Son zamanlar Azərbaycanda cəmiyyətin ən çox diqqət etdiyi məsələlərdən biri MTN ətrafında baş verən proseslərdir.
Bu məsələlərlə bağlı keçmiş Milli Təhlükəsizlik Nazirliyinin istefada olan polkovnik-leytenantı İlham İsmayılla söhbətləşirik.
Ölkə.Az İlham İsmayılla geniş müsahibəni sizə təqdim edir:
Milli Təhlükəsizlik Nazirliyinin istefada olan polkovnik-leytenantı İlham İsmayılla müsahibə etmək üçün görüşürük. Görüş yerinə gedərkən ayaqüstü söhbət edirik. Təhlükəsizlik Araşdırmaları Mərkəzinin fəaliyyət göstərib-göstərməməsini soruşuram. İlham İsmayıl bildirir ki, Müsavat Partiyasında olarkən Təhlükəsizlik Araşdırmaları Mərkəzini yaratmaq qərarına gəldik, ancaq mərkəzi rəsmi qeydiyyata almadılar. Mərkəz demək olar fəaliyyət göstərmir: "Nə qrant udmuşuq, nə də mərkəzə haradansa gəlir var. Sadəcə bəzi jurnalistlər təqdimat zamanı məni həm də Təhlükəsizlik Araşdırmaları Mərkəzinin rəhbəri kimi təqdim edirlər. Təhlükəsizlik Araşdırmaları Mərkəzinin nə ofisi var, nə də işçisi".
Görüş təyin etdiyimiz yerə gəlib, başlayırıq söhbətləşməyə.
- Eldar Mahmudov işdən azad edildi, haqqında kifayət qədər faktlar olmasına baxmayaraq həbs edilmədi. Sonradan məlum oldu ki, keçmiş nazirin əlində videolar, sənədlər, şantaj materialları var. Xüsusi xidmət orqanı dövlətdən ayrı olarsa və əllərində bu qədər siyasi hakimiyyətlə bağlı materiallar olduğu halda, siyasi hakimiyyəti ələ keçirə bilməz?
- Xeyr. Mümkün deyil. Bir şantaj materialı ilə siyasi hakimiyyəti ələ keçirmək mümkün deyil.
- Ancaq xüsusi xidmət orqanı siyasi hakimiyyəti nəyəsə məcbur edə bilər.
- Bir şey ki, şantajdır, o siyasi çevrilişə həssas deyil. O şey ki, qanun pozuntusudur və dövlət bundan zərər çəkəcəkdir, bu zaman xüsusi xidmət orqanı dövləti ələ keçirə bilər. O da, əgər gücü çatacaqsa. Ordunun qarşısında dayana biləcəksə, ordu onlarla həmrəy olacaqsa. Tarixə qayıdaq. Bill Klintonun Monika Levinski ilə intim münasibətləri açıq şəkildə bəyan olundu. Məlum oldu ki, hətta Bill Klintonla Monika oval kabinetdə belə olublar, xarici dövlət başçısını Bill Klinton qəbul edəndə Monika şkafda, stolun altında gizlənib. Bu, ABŞ üçün xüsusi bir sensasiya olmadı. Bu, dövlətə xüsusi bir ziyan gətirmədi. Bizdə isə o tipli şeyləri şantaj üsuluna çeviriblər. O şantaj üsulu ilə hakimiyyətə zərər gələ bilər, ancaq bu ona əsas vermir ki, kiminləsə kimin intim münasibətləri hakimiyyət çevrilişinə gətirib çıxarsın. Hansısa bir formada hakimiyyətdə qalmaq naminə dövlət mənafeyini başqa bir dövlətə verirsə, o zaman addım ata bilərlər. Məsələnin adını Eldar Mahmudov qoymuşuq. O, şantaj edir. Bu şantajın əsasları var. Kimsə hansısa bir işi görüb, kimsə rüşvət verib, kimsə rüşvət alıb, alqı-vergidə hansı kateqoriyalı adamlar iştirak edib, hansı nazir, hansı komitə sədri? Ola bilsin, Eldar Mahmudovun komandası çox yüksək ranqlı məmura ilişib. Yüksək ranqlı məmurlar barədə materiallar Eldar Mahmudovun əlindədir, ancaq bu ona əsas vermir ki, sabah siyasi hakimiyyəti ələ almaq üçün bu addımı atsın. Çünki kiminsə kiminləsə intim əlaqəsi siyasi hakimiyyətin devrilməsinə gətirib çıxara bilməz.
Qarabağ məsələsində bir neçə variant var. 5+2-də rus qoşunları Azərbaycan ərazisinə daxil olmalıdır. Bu dövlətin müstəqilliyinə zərbədir. Əgər hakimiyyət bu addıma gedərsə, bunun qarşısını xüsusi xidmət orqanları ala bilər. Əgər dövlət belə bir müqaviləni sabah imzalayacaqsa, bu gün xüsusi xidmət orqanı hakimiyyəti ələ keçirə bilər. Burada kiməsə pas vermirəm. Qayda belədir, bu, Azərbaycan üçün də keçərlidir. Azərbaycanın dövlətçiliyinə zərər verəcək bir addım atılarsa, bu, xüsusi xidmət orqanına və orduya (adətən generallar bu məsələdə vacib rol oynayırlar) əsas verər ki, siyasi hakimiyyəti devirsin. Bu cür hallar yoxdursa, ancaq şantaj materiallarıdırsa bu heç bir əsas vermir ki, siyasi hakimiyyəti devirsinlər. Şantaj yalnız hakimiyyətə zərər gətirə bilər, normal seçki keçirilsə, doğurdan da o şantaj materialları kompramat materialı ola bilər. Xalq da deyəcək ki, biz sizin kimisini istəmirik.
- Xüsusilə Şərq ölkəsi...
- Bəli. Məsələ qalır xalqın öhdəsinə. Hakimiyyət də başa düşür ki, bu sifətlə seçkidə bir daha iştirak etmək düzgün deyil. Bəlkə heç kim heç nəyi nəzərə almayacaq. Bu gün o şantaj materialları zərər gətirir. O zərər çevrilişə qədər gətirib çıxarda bilər, ancaq o xalqın çevrilişidir. Xüsusi ilə Eldar Mahmudov kimi birinin görə biləcəyi bir iş deyil. Ona görə ki, Eldar Mahmudov özü o proseslərin bir hissəsidir.
- Hər kəs Eldar Mahmudovun həbs olunacağını gözləyir.
- Bu elementar bir şeydir.
- Ancaq həbs olunmur. Bunun səbəbləri?
- Eldar Mahmudov və onun dəstəsi bu günə hazır gəliblər. 11 il 3 ay Eldar Mahmudov MTN şefi olub. Bu çox böyük bir zamandır. Yemelyanovdan sonra Eldar Mahmudov Azərbaycan xüsusi xidmət orqanlarında ikinci ən uzun müddətli rəhbər idi. Yemelyanov 14 il rəhbər olub, Eldar Mahmudov 11 il 3 ay. Namiq Abbasov 9, Yusifzadə isə 8 il xüsusi xidmət orqanlarında rəhbər olub. Bu müddət ərzində Eldar Mahmudov hazırlaşıb. Eldar Mahmudov tək hazırlaşmayıb, dəstəsi də bu günlərə hazırlaşıb.
- Hazırlaşmaq nədən ibarət olub?
- Kim harada rüşvət verib, kim harada rüşvət alıb. Rüşvət və korrupsiya məsələləri isə aşağı ranqlı məmurlar arasında getmir, nazir, komitə sədrləri, daha yuxarı ranqlı məmurlar səviyyəsində gedir. O məmurlar arasında elə adamlar ola bilər ki, hakimiyyət üçün o adamın adının açıqlanması heç arzuolunan deyil. Ölkədə bu qədər nazir var, hakimiyyət onlardan cəmi 3-4-nün adının hallanmasını istəməz, yerdə qalanını isə bada verə bilər. 2800 ədəd video kasetdən 10-u maraqlıdır, bəlkə də 1-i maraqlıdır. İstər rüşvət məsələsi olsun, istər intim məsələ olsun. Yerdə qalan video görüntülər nazirlər, komitə sədrləri, jurnalistlər, biznesmenlər, deputatlar haqqındadır, hakimiyyət onları bada verməyə bu dəqiqə də hazırdır. 2800 videonun hamısı hakimiyyət üçün nəzərdə tutulmayıb, amma elə şeylər var ki, sırf hakimiyyət üçün nəzərdə tutulub.
Eldar Mahmudov niyə tutulmur sualına veriləcək ən sadə cavab, bu adamdan çəkinirlər. Hüququn bütün tələbləri imkan verir ki, bu adam həbs olunsun. Hətta səhlənkarlığa görə Eldar Mahmudovu tutmaq olar. Məlumatlar var ki, kənara kifayət qədər materiallar ötürülüb. Müəyən adamlar var ki, xaricdədir. Yeri gələndə, sıxma-boğma olanda bir informasiya efirə çıxacaq, yayılacaq. Təxminən ona bənzər şeylər də oldu. Xüsusi ilə Beynəlxalq Bank ətrafında olan məsələlərlə bağlı olaraq onu sıxan şəxs haqqında informasiya getdi. İnformasiya verən şəxs də dedi ki, bunu almışam. Belə informasiyalar adətən alınır ki, zamanında istifadə etsinlər. Xüsusi xidmət orqanlarında çox maraqlı işlər var. Kəşfiyyat, əks kəşfiyyat, onlar ən görünməyən tərəfləri görürlər. Onlar bu günki günə tam hazır gəliblər. Ona görə də, bir sıra adamlar işdən çıxarılır, ancaq heç adı belə çəkilmir. Bu təkcə həm də şantaj məsələsi deyil.
- Burada nə var?
- Burada zamanında siyasi tapşırıqlar və sifarişlər olub və o, dövlət naminə deyil, şəxsi maraqlar naminədir. Dövlətçilik naminə olmayıb. Dövlətin işi dövlətçilik naminə tapşırıq vermək, yönləndirmək və informasiya almaqdır. Ola bilsin hansısa tapşırıqlar olub, o tapşırıqları həyata keçirəndə cinayət baş verib. Bütün bunları keçərək heç inanmıram ki, bu vaxta hazırlıqsız gələlər. Əllərində hər şeyləri var. Hətta məlumata görə, Eldar Mahmudovun dəstəsinin əlində audio, video, foto sübutlar var. Bəzi adamlara heç təsir edə bilmirlər. Görünür o adamlar vaxtında elə tapşırıqlar yerinə yetirib ki, indi çəkinirlər. Hacı Məmmədov məsələsini yadınıza salın. Hacı Məmmədova tapşırıq verilib ki, filan hadisəni yerinə yetir.
- Onda belə çıxır ki, Hacı Məmmədov ağılsız adam olub.
- Təbii. Həm də Hacı Məmmədovun əlində o imkanlar da olmayıb ki, indiki dövrə hazırlaşaydı. MTN-nin əlində olan indiki texniki imkanlar, çətin ki o vaxt kimisə videoya, fotoya çəkmək, səsini yazmaq üçün hansısa bir əməliyyat axtarış müfəttişində olardı. Hacı Məmmədov verilən sifarişlərlə yanaşı, öz sifarişlərini də həyata keçirib. Eldar Mahmudovun komandası da elə edib. Bunlara 1 tapşırıq verəndə 10 tapşırıq da üstünə qoyub.
- Vur deyəndə, öldürüblər...
- Bəli. Vur deyəndə öldürüblər. Bunlar hamısı ona gətirib çıxarır. Bunlar isə dövlət, dövlətçilik və hakimiyyət üçün heç də xoş deyil. Bu, ağır nəticələr də verə bilər. Eldar Mahmudov məsələsi tezliklə bitəsi deyil. Bu işin tezliklə məhkəməsi olmayacaq. Bəzi adamlar həbs olunduğu kimi qapalı məhkəmələri baş verəcək. Məhkəmələr şərtləşdirilmiş, qapalı şəkildə olacaq. Bəziləri isə içəridən başqa informasiyalar verir.
- Məsələn?
- Deyirlər ki, məni həbsdən azad edin. Əgər həbsdən azad etməsəniz özümü öldürərəm. Fakt budur ki, antiterror mərkəzinin rəhbəri bildirib ki, məni buraxmalısınız. Məni azad etməlisiniz, yoxsa özümü öldürəcəm. Bu adam deyir ki, mən icraçıyam. Düzdür, ona demək lazımdır ki, sənə deyiləndə get adam öldür, gedib öldürməlisən? Bilir ki, qanunsuzdur, ancaq edib. Sovet hökuməti dövründə əks kəşfiyyatda, kəşfiyyatda bir idarə var idi. O idarənin işi xaricdə siyasi qətllər törətmək idi. Vaxtı ilə sovet hökuməti dövründə ölkədən qaçmış adamları tapıb, öldürürdülər. Bu idarənin rəhbəri uzun müddət erməni olan Aqayans olub. O da bu işləri görüb. O da öz başına iş görməyib, dövlət tapşırıq verib, onlar da edib. Stalin tapşırıq verib ki, Trotskini öldürün. O idarənin əməkdaşları da gedib, öldürüb, gəliblər. Heç kim onlara deməyib niyə Trotskini öldürmüsünüz? Dövlət tapşırıq verib, öldürüblər.
- Belə məlumatlar gəldi ki, son olanlarda kəşfiyyat (Xarici Kəşfiyyat Xidməti) daha üzü ağ çıxıb. Ümumiyyətlə, bu məsələlərə qarışmayıblar.
- Bütün dünyada xüsusi xidmət orqanı hüquq mühafizə orqanının elitası sayılır. O elitanın elitası isə kəşfiyyatdır. Mən kəşfiyyatda yox, əks-kəşfiyyatda olmuşam. Kəşfiyyat həmişə xaricdə fəaliyyət göstərir, diplomatik pərdə altında işləyir. Onlar səbrlə işləyir, informasiyanı əldə etmək üçün bəzən illər sərf edirlər. Onların qarşılaşdığı adamlar, iştirak etdiyi məclislər, əldə etdikləri informasiyalar ağıl tələb edir. Əks-kəşfiyyatçılar rəsmi qaydada təqdim olunurlar, tanış olun, bir rayonun rəisidir. Gizli bir forma yoxdur. Əks-kəşfiyyatın özünün də gizlinləri var, amma rəsmi qaydada təqdim olunurlar. Kəşfiyyatda isə qətiyyən elə bir şey olmur. Heç zaman təqdim olunmur ki, tanış olun bu kəşfiyyatın işçisidir.
Bəli, düz məlumatdır. Kəşfiyyat xaricdə kimin əlindən tutub pul alacaqdı? Heç kəsin. Orada Azərbaycan vətəndaşı yox idi axı. Ola bilsin ki, buradan hər hansısa bir tapşırıq həyata keçirilib. Düzdür, dövlətin qarşısında duran məsələ başqa şeydir. Dövlətə xaricdən informasiya vermək lazımdır. Sözün həqiqi mənasında kəşfiyyatla əks-kəşfiyyatın ayrılması Azərbaycan üçün çox xeyirli oldu. Artıq orada profesionallar yetişib, yetişməyə də davam edir. Hesab edirik ki, Azərbaycan kəşfiyyatının indiki heyəti uğurlar qazanacaq. Dövlətə lazımi informasiyaları verəcək, o informasiyalar bizim diplomatiyamızda, başqa işlərimizdə əlimizdə çox böyük kozurlar olacaq. Buna şəxsən inanıram. Bilirəm ki, Azərbaycan kəşfiyyatında adlar çəkmədən deyim ki, əsl profesionallar əyləşiblər. Gələcəkdə daha da professional olacaqlar.
Bəli, düz məlumatdır. Kəşfiyyat xaricdə kimin əlindən tutub pul alacaqdı? Heç kəsin. Orada Azərbaycan vətəndaşı yox idi axı. Ola bilsin ki, buradan hər hansısa bir tapşırıq həyata keçirilib. Düzdür, dövlətin qarşısında duran məsələ başqa şeydir. Dövlətə xaricdən informasiya vermək lazımdır. Sözün həqiqi mənasında kəşfiyyatla əks-kəşfiyyatın ayrılması Azərbaycan üçün çox xeyirli oldu. Artıq orada profesionallar yetişib, yetişməyə də davam edir. Hesab edirik ki, Azərbaycan kəşfiyyatının indiki heyəti uğurlar qazanacaq. Dövlətə lazımi informasiyaları verəcək, o informasiyalar bizim diplomatiyamızda, başqa işlərimizdə əlimizdə çox böyük kozurlar olacaq. Buna şəxsən inanıram. Bilirəm ki, Azərbaycan kəşfiyyatında adlar çəkmədən deyim ki, əsl profesionallar əyləşiblər. Gələcəkdə daha da professional olacaqlar.
Söhbət kəşfiyyatdan düşdü, biləsiniz ki, SSRİ kəşfiyyatının bütün bu bölgə üzrə işini Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsi aparıb. Onun rəhbəri də İlhüseyn Hüseynov olub. İlhüseyn Hüseynov kimi kəşfiyyatçı, kəşfiyyat rəhbəri çox az-az dünyaya gəlir. SSRİ kəşfiyyatının Yaxın Şərq üzrə ən böyük cavabdehi İlhüseyn Hüseynov olub. Azərbaycan kəşfiyyatı burada həmişə üstün olub. Azərbaycan kəşfiyyatının məktəbi var. Nə olur olsun, o məktəbi dağıtmaq mümkün deyil. O məktəbin əsasında kəşfiyyatçılar yetişir. Azərbaycan müstəqil olandan sonra geosiyasi cəhətdən bizə yaxın dövlətlər var. Maraqlarımız haradadırsa, kəşfiyyatçılarımız da orada işləyir.
- Azərbaycanda xüsusi xidmətə rəhbər şəxslər daha çox xüsusi xidmətin içərisindən yox, polisdən gəldikləri üçün tənqid edilirlər.
- Azərbaycana heç vaxt kəşfiyyata rəis polisdən gəlməyib. Eldar Mahmudova qədər Azərbaycan xüsusi xidmət orqanlarının rəhbəri heç vaxt polisdən olmayıb. Heydər Əliyev leytenantlıqdan xüsusi xidmət orqanının işçisi olub. Ondan əvvəl də ruslar olub, onlar da polisdən gəlməyib. Ziya Yusifzadə çox yaxşı əks kəşfiyyatçımız olub. O da ittifaq əhəmiyyətli adam olub. Ziya Yusifzadədən sonra İvan Qaralyevski oldu, o da polisdən gəlməmişdi. Vaqif Hüseynov siyasi fiqur olub. Vaqif Hüseynov nə polisdə olub, nə də xüsusi xidmət orqanında. Bu da qəbul olunan bir metoddur. Andrapov uzun müddət SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin rəhbəri olub, ancaq partiya strukturundan gəlmişdi. Bizim keçmiş nazirimiz Namiq Abbasov partiya strukturundan gəlmişdi. Namiq Abbasov leytenantlıqdan yox, birbaşa ali KQB məktəbini keçib gəlib rəhbərlik etmişdi. Polis məsələsi Eldar Mahmudovla başladı və davam edir.
- Bu, uğurlu bir şeydir, yoxsa uğursuz?
- Polisi aşağılamaq fikrim yoxdur. Sadəcə olaraq polis xarakteri ilə, polis məktəbi keçmiş adamla xüsusi xidmət orqanı heç cür uyğun gəlmir. Tamam başqa yanaşmalardır. Sahə müvəkkilinin informasiya alması tamam başqa şeydir, əməliyyat müvəkkilinin informasiya alması tamam başqa şeydir. Sahə müvəkkili gedib qapını döyür, deyir, filankəs buradadır? Əməliyyat müvəkkili isə onu 10 yerdən yoxlayır, orada kim var və heç kim də bilmir ki, küçədə kimlə maraqlanırlar. Bir faktı deyim, "Avroviziya"da Azərbaycandan ermənilərə səs verənlər olmuşdu. Səs verənləri polisdən gələn rəislərdən biri çağırıb birbaşa deyib ki, siz mənim agentim olmalısınız. Yoxsa mən sizin adınızı açıqlayacam ki, erməniyə səs vermisiniz, ictimailəşdirəcəyik, siz və ailəniz biabır olacaq. Onlar deyib ki, siz niyə ictimailəşdirirsiniz? Biz özümüz bunu ictimailəşdirəcəyik. Qarşındakının necə adam olduğunu öyrənməmiş ona necə "mənə işləyəcəksən" demək olar? Guya bunların əlində kompromatlar var. Əgər əlində olan kompromat xarakterli materialla qarşındakını "verbovka" etmək istəyirsənsə, bunu əsaslandırmalısan ki, qarşındakı buna gedəcəkmi? Bəzi intim kasetlər heç də uğurlu olmur. Avropa ölkəsinin diplomatına göstərirsənki əlimdə intim görüntün var, deyir ki, bunu iki kaset edin arvadıma göstərəcəm, arvad deyir, ərimə də göstərəcəm. Bu artıq konkret yox cavabıdır. "Verbofka" etmək üçün bu tip kompromatlar həmişə keçərli olmur. Ola bilsin, bu daxildə alına bilər, son zamanlar görünür ki, bu da alınmır.
Hansısa məsələyə polisdən gələnlərlə bizim münasibətimiz tamam başqa-başqa şeylərdir. O qədər yaxşı polislər var. Çox adam elə bilir, sağa dön, sola dön, işə 9-da gəl guya hazırsan. Xüsusi xidmət orqanlarının işi yaradıcı işdir. Jurnalistlər kimi yaradıcılıqla məşğuluq. Oturub kombinasiyalar fikirləşməlisən, planlar cızmalısan, əfsanələr uydurmalısan ki, bir informasiyanı əldə edəsən. Yaradıcı adama sağa dön, sola dön, otur qalx demək olmaz. Onsuz da bunların hamısını məktəbdə keçib gəlmişik. Düzdür, nizam-intizam olmalıdır, ancaq bunu əsas gətirmək düzgün deyil. Bunun üçün xüsusi təyinatlı dəstə var. Əməliyyat işçisinin vəzifəsi yaradıcı işdir.
- Milli Təhlükəsizilik Nazirliyinin Akademiyası var. Aydın oldu ki, bu akademiyaya çoxlu sayda pulla uşaq düzəldiblər. Akademiyaya Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən qəbulun keçirilməsi nə qədər doğrudur? Adətən xüsusi xidmət orqanları özləri öz kadrlarını seçiblər.
- Başdan ayağa elə olub. Akademiyaya qəbulu Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinə verilməsi tamamilə yanlış bir haldır. Xüsusi xidmət orqanına zabit heyətini götürmək xüsusi xidmət orqanının öz işidir. Xüsusi xidmət orqanları kadr potensialını özü yaradır. Bu, tarixən belə olub. Mən, Azərbaycan Dövlət Universitetinin jurnalistika fakultəsini bitirmişəm. İşlədikdən 4 ay sonra müraciət edilər. Məni oxumağa göndərdilər. Minskdə 12 ay oxudum, ondan sonra gəlib işlədim. Ali təhsilim var idi, leytenant idim, sonrakı mərhələləri keçdim. Mənə işi xüsusi xidmət orqanı özü təklif etdi. Təsəvvür edin, hamını buraxırlar imtahana. Yoxlamadan keçirsən. O yoxlama adi yoxlama deyil. Fiziki sağlamlıqdan tutmuş, ağıla kimi hamısı konkret testlərdən keçirilir. Test 1 dənə deyil, tam 200 sualdır. Bunlara cavab vermək lazımdır. İndi romantik təsəvvürlərdə olan biri gəlir deyir ki, gedirəm xüsusi xidmət orqanında işləməyə, amma onun heç bir parametrləri uyğun gəlmir. Ona görə də xüsusi xidmət orqanı özü öz kadrını seçməlidir.
- Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi MTN Akademiyasına qəbul keçirirsə, oraya girən tələbələrin adları da açıqlanır, açıqlanmasa da ən azı bunu çox asanlıqla əldə etmək olar. Yerdə qalır o tələbələri "verbovka" etmək.
- Bu düzgün deyil. Bu, böyük pul mənbəyi olub. Rüşvət mənbəyi olub. Dəqiq bilmirəm ki, o sahədə də təmizləmə işləri aparılır, yoxsa yox. Akademiya xüsusi xidmət orqanı işçisini qəbul edir, həm də ildə iki dəfə oraya öz tələbələrini göndərməlidir. Onlar orada ali təhsil alırlar. Onları özləri seçməlidirlər, onları nəyə görə seçdiklərini də əsaslandırmalıdırlar. Bəziləri elə bilir ki, xüsusi xidmət orqanının işçisi qapalı olmalıdır. O, işi üçün qapalıdır. Cəmiyyətdə daha açıqdır. Çox qəribədir ki, bunlar məhz Eldar Mahmudov gələndən sonra oldu. Ora akademiya olmazdan əvvəl kurs idi. Orada uşaqlardan imtahan götürmüşəm. Onlar artıq özümüzün seçdiyimiz uşaqlar idi.
- Biz universitetdə oxuyanda bir müəllimimiz var idi. Bir müddət sonra MTN-nin akademiyasına getdi. Onu universitetdə savadlı müəllim kimi tanımırdılar. Sonradan məlum oldu ki, həmin müəllim kiminsə tanışı imiş.
- Təkcə tələbə məsələsi yox, müəllim məsələsi də çox yaralı yerimizdir. O tələbələrə xüsusi xidmət orqanının xüsusi dərslərindən əlavə ali təhsil də verilir. Akademiyada uşaqlara digər dərsləri məhdud səviyyədə keçirlər. O uşaqlar akademiyadan dünya görüşünə görə çox aşağı səviyyə ilə çıxırlar. Öz sahələrini yaxşı bilə bilərlər, ancaq digər sahələrdən çox zəif olurlar.
Sovet hakimiyyəti dövründə də Akademiya olub, ancaq orada hamı imtahan verə bilməzdi. O uşaqları özləri seçirdilər. Xüsusi ilə uşaqları ordudan seçirdilər. Orta məktəbdən seçmirdilər, məhz ordudan seçirdilər. Onlar da 5 il oxuyurdu. Bu normal bir strukturdur. Bilirdin ki, sənin seçdiyin kadrdır. O kadrların ən pisi belə xüsusi xidmətə yararlı olurdu. Azərbaycan elə ölkədir ki, bizə akademiya lazım deyil, ancaq ali təhsilliləri götürüb, kurs keçirmək lazımdır. SSRİ dövründə qeyri-rəsmi bir göstəriş var idi, Xalq Təsərrüfatı İnstitutundan xüsusi xidmətə uşaq götürmürdülər. Gəncədəki institutlardan uşaq götürülmürdü. Əsas baza Azərbaycan Dövlət Universiteti (BDU) idi, Neft Kimya İnstitutu, müəyyən mənada Texniki Universitet idi. Xarici dillər və Pedoqoji İnstitutlarından isə çox nadir hallarda uşaq götürürdülər. Ancaq Xalq Təsərrüfatı İnstitutuna qeyri-rəsmi qadağa qoyulmuşdu, çünki bilirdilər ki, Xalq Təsərrüfatı İnstitutuna uşaqlar ancaq pulla girirdi. Kadr işin əsasıdır. Seçdiyin kadrın təməlini necə qoydunsa, elə də gedəcəkdir. Sabah o kadr da kadr seçəcək.
Müayinədən keçəndə sağlamlığımı iki dişimdən ötrü geri qaytardılar. Dedilər ki, get dişini müalicə elə, gələrsən. Demədilər, yazırıq, səni qəbul edirik. Dedilər, get müalicə olun, gələrsən.
- Bəziləri yazıb-pozur ki, dövlətləri daha çox dərin dövlətlər idarə edir. Azərbaycanda belə bir sistem var?
- Bizdə elə bir şey yoxdur. Bu nəzəriyyə Türkiyədən gəlib. Bu məsələlərin xüsusi xidmət orqanına heç bir aidiyyatı yoxdur. Onlar daha çox siyasi hakimiyyəti idarə edə bilər. Xüsusi xidmət orqanının qarşısına tapşırıq qoyulur, onu bilir və həyata keçirir, ancaq dövlətə xidmət etmək nöqteyi-nəzərindən. Əsas olan da budur. DTX-nın yeni rəhbərliyi bizim narazı qaldığımız məsələləri aradan qaldırmaqla məşğuldur.
- Yeni qurumlar yarandı, yeni rəhbərlər gəldi. Hazırda vəziyyət necədir? Bu qurumlardan istəyiniz nədir?
- Çox istəyirəm ki, Dövlət Təhlükəsizlik Xidmətinin rəhbərliyi bizim narazı qaldığımız məsələləri həll etsin. İnanıram ki, onların bir hissəsini aradan qaldırıblar və davam edirlər. Yararsız kadrlardan uzaqlaşırlar. Köhnə kadrlardan bir neçəsini yenidən işə cəlb ediblər. Yanaşmaları dəyişib artıq. DTX-nin qarşısına qoyduğu əsas məsələ bizim danışdığımız narazılıqları aradan qaldırmaqdır.
- Sizə təklif var?
- Yox.
- Təklif gəlsə necə?
- Dəyərləndirərəm. Ən azı gedib Akademiyada dərs demək olar.
Hiç yorum yok:
Yorum Gönder