməyən insanlara xəbərdarlıq edirdi və onlara haradan keçmələri oluqlarını başa salırdılar. O vaxtlar həqiqətən yolu səhv keçən insanlara çox az rast gəlmək olardı. Çox az az hallarda cərimə yazırdılar. İndi isə 2 polis işçisi qoyublar bura. Onlar da avtobusların arxasında gizlənir, yolu keçəndən sonra adamın qabağın kəsir ki, bəs qaydanı pozmusan. Cərimə olunursan. Piyadaların keçidini göstərən işarən yox, xəbərdarlığn yox, piyada keçidinin harda olmasını göstərən plakatın yox, bu camaat neynəsin?".
Polis plan doldurur...
Piyadalarla və polislərlə daha şox qarşılaşan taksi sürücülərinin yanına gedirik. Sürücülər həm polislərdən, həm qanunlardan, həm də piyadalardan narazılıq edirlər.
Taksi sürücüsü olan Nizami Səfərəliyev deyir ki, "Polis cərimə yazmazdan öncə xəbərdarlq etməlidir. Gəlin birlikdə müşahidə edək. Görək bir nəfərə xəbərdarlıq edirlər? Qabaqlarına kim keçdi cərimə yazırlar. Əsasəndə tələbə oğlanlara. Bir az yaşlı xanımlara onsuz da "yaşıl işıqdı" onlar haradan gəldi keçir. Polis saxlayanda da hay-küy salırlar deyə onları heç saxlamırlarda. Çox az hallarda cavan qızları saxlayırlar, əsasən kişilər, tələbə oğlanlar cərimələnir".
Elbrus Məmmədov isə bildirir ki, "Əvvəllər polislərin sayı çox idi cərimələrin sayı az idi. İndi isə tərsinə olub. Polislərin sayı azaldılıb cərimələr çoxalıb. Polisə plan qoyublar, rəislər tapşırır ki, gün ərzində bu qədər cərimə gətir. Onlarda planı doldurmaq üçün qarşılarına kim keçdi cərimələyirlər".
Vüsal adlı taksi sürücüsü deyir ki, "Qardaş, qanunlarımızda da boşluq var. Məsələn mən piyada keçidinin üstündə piyadanı vursam cinayətə cəlb olunacam. Bunu qəbul edirik, dünyanın hər bir yerində bu qayda var. Mən piyadaların keçməsinin qadağan edildiyi yerdə də adam vursam yenə cinayət məsuliyyətinə cəlb olunacam. Burada böyük bir məntiqsizlik var. Götürək Rusiyanı, orada piyadanın yol keçməsinin qadağan edildiyi yerdə adam vurursansa cinayət məsuliyyəti daşımırsan. Bu özü həmdə marifləndirici bir şeydir. İnsanlar bilsə ki, əgər piyadaların keçməsinin qadağan edildiyi yerdən keçəndə maşın onları vursa cinayət məsuliyyəti daşımır ən azı qorxudan yolu keçməzlər. Bu qanun hazırlanmalı, təbliğ edilməlidir".
Hikmət adlı sürücü isə bildirir ki, "Bizdə insanlar elə bilir ki, əgər piyada keçid xətti varsa ordan istədikləri kimi keç bilərlər. Baxmırlar ki, piyadalar üçün yaşıl işıq yanıb yoxsa qırmızı işıq".
"Abi, mən bir də bu ölkəyə gələrəm?"
Taksi sürücülərinin yanından ayrılıb metro keçidinə doğru gedirik. Əvvəl görüşdüyümüz polislərdən biri bizə yaxınlaşıb deyir ki, "Gedin baxın, biz təkcə öz vətəndaşlarımızı yox, xariciləri də cərimələyirik...".
Polisin dediyi yerə gedirik. Səhər söhbətləşdiyimiz polislərdən biri üç Türkiyə vətəndaşına cərimə yazırdı. Cərimələnən Türkiyə vətəndaşları ilə söhbət etmək üçün onlara yaxınlaşırıq. Sual verməzdən öncə türklər deyir ki, "Polislər gördü ki, türkük "para" var, cərimlədilər bizi". (gülürük)
Ankaradan gəldiyini deyən Bilal Gözəl bildirir ki, onlarda piyadaların haradan keçəcəyini göstərən lövhələr var: "Xaricilər də bunu görə bilir. Ona görə də, bizdə piyadalar çox az hallarda cərimə olunurlar. Həm telekanallarda çox sayda maarifləndirici reklam filmləri göstərirlər. Mən Türkiyə vətəndaşıyam. Bakıya ilk dəfədir gəlirəm. Mən necə bilim piyada keçidi haradadır? Gördük insanlar yolu keçir biz də onlar kimi yolu keçdik. "Abi, polislər sizdə soyğun yapıyor!".
Zafer Koç da ilk dəfədir ki, Azərbaycanda olduğunu bildirdi: "Türkiyədə belə bir şey yoxdur. Piyadaların haradan keçəcəyi bəllidir. Polislərdə öncədən xəbərdarlıq edirlər. Əgər polisin xəbərdarlığına baxmayaraq qaydanı pozuruqsa o zaman cərimləyirlər".
Adını deməyən digər Türkiyə vətəndaşı isə: "Hansı yolu keçirik cərimə yazırlar. Bu qədər də cərimə olar? Heç olmasa bir dəfə xəbərdarlıq etsinlər. Xəbərdarlıq filan etmirlər. Heç bir yerdə də piyadaların haradan keçməli olduğu haqda yazı yoxdur. İnsanlar hardan keçir, biz də oradan keçirik. Siz də gördünüz, bizi cərimələyəndən öncə də sonra da qadınlar oradan keçdi, ancaq onlara cərimə yazmadılar. Cərimə yazırsan hamısına yaz, yazmırsan heç birinə yazma. Sizdə polislər seçim edir. "Abi, mən bir də bu ölkəyə gələrəm? Sen olsan gələrsən?", deyə türk vətəndaşı fəryad edir.
Türkiyə vətəndaşlarının da müşahidə etdiyi kimi polislər cərimə yazarkən seçim edirlər. Bu isə qanunla qadağandır. Azərbaycan Respubilkası Cinayət məcəlləsinin 154-cü maddəsi "Bərabərlik hüququnu pozma"dan bəhs edir.
154.1. İrqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olaraq şəxsin hüquq və qanuni mənafelərinə zərər vurmaqla şəxsin bərabərlik hüququnu pozma—
yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır.
154.2. Eyni əməllər vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə - beş yüz manatdan min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Polislərimiz isə "Bərabərlik hüququnu pozma" maddəsini hər gün dəfələrlə pozurlar.
Düzdür, yazıdan elə görsənir ki, reportaj cərimə yazan polisləri tənqid üçün yazılıb, əsla, qətiyyən elə deyil. Oxuduğunuz kimi cərimə yazan polislər də, sürücülər də, xarici vətəndaşlar da, öz vətəndaşlarımız da, elə biz özümüzdə deyirik ki, Dövlət Yol Polis idarəsi piyada keçidləri üçün nişanlar, piyada keçidlərinin, piyada keçid xətlərinin harada olması barədə lövhələr quraşdırsın. Piyadaların "dili qısalsın", cərimə yazan polislərin isə "dili uzansın"...
Səxavət Məmməd

Hiç yorum yok:
Yorum Gönder