20.02.2016

Azərbaycan tarixinin sirli səhifələri: Şirvanşahlar Sarayı yoxsa gizli təriqətin xanəgahı? — ARAŞDIRMA + FOTOLAR

Şirvanşahlar sarayı, Sufi məbədi, Sovetlərin şahlıq sarayı sifarişi...
Azərbaycanda hər kəs çox gözəl bilir ki, tariximiz saxtalşadırılıb. Hunzar qalası (Qız qalası) bağlı araşdırma yazı yayımlandıqdan sonra oxucuların bu tip araşdırmalara “ac” olduğun nəzərə alıb Şirvanşahlar sarayı haqqında araşdırma apardıq.

Əslində Şirvanşahlar sarayı adlanan tikili həqqiqətənmi Şah sarayı olub?
Şirvanşahlar kimi dövlətin sarayı niyə bu qədər kiçik olmalıdı? Şah sarayının otaqları xırda daxmaları xatırlatmalıdır? Və ən əsası şah sarayı niyə məscidlərin və qəbrlərin arasında və üzərində olmalı idi?
Bu cür “saray”da şah yox heç bəy belə yaşamazdı...
Bu yazını yazaraq tariximizə ləkə gətirmək istəmirik, sadəcə saxta tarixin üstünün açılmasını istəyirik. O tarixin ki, Sovet lideri Xuruşov Bakıya gələndə əl-ayağa düşüb haqqında yeni nağıllar uydurublar. Şirvanşahlar sarayı adlanan tikili 1961-ci ilə qədər 200 ildən çox müddətdə Xan sarayı adlanıb. Bunu tarixi fotolarla da təstiq etmək olar.

Sovet höküməti Azərbaycan Elmlər Akademiyasına tapşırıq verir ki, Bakının daha qədim paytaxt olmasını sübut etmələri üçün yeni fikirlər ortaya atsınlar və 1964-cü ildə memar Bretaneaitski və tarixçi Sara Aşurbəylinin "Şirvanşahlar sarayı" adlı yeni sifarişli layihələri atılır ortaya. O gün, bu gün hər kəs bu tikililəri Şirvanşahlar sarayı kimi qəbul etdi. Çox təssüf ki, biz nağıllara daha tez və çox inanırıq...
Ezoterikaçı, batin dinləri araşdıran alim İsgəndər Tağıyevin “Şirvanşahlar sarayı, yaxud Seyid Yəhya Bakuvinin Xanəgahı” adlı kitabını oxuyandan sonra Şirvanşahlar sarayı haqqında ağlımdakı bir çox suallara aydınlıq gəldi və Şirvanşahlar sarayı haqqındakı mif daramadağın oldu. Buna görə də qərara gəldik ki, İsgəndər Tağıyevlə Şirvanşahlar sarayına gedib, yerindəcə hər şeyə aydınlıq gətirək.
Şirvanşahlar sarayının girişindəyik, Şah sarayının qapısı o qədər balacadır ki, bura adama Şah sarayının qapısı deyəndə gülməli gəlir. Olsun, elə deyirlər biz də elə deyək.
Şarayın ərazisinə daxil olub gəzmək üçün biletlər alırıq. Bələdçi təklif edirlər, istəmirik...
- İsgəndər müəllim, kitabınızda bu tikilini Şirvanşahlar sarayı yox, Seyid Yəhya Bakuvinin Xanəgahı adlandırmısız. Öncə Seyid Yəhyadan və onun yaratdığı "Xəlvətiyyə təriqəti"ndən danışaq...
- Seyid Yəhya Bakuvi Şamaxıdan Bakıya gəlməmişdən əvvəl burada, indiki Şirvanşahlar sarayı adlanan yerdə tikili olmayıb. O dövrdə müharibələr çox olurdu. 10-15 il ərzində Şamaxı iki dəfə dağıdılmışdı. 1427-ci ildə Şirvanşah Xəliliullah 902 nəfər yaxını və Seyid Yəhya Bakuvi köçüblər Bakıya.
- Niyə məhz Bakıya?
- Bakı daha təhlüksiz yer idi. Çünki burda 3 qəsr var idi və 902 nəfər yerləşə bilərdi. Seyid Yəhya Bakuvi bu ərazidə yerləşəndən sonra qərara gəlir ki, Xəlvətiyyə təriqətini yaratsın. Seyid Yəhya Bakuvi Xəlvətiyyə ocağını yaratmaq üçün təmiz enerjili yer axtarırdı. Seyid Yəhya bura gələndə bu yerin adı “Şirri məzaq” idi. Fars dilində bu “süd piri” deməkdir.
Ezoteriklər və batini dinləri araşdıranlar bilir ki, Bakının ən müqəddəs yeri Qız qalası və indi Şirvanşahlar sarayı deyilən ancaq əslində Xəlvətiyyə təriqətinin ocağı olan yerlərdir.
Şirvanşahlar sarayı adlanan ərazidə çoxlu sayda quyular mövcuddur. Seyid Yəhya Bakuvi bura gələndə burada 30-a yaxın quyu olub, onlardan 12-in birinci mərtəbədə saxlayıb.
Burada otaqlar çox balacadır, 52 otaqdan 30-a yaxın otaq maksimum 20-25 kvadrat metr, 10-a yaxın otaq isə 3 kvadrat metrdən 10 kvadrat metrə qədər idi. Əlbəttəki belə bir tikili nəinki Şirvanşahlar statusuna, uyğun demirik, heç xan, bəy statusuna da uyğun deyil. Bura necə Şah sarayı ola bilərdi? Yadımıza salsaq ki, birinci mərtəbədə 10 otaqda 12 ədəd quyu var idi, hətta bir neçə otaqda bir yox iki quyu var idi. Onda çətin başa düşmək olur ki, bu tikililərin funksiyası nədir. Onsuz da kiçik olan otaqlarda bu quyuları nəyə görə saxlayardılar? Sahəni artırmaq üçün quyuları doldura da bilərdilər. Ancaq bunu etməyiblər, demək ki, burda bir məqsəd olub və o quyuların öz funksiyası var.
- Quyular nə üçün lazım idi?
- Məsələ ondadır ki, Xəlvətiyyə təriqətinin əsas metodu zikrlərlər və başqa metotik sistemlərlə bərabər müridləri xəlvətə çəkmək idi. Yavaş-yavaş müridləri daha çox xəlvətdə qalmağa öyrədirdilər. Əvvəlcə İmam Dədə ya da təriqətçi (yüksək rütbəli sufi məüəllimləri) müridləri bir gün quyuya salardılar. Sonra 3 gün, sonra 7 gün, 21 gün və axırda çiləyə çıxardırdılar. Çilə 40 gün deməkdir. Çilə çıxardanlar artıq yetişmiş sufilər olurdular. Çiləyə 40 xurma verərdilər, onlar 39-un qaytarardılar. Bu çox yüksək göstərici idi. Elə müridlər var idi ki, 40 xurmanın 40-nı da geri qaytarırdı. Hətta bir quyu Zəvyə otağında da var. Dərin bir quyuya, böyük mürşidimiz, böyük övliya Seyid Yəhya özü nəzarət edərdi. Çünki zəvyə mavzaleyin yanında tiklimşdir. Gündüz vaxtı bu sufi ocağının başçısı müridləri qəbul edərdi.
Yeri gəlmişkən quyudan bir neçə cür istifadə edən təriqətlər olub. “Salat məklubə”, “Çillə məkusa” deyilən metodlardan istifadə olub. Salat Məkluba- quyuda və qaranlıqda başı aşağı asılmış vəziyyətdə Quran və dualar oxuyardılar.
Çillün məkusa- 40 gün ərzində quyu üzərində başı aşağı asılmaq. Bu məlumatları alman alimi Anna Mari Şimmel göstərir və bunun bizim xəlvətiyyə müridlərinə aidiyyatı yoxdur. Bizim müridlər daha rahat sistemlə bu quyulardan istifadə edirdi.
- Niyə görə bəsirət gözünün açılması üçün mütləq xəlvətə çəkilmək lazımdır?
- Burada çox vacib məsələyə toxunuruq, bu məsələ bu gün də bütün bəşəriyyət üçün çox aktualdır. Çünki indiki mərhlədə gözlənir - “Zühur”, yəni, kütləvi şəkildə yeni aləmə keçid. Bu, Quranda 14 surə, 48-ci ayədə göstərilib. (Qurani Kərim "İbrahim" surəsi 48-ci ayə - “O gün yer başqa bir yerlə, göylər də (başqa göylərlə) əvəz olunacaq (və insanlar) Tək olan, (hər şeyə) Qalib gələn Allahın hüzurunda duracaqlar”).
Xiristianarda isə simvolik halda bu İsa peyğəmbərin Zührü ilə bağlıdır. Yəni, bütün bəşəriyyət (İsa peyğəmbərin obrazında) kütləvi halda zühr etməlidir. Bibliyada göstərilir ki, 3 gün ölümdən sonra İsa peyğəmbər yenidən canlanır və şüa içərisində zühr edir. Yəni, başqa aləmə keçir. Həmin bu 3 gün 2012-ci ildə də gözlənilirdi, ancaq 13 min illik eksperiment baş tutmadı, çünki indiki dövr batini biliklərə bağlıdır, 25920 illik dövrlə və bu 25920 illik dövr axırıncıdır. Daha böyük bir proqramın içərisində - İNSAN RUHLARIN TƏRƏQQİSİ (Эволюция Человеческих Духов) .
(Burada əlbəttə ki, çoxlu suallar ortaya çıxır. Bu başqa bir mövzudur və yaxın zamanlarda suallarınızın əsasında bu mövzunu da araşdıracağıq. Qeyd edim ki, 2012-ci ilin əvəlində İsgəndər Tağıyevin bu mözularla əlaqədar Moskvada “APKALİPSİS. Ölüm yox, bəşəriyyətin transformasiyası” 300 səhvəlik kitabı çıxıb, istəyənlər ordan da oxuya bilər.)
Çünki, hər şey əslində enerjilərlə bağlıdır. Əslində bizim fiziki kainatımız və bütün həyat formaları həmçinin insanın bədəni böyük, hər saniyə dəyişən, çoxşaxəli bir enerji mənbəyidir və bizim şüurumuz, mənəviyyatımız (yəni ilahi məhəbbətimiz) enerjilərin kəmiyyəti və keyfiyyəti ilə bağlıdır. Hər bir insanın fikri və hissiyatı, əsasən emosiyalar bizdən çox böyük enerji alır. Əsasən neqativ emosiyalar. İnsan səhərdən axşama qədər neqativ emosiyalar yaymaqla məşğuldur. Burada da batini biliklərdə olan insanları 4 şüur təbəqəsinə bölünmüş bir məsələyə toxunmalıyıq. Sufilikdə - mənim zənnimcə sufilik islam ezoterikasına aiddir, insanlar - avam, xas, övliya və ənbiya şüur təbəqəsinə bölünür. Avam və xas təbəqədə olan insanların enerji sahəsi çox azdır. Mental sahəsi (şüurla bağlı enerji toplumu, rusca: mentalnoye telo) 3 metrdən artıq deyil. İndiki mərhələdə bəşəriyyətimiz əsasən xas səviyyəsindədir. Bir neçə faiz isə hələ də avam səviyyəsindədir. Əslində Zühur məsələsi 3-cü şüur təbəqəsinə - övliya təbəqəsinə qalxmaq kimi bir prosesdir. Ancaq zahiri ifadələrdə ona qiyamət və zühur da deyirlər. Əsas vəzifəmiz ondadır ki, insan bədəninin işığını biz artırmalıyıq. (rusca: svetimost tela) Artıq, hər bir hissiyatın və emosiyaların potensiyalını biz bilirik və əsasən insan 3 gertsdən 7 gertsə qədər tutur və bu çox aşağıdır. Ona görə də, bizim bədənimiz çox az işıq verir. Bu mövzunu yaxın zamanlarda daha geniş araşdıracağıq. Yada salmaq lazımdır ki, Məhəmməd peyğəmbər 40 gün mağarada olub, İsa peyğəmbər 40 gün çöllərdə, insanlardan uzaq olub. Bu metod ona görə keçirilirdi ki, insanın şüur və mənəviyyat enerjisi toplansın və o zaman şəxsiyyətin öz ruhu ilə özü arasında enerji kanalı açılır. Bu qaranlıq qəlb tam təmizləndikdən sonra ruhla şəxsiyyətin arasında vasitəçi olur. Ona görə də nəfsə qələbə çalmaq çox vacibdir . Əsl cihad budur.
Sufi mürşidləri adi insanlar olmayıb. İnsanların kamilləşməsi üçün 4 mərhələ var. Abid, Zahid, Arif və Aşiq adlanırdı bu mərhələlər. Mərhələlərin adı isə Şəriət, Təriqət, Mərifət, və Həqiqətdir. Son mərhələdən sonra təkcə insanın şüuru yox, bədəni də dəyişir.
Azərbaycanda bununla bağlı çox ciddi faktlar var. Diri Baba deyilən pir var. 1402-ci ildə Diri Baba mağaraya gedir və bədənini orada qoyur. Bu yerə o zaman-bədəni tərk edəndən sonra Məzirat deyirdilər. Məziratın mənası ərəb dilində bükülmə deməkdir və hər il onun bədənini şalla bağlayırlar. Çünki o öz bədənini tərk edəndən sonra 250 ilə yaxın bədəni təzə qalıb. əvvəlcə Adam Alyari 1436-cı ildə ordan keçir və təstiq edir, sonra isə 1647-ci ildə oradan Övliya Çələbi keçir və o da təsdiq edir ki, “Onun müqəddəs bədəni yun parça ilə bağlı idi və bədəni səcdə vəziyyətində idi. İndiki vaxtda (yəni 1647) onun müqəddəs bədəni ağappaq pambıq kimi, tər-təmiz və sağlamdır”. Övliya Çələbi oradan çıxıb Bakı tərəfə gəlir. O, yol üstündə indiki Beşbarmaq pirində olur, Beşbarmaq piri də sufi məbədidir. Mənim zənnimcə Beşbarmaq pirində Xızır Zində ləqəbli (həmişə yaşayan Xızır) böyük sufi mürşidinin məqbərəsi olub. Övliya Çələbi təsdiq edir ki, mən onun çürüməmiş gövdəsini gördüm. İndiki Beşbarmaq piri Xızır Zindanın adı ilə bağlıdır və Övliya Çələbinin təsdiqi bizə imkan verir ki, bu adın hardan gəldiyini bilək. Orta əsrlərdə belə fenomenlər çox olub. Bunlar hamısı da işıqla-enerji ilə bağlıdır. Çünki ən yüksək səviyyəyə çıxan sufi mürşidinin bədəni işıq saçardı, ona görə də onlra nurani deyərdilərvə onların bədəni çürümürdü. Bu günə çatan Xambo Lama İtigilovun fenomeni həmin enerji səviyyəsi ilə bağlıdır. Ona görə də onun bədəni 75 il yerin altında qalsa da çürüməyib və bu gün kimi şüşənin altında onun bədəni saxlanılır.
Əgər hansısa din yaranırsa, kitab göndərilirsə, kitabların zahiri mənası kütlə üçün göndərilir. Ayrı-ayrı insanlar üçün isə ağız-ağızdan, mürid-mürşid sistemi olub. Məsələn Quranın həm zahiri mənası var, həm də batili mənası var.
- Xəlvətiyyə təriqəti niyə bu cür yerləri seçirdi?
- Ona görə ki, onlara təmiz və energetik yer lazım idi. Xəlvətiyyə sırf Azərbaycan təriqətidir. Təriqət yaranıb Cənubi Azərbaycanda, ordan köçüb Şamaxıya, ordan da köçüb Bakıya.
- Təriqətlər nə üçün yaranırdı?
- Ayrı-ayrı insanlar batili biliklərə sahiblənirdilər və onların bəsirət gözü açılırdı. Bundan sonra onların davamçıları yeni mürşüdlər yaradırdılar və beləcə təriqətlər yaranmağa başayırdı.
Seyid Yəhya Bakuvi burada 40 il yaşayıb, ancaq 12 nəfərin bəsirət gözünü aça bilib. Sonradan həmin 12 nəfər 1500-cü ildən sonra yəni Şah İsmayılın dövründən başlayaraq gediblər Osmanlı imperiyasına və Xəlvətiyyə təriqətinin 46 qolunu yaradıblar. İslam aləmində heç bir təriqətin 46 qolu yoxdur. Xəlvətiyyədən sonra ərəb təriqəti Şizaliyənin18 qolu olub, ən tanınmış təriqətlərdən biri Naxşıbəndlərdir. Onun 12 qolu olub. Bektaşilərin 7 qolu olub, ancaq Mövlaniyyə elə bir qolda da qalıb. Bu məsələ Seyid Yəhya Bakuvinin mürşid kimi böyüklüyünü göstərir, çünki Seyid Yəhyadan əvvəl Xələvətiyyə təriqəti təkcə ana xəttində idi. Ancaq onun metodikada yenilklər etməsi əsasında təriqət onun fəaliyyətindən sonra 46 qola ayrılıb.
- Təriqətlərin qollarının artması nədən aslıdır?
- Bu metodlardan aslıdır. Hər bir mürşidin üsluna görə qollar ayrılıb, ancaq ilk metodu həzrəti Əli verib. Xəlvətiyyə təriqətinin üzvləri daha çox xəlvətə çəkilməklə kamilləşirdilər.
Divanxana, yoxsa divan tutulan yer?
Şirvanşahlar sarayının divanxana adlanan yerinə gəlirik. Açığı şah divanı deyilndə adamın ağlına geniş bir otaq gəlir, ancaq şahın divanı deyilən yerə girdikdə çox kiçik və bir şeyə bənzməyən bir otaqala ratlaşırıq.

Bu tikilini divanxana adlandıran 1920-ci ildə Sara Aşurbəyli olub. O buraları gəzib və köhnə Bakılılardan soruşub ki, bura nədir? Onlar da deyib bura divanxanadır. Əslinə qalsa divanxana adlanan yer alt-üst iki hissədən ibaratədir, aşağı hissə mavzoley, yuxarı hissə isə dua otağı, iki otaq arasında isə dəlik. Şahın divanxanası adlanan yerdə əslində Şirvanşah Xəliliullah basdırılıb. Şah İsmayıl Xətai Bakıya hücum edəndə Şirvanşah Xəliliullahın qəbrini açıb və sümüklərini yandırıb.
Şah İsmayıl çox gənc yaşında taxta çıxıb və Şirvanşahlardan çox yanıqlı olub. Şah İsmayılın ilk fətfası o olub ki, “mənim ata və babalarımı kim öldürübsə, sağdırsa başı kəsiləcək, ölübsə sümükləri yandırılıb kə döndəriləcək”. Şah İsmayılın ilk yürüşü də Şirvanşahlar dövlətinin üzərinə olub. 1499-cu ildə Şah İsmayıl Şirvanşah Fərrux Yassarın başın vurur. Oradan sonra isə Bakıya hücum etmək istəyir ancaq lələlər ona bildirib ki, Təbrizin taxtı boşdur, Təbrizə getsələr bütün Azərbaycanın rəhbəri ola bilər. Ona görə də, Şah İsmayılın Bakıya hücumu yarımçıq qalıb. Şah İsmayıl Təbrizə gedir imperator olur və 1 il sonra Bakıya hücum etməyə qərar verir. 1501-ci ildə Şah İsmayıl Bakıya gəlir, Şirvanşah Xəlilullahın qəbrini açır, sümüklərini yandırır. Bu hadisə bakılıların beyninda divan tutulub kimi qalır.
Analogiyalar
Sahəsinə görə və analogiyalarına görə hal-hazırda Şirvanşahlar saryaının divanxanası adlanan yer divanxana yox mavzoleydir. Bu tipdə Azərbaycanın bir çox yerində mavzoleylər var. Bərdədə, Ağdamda, Naxçıvanda, Füzulidə iki mərtəbəli, 8 guşəli birinci mərtəbə ilə ikinci mərtəbə arasında dəlik-əlaqələndirici olan mavzoleylər var. Azərbaycanda Türkiyə və İranda 40-a yaxın belə tikili var. Bura heç cür divanxana ola bilməz.
Bizim alimlər və oxucular ayılmalıdır, harda 8 guşəli, iki mərtəbəli, mərtəbələr arasında dəlik olan tikili görsələr bilməlidirlər ki, bu sufilərin məqbərələridir. Divanxana adlanan yer əslində "Şirvanşah Xəliliullah qəbrinin yerləşdiyi yer" kimi tariximizdə qalmalıdır. Şirvanşahlar sarayı adlanan tikililərin hamısı daha çox bu tip tikilidən ibarətdir, yəni, mavzoleylərdən ibarətdir. Yuxarı otaqlar 8 guşəli dua otaqları, aşağı otaqlar isə məzarlar olub. Divanxana adlanan tikilinin portalının üzərində 6 guşəli ulduzlar və onların içərisində 30-a yaxın Əli sözü var.
Sovet alimləri əvvəllər elə bilirdilər ki, bu tikililər şiələrin tikililəridir. Ancaq əslində belə deyil, Həzrət Əlinin sufilikdə çox böyük yeri var. Seyid Yəhya Həzrət Əlini öz kitablarında birinci mürşid adlandırırdı. Ona görə də, bu tikililərdə Əlinin adı var. Məhəmməd peyğəmbərin belə bir hədisi olub, "Əgər mən elmin şəhəriyəmsə, Əli onun qapısıdır". "Qapı" ezoterikada, bütün batin elmlərdə mürşid deməkdir. İslam aləmində 150-dən çox təriqət var və onun 95%-i Əlinin adı ilə bağlıdır.
- 6 guşə nəyin əlamətidir?
- 6 guşə yəhudilərdən əvvəl qədim Şumerdə qız bürcünün simvolu olub. Onun əsas simvolikası iki 3 bucağın birləşməsidir. Yuxarı üçbucaq ruhu göstərir, aşağı isə insanı. Mənası isə "insan canlanmış ruhdur" deməkdir.
- 8 guşə nəyin simvoludur?
- Şumer dövründə və əvvəllər Azərbaycan ərazisində yaşayan tayfalar Günəş, Ay və 8 guşəli ulduza inanırdılar. 8 guşəli ulduz əqrəb bürcünə düşür, Azərbaycan ərazisinin əsas enerjisi əqrəb bürcünün təsiri altındadır. Əqrəb "ölüb - dirilməyin" simvoludur.
Rus hərbi bazası... Türbə
Şirvanşahlar sarayı adlanan binaya daxil olmaq üçün binanın divanxana tərəfdən olan qapısından içəri daxil oluruq. Türbə 8 guşəli olub və digər otaqlarla heç bir əlaqəsi olmayıb, bu tikili tam bağlı olub. Hətta onun qulluq edən yüksək rütbəli sufilər Türbədar dədə və qandilçi xidmət edirdilər (xanəgah dövrü). 1899-cu ildə ruslar türbənin 8 guşəsindən birini qapı kimi açıblar. Ruslar Şirvanşahlar sarayı adlanan tikilini 1859-cu ildə hərbi baza kimi istifadə ediblər.
Hücrələri sökülüb bizə taxt-tac otağı kimi sırınmış otaq
Şahın taxt-tac zalı adlanan otaqdayıq. Bu otaq da divanxana adlanan tikili kimi 8 guşəli, iki mərtəbəli, mərtəbələr arasında dəlik olan tikilidir. Bu binanı araşdıranlar bilməyiblər bura hansı ad versinlər, deyiblər yuxarı taxt-tac otağıdır, aşağı otaq isə xəzinə olub. Sahəsi ən azı 50-60 min kvadrat km olan ölkənin daha böyük imkanları var idi, 16 kvadrat metrlik otaqda xan yox, heç bəy də oturmazdı...
- Əslində taxt-Tac otağı adlanan tikili nədir?
- Bunu otağın bütün elementləri göstərir, və analoqla görmək olar ki, əslində bura Xəlvətiyyə təriqətinin Bakıda banisi olan Seyid Yəhyanın məqbərsi olub.
Bura xanəgah kimi 1427-dən 1500-cü ilə qədər işləyib. Ancaq 1500-cü ildən sonra bura xanəgah kimi fəaliyyət göstərməyib. Mürşidlərdən ölənlər olduqda hamısı Seyid Yəhyanın yanında basdırılmağı vəsiyyət edirdi. Seyid Yəhya öləndən sonra 1 il ərzində oğlu və ondan sonra da Yusif Müşgüri adında bir sufi burda şeyx olub. O, sonradan Azərbaycanın şimal torpaqlarına Müşgür vilayətində xanəgah qurub və orda Xəlvətiyyə təriqətini yayıb. Bakı Xanəgahının axırıncı xəlifəsi şeyx Qubad adında mürşid olub. 1499-cu ildə şeyx Qubaddan sonra bura təriqət kimi işləməyib. Kompleksin bütün ərazisində mürşid və müridlərin qəbirləri olub, ruslar buranı işğal edəndən sonra bu ərazini qəbirlərdən təmizləyiblər. Yalnız kapital tikilmiş-mavzoleyləri saxlayıblar. Onlar Seyid Yəhya ilə il ərzində 2 dəfə görüşürmüşlər. Biri "Üns bayramında" - peyğımbətin ad günündə, bir də onun özünün ad günündə.
Otaqların funksiyası
Birinci mərtəbədə, yeməkxana və digər ximəti otaqlar olub və 12 dənə də quyu olub. Qeyd etdiyimiz kimi, Quyular əslində xəlvətxanadır. Sovet alimləri 1978-ci ildə R.Nəbiyevin işlədiyi rekanstruksiyasına görə 10-12 hücrəxananı söküb, vahid zal ediblər ki, guya bura tam zal olub. Əslində isə bura bir otaq yox. Bir neçə hücrəxana olub. Sxemdə hamısı aydın verilib.
Binada olduğumuz yerdə şarayın bələdçiləri xarici və yerli turistlərə otaqları bir-bir göstərir və burada şahın necə yaşadığından ağız dolusu rəvayətlər danışırlar. 2004-cü ildə isə buranı tamamilə dəyişdiriblər. Xanəgah olan yeri saray olduğu kimi göstərmək üçün hər şey ediblər. Əslində bura sufi məbədidir.
Binanın içərisində kiçik muzey yaradıblar. Muzeydə 19-cu əsrin axırı 20-ci əsrin əvvəli bakılılara lazım olan ləvazimatlar yer alıb. Hal-hazırda indiki Şirvanşahlar sarayı adlanan tikilinin içərisi nisbətən genişdir, səbəb odur ki, binanın içərisində xırda-xırda otaqlar, hücrələr sökülərək məbədə saray donu geyindirilib.
İndiki Şirvanşahlar sarayı Topqapının bir otağı boydadır, yəni, çox cəhd etsələr də məbədə saray görkəmi vermək o qədər də yaxşı alınmayıb. Sufilər öncə mavzoley tikirdilər. Mavzeleyin divarları digər tikililərə nisbətən çox qalın olub.
Mavzeleyin tikilməsində səbəb isə, mürşidlər müridlərinə göstərirdi ki, biz ölümdən qorxmuruq.
Mavzoley tikildikdən sonra, yanında da zəviyyə deyilən yer tikilirdi. Zəviyyədə gündüzlər şeyxlər öz müridlərini qəbul edərdilər. Şirvanşahlar sarayı adlanan tikilinin ətrafındakı qala divarlarını rus mühəndislər 1859-cu ildə tikiblər. Ruslar Bakını tutandan sonra xırda şəhər olan Bakını quberniya mərkəzi etdilər, paytaxtı Şamaxıdan Bakıya köçürdülər, Şirvanşahalar sarayı adlanan bu tikililəri hərbi baza, Hunzar (qız qalası) qalasın isə mayaka çevirdilər. Tikilinin içərisində Şah sarayının kompazisiyasını düzəldiblər, tikilinin tarixini dəqiq araşdırmaq yerinə, nağıllarla insanları buna inandırırlar. Etiraf edək ki, biz də nağıllara inanmağa meyilliyik.
İsgəndər Tağıyev: “Bütün bəşəriyyətin tarixi nağıldır”.
Şirvanşahlar sarayında olan mavzoleylərin 40-a yaxın alanloqu var və İsgəndər müəllim kitabında bunun bir neçəsini fotosxemlərdə göstərib. Tarixi fotolar da təstiq edir ki, bura sarayla yaxından uzaqdan əlaqəsi olmayan mavzoleydir.
Binanın həyətindəki məscidin qarşısındayıq. Məscid 1427-ci ildə Seyid Yəhya tərəfindən tikdirilib. Bu ərazidə tikililər olmayıb, Şirvanşahlar sarayı adlanan bu tikililər Seyid Yəhya Bakını gəzərkən burada bir qədim pir görür və fikirləşir ki, xanəgahı burada qursun.
Şahın hərəmi adlanan otağa daxil oluruq. Bura turistlər və sevgililər gəlib şəkil çəkdirir. Otağa girəndə fotoqraf və bələdçiyə sual verirəm, “bu otağın adı nədi?” Cavab verirlər, şahın hərəmxanası. Gülürük...
- İsgəndər müəllim hərəmxana adlanan yer əslində nə olub?
- Sovet vaxtını keçən insanlar və indiki hərkəs hərəm deyəndə ağıllarına qadınların yeri gəlirdi. Əslində isə “hərəm” ərəb dilindən tərcümədə “Arzuolunmayan” kimi tərcümə edilir. Bura Seyid Yəhya Bakuvinin oturduğu yer olub, ona görə də, bura girmək olmazdı. 1427-ci ildə məscid tikilib, minbəri isə Şirvanşah Xəlilullahın anası 1437-ci ildə öləndən sonra, 1442-ci ildə tikilir. Və beləliklə “ana türbəsi” adlı ilə yeni Şirvanşahlar sülaləsinin mavzoleyi yaranır, çünki Şirvanşahlar özlərini Seyid Yəhyanın müridi sayırdılar.
- Dərviş Məscidi haqqında danışardız...
- Məscidə bitişmiş dərviş mavzoleyi var.
Dərviş məqbərəsi də iki mərtəbəli 8 guşəli türbə formasındadır. 1918-ci ildə məscidi ermənilər yandırıb. 1942 ildə Paxomov adlı arxeoloq məscidin qalıqları altında məqbərəyə giriş tapıb. Arxieoloq məscidin girişində 3 ədəd sanduqə tapıb. Sanduqələrdən biri Şirvanşah Xəliliullahın əmisi oğlununun sanduqəsi olub.
Bakılılar bilirdilər ki, Şah İsmayıl mütləq bura hücum edəcək, ona görə qəbirlərin yerini dəyişmişdilər. Paxomov mavzoleyin altında 20 insanın sümüklərinin qalıqlarını tapıb. Əslinə qalsa bakılılar məqbrənin içərisində şirvanşahlara aid cəsədləri basdırıb, üstün örtüblər və buranı məscidə çeviriblər. Hər 4 sütunlardan birisi məqbərinin girişinin üstündə dayanıb.
Qapısız saray
Şirvanşahlar sarayı adlanan tikilinin saray qapısı da yoxdur. Tikilinin əsas qapısı isə hal-hazırda bağlanıb. Tikilinin əsas qapısını III Sultan Murad 1578-ci ildə İranla müharibə zamanı Bakıda olub və Seyid Yəhyanın adına ucaldıb... Ancaq onu 300 il heç kim görməyib və indiyənə qədər bu böyük mənəviyyat ocağına qəbrsanlıq qapısından keçirik...
Türk dünyasının qərbində Cəlalədin Rumi, Şərqində Əhməd Yasəvi kimi dahilər böyük iz qoyub. Onlar kimi də Azərbaycanda da Seyid Yəhya Bakuvi və onun yaratdığı Xəlvətiyyə təriqəti böyük iz qoyub.
Şirvanşahlar sarayı əslində saray yox, gizli sufi təriqəti "Xəlvətiyyə"nin ocağıdır...
Bakının gizli tarixi barədə araşdırmalarımızı davam etdiririk, növbədi araşdıracağımız yer Bakıdakı üç qəsr olacaq...
Səxavət Məmməd
Fotolar: Nurlan Gülməmmədov

Hiç yorum yok:

Yorum Gönder

Real Time Analytics