13.04.2016

Çovdarovun həngamə obyektinin yerində indi baxın nə var — FOTOLAR

16.03.2016 tarixində saytımızda "Çovdarovun həngamə obyekti sökülür — Buldozerlər iş başında (FOTOLAR)" başlıqlı yazı dərc etmişdik.
Həmin vaxt Binəqədi rayonu, 9-cu mikrorayonda, Zərifə Əliyeva parkının arxasındakı zeytun bağında tikilən İdman və sağlamlıq mərkəzini Bakı Şəhər İcra Hakimiyyəti sökürdü.

O zaman Bakı şəhər İcra Hakimiyyətinin işçilərindən biri Ölkə.Az-ın əməkdaşına obyekt parkın içərisində yerləşdiyi üçün sökdüklərini bildirmişdi.
Dünən Ölkə.Az-ın reportyor qrupu Binəqədi rayonu, 9-cu mikrorayonda, Zərifə Əliyeva parkının arxasındakı zeytun bağında tikilən İdman və sağlamlıq mərkəzində olub. Bakı Şəhər İcra Hakimiyyəti keçmiş MTN generalı Akif Çovdarova məxsus olduğu deyilən obyektdən əsər-əlamət qoymayıb. Əraziyə çatanda adama elə gəldi ki, sanki burada belə bir tikinti ümumiyyətlə olmayıb.
Bakı Şəhər İcra Hakimiyyəti sökdüyü obyektin yerinə torpaq töküb və yeni zeytun ağacları əkib. Bu azmış kimi zeytunluq deyilən yerlə eyni görsənsin deyə, söküntü yerinə ot örtüyü əkilir. Bakı Şəhər İcra Hakimiyyəti ərazini elə maskalayıb ki, o tikintini görməyən şəxslərə burada 4 mərtəbəli İdman və sağlamlıq mərkəzinin olduğunu sübut etmək olmaz.
İdman və sağlamlıq mərkəzinin tikintisi zamanı çoxlu sayda zeytun ağacı kəsilmişdi. Görünür o zaman buna göz yuman Bakı Şəhər İcra Hakimiyyəti indi günahlarını yumaqla məşğuldur. Maraqlısı ondadır ki, obyektin yerinə əkilən zeytunlar tink yox, budanmış zeytun ağaclarıdır. İlk baxışdan adamın ağlına bir fikir gəlir ki, görəsən bu ağacları haradan çıxardıb gətiriblər?







Hiç yorum yok:

Yorum Gönder

Real Time Analytics