Azərbaycan qəribə ölkədir. Pafosla danışıq pozitivlik kimi qəbul edilir, reallıqları danışmaq isə neqativlik.
Qarabağı, sülh danışıqlarını qoyaq bir kənara, hansı günümüzə pozitiv danışmaq yaraşır? Hansı sahəyə əl atırsan, putdur, adamın əlində qalır. Qiymətlər uçur, maaşlar sürünür. Məktəbdə nərd yarışı keçirilir, pandemiya bitəndən sonra Azərbaycan alimləri vaksin kəşf edir, Türkiyədə zəlzələ olur, icra başçısı Türkiyəyə dəstək olmaq üçün axısxa türkləri ilə görüş keçirir, öz ölkəsində seçki keçiriləndə üç meymunu oynayanlar xaricdəki istənilən seçkidə tərəf seçir, müdafiə edir, oradakı əhalini “neprav”da çıxara bilir.